DataLife Engine / ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi

ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi

Terrorçu qruplaşmaya qarşı hər gün orta hesabla 9 milyon dollar ayrılır.

ABŞ İŞİD terror qruplaşmasına qarşı hərbi hava zərbələrinə 1,8 milyard dollar xərcləyib. F-16 qırıcılarının gündəlik əməliyyatının məbləği orta hesabla 9 milyon dollardır.

ANS PRESS-in məlumatına görə, ümumiyyətlə, Birləşmiş Ştatlar İraqda və Suriyada İŞİD silahlılarına qarşı hərbi kampaniyaya 2,7 milyard dollar vəsait xərcləyib. Belə olan halda bu məbləğdən 1,8 milyardı döyüşlərə, kəşfiyyat və başqa uçuşlara sərf edilib. Maliyyə vasitələrinin üçdə ikisi aviasiya hərəkətlərinə yönəldilib. İŞİD-ə qarşı ötən ilin avqustundan başlayan xüsusi əməliyyatlara 200 milyon dollar xərclənib.

Pentaqonun məlumatına görə, terrorçu qruplaşmaya qarşı hər gün orta hesabla 9 milyon dollar ayrılır.

Xatırladaq ki, Prezident Barak Obama bir müddət əvvəl İŞİD ilə mübarizə strategiyasını açıqlayıb. Sənəddə deyilir ki, ABŞ himayəsi altında terrorçulara qarşı yaradılmış beynəlxalq koalisiya qüvvələrinə İŞİD üzərində qələbə üçün 10 il vaxt lazım olacaq.
12-06-2015, 13:15
Geri dön