Mehmet Şandır: “Əsas məqsəd Türkiyəni cənubdan sıxışdırıb, Suriyanın gələcəyində söz sahibi olmaqdan məhrum etməkdir”
Dunya
Oxunub: 798
23 noy 2015 | 14:17
“Məqsəd Türkiyəni cənubdan sıxışdırmaqdır”.
Mehmet Şandır: “Əsas məqsəd Türkiyəni cənubdan sıxışdırıb, Suriyanın gələcəyində söz sahibi olmaqdan məhrum etməkdir”
Bu sözləri APA-ya açıqlamasında Türkiyədəki Bayırbucak Yardımlaşma Dərnəyinin fəxri başqanı, keçmiş millət vəkili Mehmet Şandır deyib. Suriyanın türkmən bölgələrindəki durumu şərh edən M. Şandır bildirib ki, 1 yanvar 2016-cı ildə BMT-nin nəzarəti altında başlayacaq olan atəşkəs ərəfəsində nusayrilərə və Əsədə yaxın qüvvələrə yer açmaq üçün Rusiyanın geniş dəstəyi ilə türkmən bölgələri boşaldılmağa çalışılır: “Bayırbucak bölgəsində türkmənlərə qarşı rəsmən etnik təmizlik əməliyyatı aparılır. Mövcud vəziyyəti fürsət bilən qüvvələr öz qruplarını türkmənlərdən boşalan bölgələrə yerləşdirirlər ki, sabah atəşkəs olanda oranı öz əllərində saxlasınlar. Çünki ölkədə sülh yaranandan sonra kim haradadırsa, deyəcək ki, bura mənimdir. Burada əsas məsələ Türkiyənin təhlükəsizliyi məsələsidir. Türkiyəni idarə edənlər bunu görməli və lazımi addımları atmalıdırlar”.

“Türkiyə türkmənlərin öz bölgələrini tərk etməmələri üçün lazımi addımları atırmı?” - sualına M. Şandır belə cavab verib: “Dünən baş nazirin başqanlığında 40 dəqiqəlik təhlükəsizlik toplantısı keçirildi. Məsələ açıq-aşkardır: Lazkiyənin şimal tərəfindəki türkmən bölgələrini boşaldırlar, sabah eyni şeyi Hələbin şimal bölgələrində edəcəklər. Burada əsas məqsəd Türkiyəni cənubdan sıxışdırıb, Suriyanın gələcəyində söz sahibi olmaqdan məhrum etməkdir. Yanlış xarici siyasət Suriyadakı türkmənlərin durumunu içindən çıxılmaz hala gətirib. İnanıram ki, Türkiyəni idarə edənlər ölkənin cənubdan sıxışdırılması təhlükəsini görərək lazım olan bütün addımları atacaqlar”.
Qeyd edək ki, Mehmet Şandır 1999-2002 və 2007-2015-ci illər arasında Milliyyətçi Hərəkat Partiyasının Mersin millət vəkili və partiyanın parlament fraksiyası sədrinin müavini olub.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO