8-08-2020, 20:45 Oxunub: 753

İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər

İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər


İmişlidə rayon İcra Hakimiyyəti adından sahibkarlardan yaralı əsgərlərə yardım adı altında pul tələb ediblər.

Bu gün səhər saatlarında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bazar və bazar ətrafı ticarət və iaşə obyektlərinə baxış keçirib.

İcra başçısı ərazini tərk etdikdən sonra özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs bazar ətrafı ticarətlə məşğul olan sahibkarlardan "yaralı əsgərlərə yardım" adı altında 100-300 manat arası pul tələb ediblər. Pulu verməkdən imtina edən sahibkara isə "sən azərbaycanlı deyilsən?" deməkdən də çəkinməyiblər.

Məsələ ilə bağlı İmişli rayon icra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını və araşdırıb ətraflı məlumat veriləcəyi bildirildi. //Avropa.info//
DTX bu dəfə İmişli İcra Hakimiyyətinə girdi DTX bu dəfə İmişli İcra Hakimiyyətinə girdi Hadise İmişlidə seçkilərin taleyi həll olunub - İDDİA İmişlidə seçkilərin taleyi həll olunub - İDDİA Bolge Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR Bolge Bu icra başçılarına Yaxşı YOL - millət gözün aydın Bu icra başçılarına Yaxşı YOL - millət gözün aydın Sosial 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var 17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var Siyaset