DataLife Engine / Obamanın vida nitqi — Prezidentlik müddətinin hesabatını verdi

Obamanın vida nitqi — Prezidentlik müddətinin hesabatını verdi

Obamanın vida nitqi — Prezidentlik müddətinin hesabatını verdi










ABŞ prezidenti Barak Obama dünən axşam dövlət başçısı kimi son dəfə amerikalılara müraciət edib.

Obama 8 illik prezidentlik müddətinin hesabatını verib. Prezidentin fikrinə görə, 8 illik müddət kifayət qədər uğurlu keçib və ABŞ 2009-cu ilə nisbətən daha yaxşı və güclü dövlətə çevrilib.

Obama Amerika demokratiyasının böyüklüyündən danışıb və onu daxili və xarici təhlükələrdən qorumağın vacib olduğunu vurğulayıb. Xarici düşmənlərə islam fanatları və müxtəlif xarici ölkə paytaxtlarının avtokratları daxildir.

Barak Rusiya və Çini ABŞ-ın rəqibi adlandırıb.

Obama Trampın "sərbəst ticarət iş yerlərinin itirilməsi ilə nəticələnəcək" fikri ilə razılaşmır: "Mən razıyam ki, bizim ticarət sərbəstliklə yanaşı, düzgün olmalıdır. Amma iqtisadi çətinlik sərhəddən gəlməyəcək. Çətinliyi avtomatlaşdırma yaradacaq".

Obama hər şeydən əvvəl Amerika cəmiyyətinin və dünyanın mənəvi dəyərlərinin qorunmasından narahatdır. Onun fikrinə görə, bu dünyanın lideri elə Birləşmiş Ştatlardır.

Obama eyni zamanda müsəlman amerikalılara qarşı soyuq münasibəti və ayrı-seçkiliyi də qəbul etmir. Eyni zamanda, Quantanamo həbsxanalarının bağlanması üçün çıxış etdiyini də xatırladıb.

Prezidentin fikrinə görə, qanunun aliliyinə və insan hüquqlarına riayət olunmasına əsaslanan dünya nizamını fanatlar təhlükə altına salıb. Bu fanatlar İslam adından çıxış edənlər, bəzi ölkələrdəki diktatorlardır. Diktatorlar bu nizamı hakimiyyətləri üçün təhlükə sayırlar.

Dünya nizamı ikinci dünya müharibəsindən sonra ABŞ və digər demokratik ölkələrlə formalaşdırılıb.

Obama bildirib ki, 8 il ərzində Amerika xüsusi xidmət orqanları və hərbçiləri on minlərlə terrorçunu zərərsizləşdiriblər.
11-01-2017, 08:30
Geri dön