Kerridən şok etiraf — "Suriyada sülh danışıqlarına mane olmuşuq"

Kerridən şok etiraf — "Suriyada sülh danışıqlarına mane olmuşuq"












ABŞ-ın xarici işlər naziri Con Kerri Amerika ordusu tərəfindən Suriya hərbçilərinin vurulmasının sülh görüşlərinə mənfi təsir göstərdiyini bildirib.

Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin suriyalı hərbçilərə hücumlar təşkil etməsi Rusiya ilə imzalanan atəşkəs müqaviləsinə ziyan vurub.

Vaşinqtonun Sülh institutunda çıxış edən Con Kerri deyib: "Suriya məsələsində Rusiya və İran arasında hansı proseslər gedir, Səudiyyə Ərəbistanı və İran bir-birinin əleyhinə çıxış edir. kürdlərin istəkləri var və Ərdoğana qarşı çıxış edirlər, Ərdoğanın Suriya məsələsində istəkləri var, sünnilər və ələvilər arasında münasibətlər yaxşı deyil, xalqın böyük hissəsi Əsədi istəmir, İsrail məsələsi də var. Bu isə bölgədə 6 fərqli savaşın getdiyindən xəbər verir".

ABŞ əsgərlərinin Suriya hərbçilərinə atəş açmasına toxunan Kerri deyib: "Atəşkəsə əsasən, bir müddət səssizlik olmalı idi. Amma müqavilənin beşinci günü 70 Suriya hərbçisini bombaladıq. Rusiya bizim ciddi olmadığımza, Əl-Nusra cəbhəsini dəstəklədiyimizə və müxalifləri terrorçulardan ayırmaq istəmədiyimizə inandı. Sonra humanitar yardım maşını vuruldu və anlaşma ləğv edildi".
[xfgiven_images]
[xfvalue_images]
[/xfgiven_images] [xfgiven_source][/xfgiven_source]