Ağdamda Vergi rəisinin uğurlu biznesi
Gundem / Bolge
Oxunub: 1 030
29 fev 2016 | 00:17
 Ağdamda Vergi rəisinin uğurlu biznesi










Görəsən Vergilər Nazirinin bu biznesdən xəbəri var?

Valeh Qasımov Qarabağın ən “imkanlı” sahibkarlarından sayılır.

Bu gün bölgələrdən daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, dövlət başçısı İlham Əliyevin ölkədə azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə verdiyi göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası hələ də bir çox məmurlar tərəfindən məqsədyönlü şəkildə əngəllənməkdəir. Mövzuya dair ötən saylarımızda dərc olunmuş yazılarda da qeyd etdiyimiz kimi, son vaxtlar ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin daha da sərtləşməsi bütün iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ölkədə müşahidə olunan proseslər bunu deməyə əsas verir ki, son vaxtlara qədər qarşılaşdıqları haqsızlıqlar müqabilində daha çox susmağa üstünlük verən sahibkarlar, artıq öz hüquqlarının müdafiəsinə qalxıblar. Bu xüsusda ölkə mətbuatında yayımlanan məlumatlarda da vurğulanır ki, xüsusilə son bir ay ərzində yüzlərlə sahibkar tərəfindən Prezident Adminstrasiyasına, o cümlədən şəxsən prezident İlham Əliyevin adına çoxsaylı müraciətlər ünvanlanır və həmin müraciətlərdə onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları açıq-aşkar qeyd olunur. O cümlədən, bu günlərdə kaspixeber.az-a daxil olan məlumatlarda da Bərdə şəhərində yerləşən Ağdam Rayon Vergi şöbəsinin rəisi, vergi xidməti müşaviri Valeh Qasımovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir. Aldığımız açıqlamalarda sahibkarlıqla məşğul olan şəxslər Ağdam Rayon Vergi şöbəsindən ciddi narazılıqlarını ifadə edirlər. Təqdim olunan məlumata görə, Agdam və onun ətrafında aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 50-70 manat əlavə haqq tələb olunur. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: “Sahibkarların sıxışdırılması üçün əsas kimi, vergi faiz dərəcələrinin artırılacağı göstərilir. Vergilərin 2%-dən 6%-ə qədər qalxacağını deyən idarə işçiləri, idarənin rəisi Valeh müəllimin göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Valeh Qasımovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə Ağdam Vergi idarəsinin rəhbərliyinə vermişik. Ətraf rayonlardan Bərdəyə,Ağdam Vergi şöbəsinə gələn şikayətçilərin isə, ümumiyyətlə sözlərini eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi bu kiçik sahibkarları qəbul etməkdən belə imtina edir...” Digər tərəfdən də, kaspixeber.az-a daxil olan başqa bir məlumatda mənbə Valeh Qasımovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna dair maraqlı açıqlamalar verir. Açıqlamada deyilir: “Valeh Qasımov özü hal-hazırda Qarabağ bölgəsinin ən “uğurlu” sahibkarlarından biridir. Belə ki, bu məmurun Bərdədə,Ağdamda,Tərtərdə və ətraf ərazilərdə tikinti materialları mağazaları, ferması və restoranı fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Valeh Qasımovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır”.Redaksiyamıza daxil olan məlumatlarda Valeh Qasımovun ailəsində baş vermiş xoşagəlməz hadisədən dolayı hüquq mühafizə orqqnlarına rüşvət verməyə məcbur olduğundan ona məxsus olan böyük mağazalardan birini satmış olduğu bildirilir. Buna görə xeyli dərəcədə xərcə düşmüş rəis bu ziyanın yerini sahibkarlardan alınan rüşvət hesabına doldurmaq istəyir.
Mövzunun davamı olacaq....
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO