Ermənistanda yenə ara qarışdı
Dunya
Oxunub: 1 053
3 okt 2015 | 12:15
Ermənistanın paytaxtında konstitusiya islahatları əleyhinə mitinq keçirilib.
Ermənistanda yenə ara qarışdı
ANS PRESS-in məlumatına görə, mitinqdə Erməni Milli Konqresi, “İrs” partiyası, Ermənistan Xalq Partiyası və “Təsis parlamenti”nin tərəfdarları iştirak ediblər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar "Yox" cəbhəsi altında birləşiblər.
Azadlıq meydanında keçirilən mitinqin üzvlərindən biri Arşak Musaxyan daha bir izdihamlı aksiyanın bazar günü, oktyabrın 5-də Milli Məclisin binası qarşısında keçiriləcəyi deyir:

"Mitinqin əsas məqsədi parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etməkdir. İslahatların lehinə səs verən deputatların fikirlərini dəyişəcəklərinə şübhəm yoxdur. Mitinq vasitəsilə onlara ictimai və psixoloji təzyiq edəcəyik, eləcə də, onların fəaliyyətinə siyasi qiymət verəcəyik”,- deyə A. Musaxyan bildirib.
Tədbirin Ermənistan vaxtı ilə saat 12:00-da keçiriləcəyi deyilir.

Xarici KİV-lərə istinadən verilən xəbərə görə, bazar günü də toplaşacaq mitinqdə əsas şüar "Xeyr!" olacaq.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 21 avqustda Milli Məclisdə konstitusiyada islahatların keçirilməsi barədə göstəriş verib. Parlamentdə konstitusiya islahatları məsələləri üzrə Ermənistan prezidentinin rəsmi nümayəndəsi kimi Vardan Poqosyan çıxış edəcək.

Sentyabrın 11-də konstitusiyada dəyişikliklər layıhəsi Daimi Parlament komissiyası tərəfindən müsbət qarşılandı və payız sessiyasının iclasında onun müzakirəsinə başlanıldı. Serj Sarkisyan artıq yeni konstitusiya layihəsini də nəzərdən keçirib və onun qəbul olunması oktyabrın 5-də nəzərdə tutulur.
Ümumiyyətlə, yaxın 2 həftə ərzində Ermənistan parlamenti binası qarşısında etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Cari ildə Ermənistanda aksiyaların keçirilməsi, sanki, dəb halını alıb. Belə ki, iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşıb.

Ən son aksiya sentyabrın 12-də Ermənistanın paytaxtı İravanın mərkəzindəki Azadlıq meydanında keçirilib. O da elektrik enerjisinin bahalaşmasına qarşı olan aksiya olub.

Mitinqə "Talana yox!" vətəndaş təşəbbüsünə "Ayağa qalx, Ermənistan" və "Təsis parlamenti" təşkilatı da qoşulub.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO