Yeni virus cinsi əlaqə yolu ilə yayılır
Dunya
Oxunub: 926
3 fev 2016 | 11:53
Yeni virus cinsi əlaqə yolu ilə yayılır












“Zika”nın müalicəsi üçün dərman mövcud deyil

Dünyada sürətlə yayılmaqda olan “Zika” virusunun insandan insana keçməsi halı Texas ştatında qeydə alınıb.

RBK xəbər verir ki, bu barədə yerli 5nbcdfw telekanalı məlumat yayıb.

İndiyə qədər virusun Aedes ağcaqanadının vasitəsilə ötürüldüyü, heç bir hava və ya digər yolla yayılmadığı hesab edilirdi.

5nbcdfw-ın məlumatına görə, “Zika” virusunun insandan insana keçməsi halı Texas ştatında Dallas vilayətində qeydə alınıb. Pasient cinsi əlaqə zamanı xəstəliyə yoluxub, bu barədə dairə səhiyyə və sosial müdafiə xidməti məlumat yayıb. Virusa yoluxduran şəxs bu yaxınlarda Venesueladan qayıdıb.

“Zika” virusunun meydana gəlməsini alimlər ilk dəfə XX əsrin 50-ci illərində Afrikada qeydə alıblar. 2014-cü ildə miqyaslı epidemiya Latın Amerikasında başlayıb.

Daha öncə tibb işçiləri virusun insandan insana cinsi əlaqə yolu ilə yalnız bir keçmə halını qeydə almışdılar. Amma panamerikan təşkilatı “Zika” virusunun ötürülməsinin təsdiqi üçün daha əsaslı sübutların lazım olduğunu bildirmişdi, Reuters məluamt yayıb.

Tibbi ədəbiyyatda virusun spermada aşkar edildiyi yalnız bir hal təsvir edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin yanvar ayında dərc edilmiş Xüsusi informasiya bülletenində virusun insandan insana ötürülməsindən danışılmır. “Zika” virusu Aedes növlü, əsasən də tropik regionlarda yaşayan Aedes aegypti ağcaqanadları vasitəsilə yayılır. Bu ağcaqanadlar denge, çikunqunyi və sarı sətəlcəminin yayıcılarıdır”, - bülletendə deyilir.

Virusa yoluxan insanda temperatur qalxır, bədənində xırda səpgilər əmələ gəlir, baş ağrıları, konyunktivit meydana gəlir. Hazırda “Zika” virusunun müalicəsi üçün dərman mövcud deyil.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası