Rusiya həbsxanasında məhbusa dəhşətli işgəncə - VİDEO (18+)
Dunya / Hadise
Oxunub: 914
21 fev 2016 | 22:03
Rusiya həbsxanasında məhbusa dəhşətli işgəncə - VİDEO (18+)











Əgər məhkum vədini pozsa, onu cinsi alçaltmaq üçün “hərəmxanaya” salırlar

Rusiyanın Yekaterinburq şəhərindəki islah əmək düşərgələrinin birində çəkildiyi bildirilən işgəncə videosu yayılıb. Görüntülərin üzə çıxması ölkədə böyük rezonans doğurub. Rusiya İstintaq Komitəsi videodakı dəhşətli görüntülərlə bağlı cinayət işi başlatdığını bildirib.

Azerinfo.az 66.ru -ya istinadən xəbər verir ki, videogörüntüdə lüt soyundurulmuş məhbus əvvəlcə başını unitaza salmağa məcbur edilir. Ardınca da üstünə su axıdılır. Daha sonra məhbusu unitazdakı su ilə əl-üzünü yumağa məcbur edirlər. Bir qədər sonra həmin məhbus əlləri arxadan bağlı şəkildə yerdə üzüüstə uzanıqlı, belində qançır və qanlı kəsik izləri ilə görünür.

Videogörüntülərdən işgəncə verənlərin və bunu lentə alanların həbsxana əməkdaşları olub-olmadığı bilinmir. Videonun nə vaxta aid olduğu da hələlik bəlli deyil.

Görüntüləri yaymış 66.ru saytı onlarda daha bir işgəncə videosunun olduğunu bildirib. Onu da deyiblər ki, həmin videoda həddən artıq dəhşətverici məqamlar olduğundan yaymırlar.

İstintaq Komitəsi isə öz növbəsində bildirib ki, təkcə işgəncədə bilavasitə iştirak etmiş şəxslərin deyil, həm də bu cür zorakılığın baş verməsi ilə səhlənkarlığa yol vermiş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət veriləcək.

Hüquq müdafiəçiləri və Qərb dövlətləri uzun müddətdir ki, Rusiya həbsxanalarında şəraitin çox pis olduğunu və məhbusların pis rəftara məruz qaldıqlarını bildirirdilər. Dövlət Departamentinin insan hüquqları üzrə ən son hesabatında deyilir ki, bəzi hallarda həbsxana rəhbərliyi özü müəyyən məhbusları digərlərinə qarşı zor işlətməyə sövq edir. Hesabata görə, həbsxanalarda adətən xəbərçilik edən, qey, uşaqbaz məhbuslardan, habelə zorlama maddəsi ilə məhkum olunmuş və ya həbsxanada zorlanmış məhbuslardan ibarət qrup mövcuddur. Həbsxana rəhbərliyi bu qrupa mənsub məhbusların təhlükəsizliyinin qeydinə ümumiyyətlə qalmır.

Videonun yayıldığı saytda bir məhbusun əlyazısı da dərc olunub. Yazıda məhbus vəd edir ki, həbsxanada olduğu ilk bir neçə həftədə yazılmış və yazılmamış qaydalardan bixəbər olduğuna görə aldığı sərt cəzalar barədə heç harda danışmayacaq.

Rusiya həbsxanasında məhbusa dəhşətli işgəncə - VİDEO (18+)





















Bunun ardınca məhbus “xahiş edir” ki, əgər vədini pozsa, onu cinsi alçaltmaq üçün “hərəmxanaya” salarlar. Bura düşmüş məhbuslarla isə heç kim bir daha ünsiyyət saxlamır. Əllərində müxtəlif illərdə aid bu cür bir neçə məktub olduğunu bildirən sayt ehtimal edir ki, sözügedən qrup sistemindən məhbusları 2 saylı Yekaterinburq koloniyasında baş verən zorakılıqlar barədə səssiz qalmağa məcbur etmək üçün istifadə olunur.

Rusiya Federal Həbsxana Xidmətinin regional idarəsinin sözçüsü Aleksandr Levçenko deyib ki, 66.ru saytında yayılmış materiallar həbsxanada destabilizasiya yaratmaq məqsədilə hüquq müdafiəçilərinin təxribatı da ola bilər. (“Azadlıq” radiosu)
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR