1-12-2015, 12:02 Oxunub: 551

Türkiyədə mədrəsədə baş verən yanğın nəticəsində 6 uşaq ölüb

Türkiyənin Diyarbəkr vilayətində baş verən yanğın nəticəsində 6 azyaşlı yanaraq ölüb.

Hadisə Diyarbəkirin Karaağaç Kəndində baş verib. İlkin məlumata görə, gecə saatlarında başlayan yanğın nəticəsində 6 uşaq ölüb, daha 6 uşaq isə yaralanıb.
Mədrəsə binasında həm də yataqxana fəaliyyət göstərib. Belə ki, Quranı öyrənmək üçün bura gələn uşaqlar mədrəsədə gecələyiblər.
İlkin ehtimala görə, yanğına səbəb elektrik xətlərindəki qısaqapanma olub.

Bəzi uşaqlar yanğını görən kimi pəncərələrdən tullanaraq xilas ola biliblər. Gecə başlayan yanğın haqqında kənd sakinlərinə də məhz həmin uşaqlar xəbər veriblər. Binada olan 6 uşaq qatı dumana görə xilas edilə bilməyiblər. Onlar canlı canlı anaraq ölüblər.

Hadisə yerində araşdırma aparılır. Yanğının səbəblərinin müəyyən edilməsi üçün ərazidə polislər və yanğınsöndürənlər çalışırlar.
Masallıda mebel sexində yanğın baş verib - Foto Masallıda mebel sexində yanğın baş verib - Foto Hadise Xaçmazda dəhşətli yanğın Xaçmazda dəhşətli yanğın Gundem / Bolge / Hadise Quba faciəsinin görüntüləri Quba faciəsinin görüntüləri Hadise / Video “Sovetski”də güclü yanğın - VİDEO “Sovetski”də güclü yanğın - VİDEO Hadise Yevlaxda Yanğın VİDEO Yevlaxda Yanğın VİDEO Hadise