DataLife Engine / ABŞ Bəşər Əsəd məsələsində geri çəkilir

ABŞ Bəşər Əsəd məsələsində geri çəkilir

ABŞ Bəşər Əsəd məsələsində geri çəkilir

















ABŞ hökuməti Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən dərhal kənarlaşdırılması tələbindən imtina edib və bu ölkədə hakimiyyətin nizamlı şəkildə təhvil verilməsinə tərəfdar olduğunu bildirib

Bunu ABŞ dövlət katibi Con Kerri CNN-ə müsahibəsində deyib. O bildirib ki, əvvəl ABŞ B.Əsədin dərhal hakimiyyətdən getməsində israrlı idisə, hazırda onun tədrici və idarəolunan gedişində maraqlıdır.
Dövlət katibinin fikrincə, Əsədin təcili şəkildə iqtidardan uzaqlaşdırılması nəticəsində Suiryada ölkəni və onun vətəndaşlarını sülh şəraitində yaşayışdan tam məhrum edəcək partlayış baş verə bilər: “Biz idarəolunan keçidə nail olmalıyıq ki, qisas alma, intiqam, ölüm qorxusu yaşanmasın”.
C.Kerri hesab edir ki, Suriyada dəyişiklik məqbul bir müddətdə gerçəkləşməlidir. Rusiyanın bu ölkədə hərbi mövcudiyyətinə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Moskva Bəşər Əsədə dəstəyini davam etdirməklə çox çətin durumda qala bilər.
Onun sözlərinə görə, Suriya prezidentinə dəstəyin davam etməsi və onun müttəfiqləri İran və “Hizbullah”la əməkdaşlıq bölgənin sünni dövlətləri ilə ciddi problemlərə səbəb ola bilər: “Bu, o deməkdir ki, Moskvanın sünni cihadçıların hədəfi halına gəlməsi mümkündür”.
C.Kerri qeyd edib ki, sünni dövlətlərini bu prosesə cəlb etmədən Suriya məsələsini həll etmək mümkün deyil (APA).
30-09-2015, 07:19
Geri dön