DataLife Engine / Peyğəmbərin qəbri açıldı - VİDEO

Peyğəmbərin qəbri açıldı - VİDEO

Peyğəmbərin qəbri açıldı - VİDEO









Sosial şəbəkələrdə İsa Peyğəmbərin qəbrinin açılmasını göstərən video yayılıb.

Araşdırmaçılar İslamda 5 ulul-əzm peyğəmbərdən biri, xristianlıqda Allahın bədənli mücəssəməsi, həmçinin Nazaretli Məsih kimi bilinən İsa Məsihin məzarının əvvəllər necə göründüyünü təyin etməyi planlaşdırırlar.

AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, arxeoloqlar Müqəddəs Məzar kilsəsində İsa Məsihin basdırıldığı yerdəki mərmər plitəni götürüblər. Həmin plitənin altında çoxlu daşlar aşkar ediblər. Araşdırmaçılara görə, sözügedən daşlar İsa Məsihin üzərində basdırıldığı iddia edilən sal daşın parçalarıdır. Alimlər yaxın günlərdə həmin daş parçalarını birləşdirərək qəbrin orijinal görüntüsünü əldə etməyə çalışacaqlar.

Xəbər verilir ki, təmir-bərpa işləri yekunlaşandan sonra, insanlar son 200 ildə ilk dəfə olaraq müqəddəsin qəbrini görəcəklər.

Qeyd edək ki, İsa Məsihin qəbri ilk dəfə XIX əsrdə, daha sonra 1927-ci ildə zəlzələdən sonra bərpa edilib. Hazırda bu işə dünyanın müxtəlif universitetlərindən restavratorlar cəlb olunub. Plana əsasən bərpa işləri bir neçə ay davam edəcək.

İncilə görə, Məsihin cəsədini bir mağaraya qoyurlar. Lakin üçüncü gündə o dirilir.

IV əsrdə Qolqofa dağında aparılan arxeoloji qazıntılar zamanı İsa Peyğəmbərin çarmıxa çəkildiyi xaç tapılıb. Bundan sonra həmin yerdə Müqəddəs Məzar kilsəsi inşa edilib.


28-10-2016, 08:38
Geri dön