DataLife Engine / Sarkisyan Putini təkləyir

Sarkisyan Putini təkləyir

Sarkisyan Putini təkləyir

Ermənistan prezidenti Serj Sarksiyan mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə getməyə bilər.

Azerinfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hələ ki, Ermənistan prezidentinin adı bayram tədbirlərinə gəlməyə söz vermiş MDB liderlərinin sırasında yoxdur. Rusiya mətbuatı yalnız Qazaxıstan və Belarus liderləri Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun, tacik lideri Emamoli Rahmonun bayram şənlikləri üçün Moskvaya gələcəyini vurğulayır. Qalan MDB ölkələrinin nümayəndə heyəti ən yüksək səviyyədə təmsil edəlməyəcək.

Ermənistan mətbuatı da prezident Serj Sarkisyanın Moskvaya getməyəcəyini güman edir. “Qarabağ” klanın lideri həmin gün Şuşada silahsız mülki azərbaycanlılara qarşı soyqırım təşkilinin 23 illiyini qeyd etmək üçün İrəvanda qalacaq. Erməni mətbuatı Putinin meydanda tək qalacağını iddia edir.

Əslində, İranın Qərblə anlaşmasından sonra bu ehtimal xeyli güclənir. Serj Sarkisyanın Putini meydanda tək qoyaraq qaçmasında da elə bir yenilikdir. Dar məqamda ən yaxın yoldaşı qoyub aradan çıxmaq özünü meymundan da qədim elan etmiş qonşu xalqın çox qədim adətidir və tarixi antik dövrlərə gedir.
3-04-2015, 16:24
Geri dön