Yatağa məhkum olan alimimiz. Onu niyə unutmuşuq?
Gundem
Oxunub: 1 264
29 mar 2016 | 18:34
Yatağa məhkum olan alimimiz. Onu niyə unutmuşuq?Azerinfo.az-ın əməkdaşı, vaxtilə elmi və siyasi həyatımızda böyük töhvələr vermiş, yüzlərlə tələbə və müəllim heyətinin sevgi və rəğbətini qazanmış, lakin hazırda yatağa məhkum olan Paşa Cəfərovun evində olub və onun haqqında məlumatı sizə təqdim edir.

Cəfərov Paşa Abbasqulu oğlu 1937 ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Atası 1943-cü ildə Böyük Vətən müharibəsində həlak olmuş, anası isə 1976-cı ilədək kolxozda çalışıbdır. A. S. Puşkin adına orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olub və 1960-ci ildə həmin institutu bitirərək alim-zootexnik ixtisasına yiyələnib. 1960-cı ilin may ayından, 1962-ci ilin sentyabr ayına kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə Tovuz rayonu Nizami adına kolxozda baş zootexnik vəzifəsində işləyib. 1962-ci ilin oktyabr ayında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Qoyunçuluq” ixtisası üzrə “Xüsusi heyvandarlıq” kafedrasının əyani aspiranturasına daxil olub. 1964-cü ildə aspiranturada oxuduğu müddətdə partiya sıralarına qoşulub, 1965 - 70-ci illərdə Fakültə Partiya Təşkilatı Büro üzvü olub.
1965-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək, 1966-cı ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən kənd təsərrüfatı elmləri namizədi, alimlik dərəcəsi adına layiq görülüb.
1965-ci ildən AKTA-da dərs deməklə, əvvəlcə assistent, 1969-cu ildən 90-cı illərə kimi dosent olmuş, 1979-80 və 1989-1994-cü illərdə zoomühəndislik fakültəsinin dekanı olub.
1987-1989 və 1998-2003cü illərdə “Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalının texnologiyası” kafedrasında kafedra müdiri vəzifəsində işləyib. P. Cəfərov 45 ildən artıq AKTA-da işlədiyi müddətdə dəfələrlə respublika tədbirlərində iştirak etmişdir. Respublikanın, Gəncə şəhərinin, AKTA-nın ictimai işlərində yaxından iştirak etmiş və öz əməyini əsirgəməmişdir. O, gənclik dövründən bu günədək ictimai əsaslarla komsomol, partiya və həmkarlar təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır.
Yatağa məhkum olan alimimiz. Onu niyə unutmuşuq?P. Cəfərov 1971-73-cü illərdə AKTA-nın Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik etmişdir. İşlədiyi müddətdə Moskva, Leninqrad, Kiyev, Alma-Ata, Tbilisi, Stavropol və s. şəhərlərdə elmi konfrans və simpoziumlarda məruzələrlə çıxışlar etmişdir. 100-dən çox elmi əsərin, 5 dərs vəsaitinin, 2 elmi ixtiranın, onlarla proqram və metodiki göstərişin müəllifidir.
P. Cəfərov ölkənin siyasi həyatında da öz xidmətini əsirgəməyib. O, Azərbaycan Kommunist Partiyasının Gəncə şəhər təşkilatının rəhbərlərindən olub, partiya işində böyük xidmətlər göstərib, dəfələrlə Moskva şəhərində keçirilən konfranslarlarda iştirak edib.
P. Cəfərovun 2 oğlu 1990-93-cü illərdə Qarabağ döyüşlərində vuruşub, özü isə dəfələrlə Tərtərdə, Fizulidə və s. müxtəlif cəbhə bölgələrinə gedərək və öz hesabına yardımlar aparıb, orda döyüşən əsgərlərə çatdırırmış.
Çox təəssüflər olsun ki, belə layiqli insanımız demək olar ki, unudulmuşlar siyahısındadır. Hazırda Paşa müəllim Gəncə şəhərində yaşayır, ağır xəstədir, 5 ildən çoxdur ki, yatağa məhkumdur. Eyni zamanda P. Cəfərovun bir oğlu Qarabağ veteranı və əlilidir.
Üzücü haldır ki, bu ailədə iki dəyərli insan, bir alim və bir Qarabağ əlili yatağa məhkumdur. Bu insanları unutmayaq.

GÜNEL MƏMMƏDOVA
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO