Cəlilabdda ŞOK OLAY: Qəbirstanlığı şumladılar... - İDDİA
Dunya / Bolge
Oxunub: 575
1 in 2020 | 21:17
Cəlilabdda ŞOK OLAY: Qəbirstanlığı şumladılar... - İDDİA


Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyevin və qurumun bir neçə yüksək rütbəli əməkdaşının həbsi hələ də müzakirə mövzusudur. Müzakirələr əsasən rüşvət və korrupsiyanın artıq ölkənin sərhədlərini qorumağa mükəlləf olan bir quruma ayaq açması və bunun milli təhlükəsizliyə mümkün təsirləri istiqamətində aparılır.

Qazaxıstanla Azərbaycan arasında gərginliyə səbəb olan “balıqçı olay”ını xatırlayın. Qazaxıstan sərhədçiləri bizim balıqçılardan birini öldürdü. Bu təsadüfi olay deyildi. Azərbaycan Qazaxıstana buna görə nota verdi. Qarşı tərəf də səmimi şəkildə bəyan elədi ki, Azərbaycandan olan balıqçılara sərhədi pozmamaqla bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymayıblar. Nəticədə Qazaxıstan sərhədçiləri növbəti belə bir hal baş verəcəyi təqdirdə silahdan istifadə etmək barədə qəbul edib və bu hadisə baş verib. Diqqət edin, Azərbaycan balıqçıları Qazaxıstan sərhəddini pozur. Deməli, həm də Azərbaycan sərhəddini qanunsuz keçir. Buna şərait yaradan isə Dövlət Sərhəd Xidmətidir.

Bu günlərdə redaksiyamıza daxil olan məlumatdan aydın olur ki, sərhədçilər öz vətəndaşlarımıza neytral zonada torpaq sahələrindən qanunsuz istifadə etmələrinə şərait yaradırlar. Sözsüz ki, müəyyən təmənna qarşılığında. Həm də bu cür qanunsuz istifadə olunan ərazilərdən əldə olunan gəlirlər təbii ki, vergiyə cəlb olunmur. Cəlb olunan işçi qüvvəsi də qeyri-leqaldır, sosial sığortası da yoxdur.

Aldığımız məlumat Cəlilabad rayonunun İranla sərhəd yaxınlığındakı Germi kəndinə aiddir. İlk öncə xatırladılır ki, Cəlilabad rayonunun Bayxanlı sovetliyinin Germi kəndinin sakinləri 1953-cü ildə Stalin, Beriya və Azərbaycan SSR-nin birinci katibi Mircəfər Bağırov tərəfindən hazırki Sabirabad rayonunun Vladimirovka (indiki Nizami ) kəndinə köçürülüblər. Kənddə bəzi tarixi abidələr və əlbəttə ki, köçürülən əhalinin mərhum ata-babalarının uyuduqları məzarlıq qalıb. Mənbə bildirir ki, “dərəni xəlvət görən” yerli məmurlardan biri — Ağayev Lətif Xudaş oğlu Germi kəndinin qəbiristanlığını şumlayıb yerində taxıl əkir. Soruşanda da deyir ki, icra başçısının xəbəri var. İnformatorun redaksiyaya təqdim etdiyi fotoşəkillərdən görünür ki, qəbir daşlarının hamısını çıxardıb koma – koma yığıblar sahənin üstünə. Yəqin, əvvəl baş daşlarını daşıyıblar, sonra da yerini şumlayıblar. Şumdan sonra yerdən çıxan sinə daşlarını da bir yerə yığıblar. Şahidlər deyirlər ki, torpaq şumlanan vaxt yerdən kəllə sümükləri çıxırmış.

Bu vandalizm aktını həyata keçirən Lətif Ağayev vaxtilə “Kapitalbank” Cəlilabad filialının müdiri olub. Oradan yol verdiyi korruptiv əməllərinə, kredit fırıldaqlarına görə qovulub, barəsində cinayət işi də açılıb. Sonra necə olubsa, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Cəlilabad filialına direktor vəzifəsinə təyin olunub. Bununla belə, həm də YAP Cəlilabad rayon təşkilatının şura üzvüdür.

Cəlilabdda ŞOK OLAY: Qəbirstanlığı şumladılar... - İDDİA


Cəlilabdda ŞOK OLAY: Qəbirstanlığı şumladılar... - İDDİA


Hələ 1994-cü ildə 17 nəfərin adına olan torpaq sahələrini (üst-üstə 300 hektar) saxta yolla öz adına keçirib əkdiyinə görə mətbuatda ictimai qınağa tuş gələn Lətif Ağayevin işğalçı siyasətindən ayrı-ayrı vaxtlarda vətəndaşların şikaətləri mətbuata çıxıb. «Kapitalbank”dan rüşvətxorluğu üstündə qovulan Lətifin özünün cəmi 27 hektar torpağı olmasına baxmayaraq, qonşu Adnalı kəndindən Fəzailin də yerini əlindən alıb. Həmin adamlardan çoxu artıq dünyasını dəyişib”.

Ümumiyyətlə, Lətif Ağayevin 500 hektardan artıq torpağı əkdirdiyi, o cümlədən, 10-cu sərhəd zastavasının nəzarət zonasına aid olan Germi kəndinin ərazisindən 80-100 hektar torpaqda taxıl yetişdirib qazancını “həzm-rabedən” keçirdiyi barədə səhih məlumatlar vardır.

Şübhəsiz, Lətif Ağayevə bu üstün imtiyazı qazandıran cinayət ortaqlarının əhatə dairəsi təkcə sərhədçi zabitlərlə məhdudlanmır. Sığortaçı mülkədarın əsas havadarı əlbəttə ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalovdur.
Deryaz.az

Bu gün, 14:22
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Bu gün, 13:14
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?