Avropanın göbəyində faciə: 42 nəfər külə döndü
Dunya
Oxunub: 858
23 okt 2015 | 11:52
İstirahətə gedənləri daşıyan avtobus yük maşını ilə toqquşub.
Avropanın göbəyində faciə: 42 nəfər külə döndü
Avropanın mərkəzində tükürpədici qəza baş verib. Fransa günə acı xəbərlə başlayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Fransanın cənub-qərbində baş verib. Səyahətə gedənləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ilkin olaraq 40 nəfərin öldüyü deyilsə də, sonradan ölənlərin sayının 42-ə çatdığı qeyd olunub. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları, yanğınsöndürmə xidməti və polislər cəlb olunub.
Yanğınsöndürmə xidmətinin verdiyi məlumata əsasən, insidentin baş verməsinə səbəb avtobus ilə yük maşının toqquşması olub. Onların sözlərinə görə, avtobusla 50-yə yaxın adam olub və onlar istirahətə gediblər. Libörn şəhərindəki şosse yolunda yük maşının qəfil avtobusun qarşısına keçməsi faciəni qaçılmaz edib.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtobus yanıb. Qəza zamanı ağır xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb.
Faciə ilə bağlı ölkə prezidenti Fransua Ollanda başsağlığı verib. O, baş verən hadisəyə görə, böyük kədər hissi keçirdiyini dilə gətirib.
Çoxlu insan itkisi ilə nəticələnən bu yol qəzası son 33 ildə baş verən ən ağır qəza hesab edilir. Ən son belə hadisə 1982-ci ildə Fransanın şərqində yerləşən Kot Dor ərazisində baş verib. Nəticədə 44-ü uşaq olmaqla, ümumilikdə, 53 nəfər dünyasını dəyişmişdi.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE