DataLife Engine / İŞİD Suriyanı bu kökə saldı - Hesabat

İŞİD Suriyanı bu kökə saldı - Hesabat


İŞİD Suriyanı bu kökə saldı - Hesabat

BMT-nin dəstəyi ilə hazırlanan hesabatda Suriyada davam edən müharibənin iqtisadi və sosial təsirləri əks etdirilib.

Azerinfo.az xəbər verir ki, sənəddə müharibənin ölkə iqtisadiyyatına 202.6 milyard dollarlıq zərər vurmaqla yanaşı, ərzaq sorağında olan insanların bərabərsizlik səviyyəsinə düşdüyü bildirilir. Müharibə Suriyada işsizlik səviyyəsini artırıb. 2011-ci ildə işsizlik 15 faiz təşkil edirdisə, ötən ilin sonunda bu göstərici 58 faizə yüksəlib. 4 milyon insanın işsiz olduğu bu ölkədə əhali sayı 21 milyondan 17.5 milyona enib.

Döyüşlərdə 220 min insan həlak olub, 3.8 milyon suriyalı qonşu ölkələrdə qaçqın kimi sığınacaq tapıb. 6.8 milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətində yaşayır. Uşaqların yarıdan çoxu məktəbə getmir. Onların əksəriyyəti 3 ildir təhsil almır.

BMT-nin bildirdiyinə görə, dekabr ayında ölkədəki məktəblərin üçdə bir hissəsi dağılıb.
12-03-2015, 11:45
Geri dön