Şamaxı Dövlət Sənaye İqtisad Kolleci bazara çevrilib
Gundem
Oxunub: 2 124
15 mar 2016 | 00:41
Şamaxı Dövlət Sənaye İqtisad Kolleci bazara çevrilib










Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin direktoru təhsil kənd təsərrüfatı qaydaları ilə idarə edir

Şamaxı Dövlət Sənaye İqtisad Kollecində yer almış çoxsaylı qanun pozuntularından bəhs edən çoxlu sayda tənqidi materiallar dərc olunmuşdu. Qeyd etmək lazımdır ki, bu təhsil müəssisəsində yer almış çoxsaylı qanun pozuntuları artıq xeyli vaxtdır ki, ölkə mətbuatında tez-tez müzakirələrə çıxarılan mövzulardan biri kimi diqqəti cəlb etməkdədir. Bir müddət əvvəl kollecin rəhbərliyində baş vermiş dəyişiklik mövzunun gündəmdən düşməsinə səbəb oldusa da, az sonra yeni direktor Anar Abbasovun kollecdə rüşvətxorluq və digər korrupsiya əməllərinə daha böyük şiddətlə rəvac verməsi vəziyyəti təkrar əvvəlki məcrasına qaytardı.

Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, sessiya imtahanları dövründə Şamaxı Dövlət Sənaye İqtisad Kollecində rüşvət yığımlarının intensivliyi xüsusilə artır. Mənbələr qeyd edirlər ki, kollecdə sessiya ərzində 350 tələbə, ümumilikdə 130 fənn üzrə imtahan verir. Hər imtahanın “qiyməti” isə Anar müəllim tərəfindən 30 manat məbləğində müəyyənləşdirilib. Həmçinin ötən materialda toxunduğumuz daha bir məqam da kollecdə “imtiyazlı tələbələr” məvhumu kimi yeni bir anlayışın da artıq ciddi problemə çevrilməsi barədə idi. Məsələ bundadır ki, bəzi imkanlı tələbələrə kollecin direktoru tərəfindən verilən bu “imtiyazlar” birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Belə ki, həmin tələbələr A.Abbasov tərəfindən təyin olunan aylıq ödənişləri həyata keçirməklə dərslərə gəlməkdən azad olunurlar.

Aldığımız məlumatda həmçinin bildirilir ki, bu yaxınlarda kollecdə aparılan yoxlamalar nəticəsində 350 tələbədən 138-nin Anar müəllimə verdikləri 200 manat müqabilində dediyimiz həmin imtiyazlara sahib olmaları öz təsdiqini tapıb. Eyni zamanda da yoxlama zamanı Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin ştat cədvəlində ən az 9 nəfərdən ibarət “ölü canlar”ın saxlandığı müəyyən edilib ki, bunlardan da üç nəfərin fəhlə, digərlərinin isə dalandar, komendant, xadimə, gözətçi, istehsalat təlim ustası və sürücü olduğu bildirilir. Bu “işçilərin” maaş kartları isə direktorda olduğu deyilir. Lakin aidiyyatı olan qurumlar tərəfindən aşkar olunmuş qanun pozuntularına görə kollec rəhbərliyinin hər hansı məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atılmayıb. Halbuki kollecdə aparılan yoxlama zamanı həmçinin saxta diplomların təqdim olunması ilə bağlı da yetərincə faktlar aşkar edilmişdi.

Bu xüsusda mənbələr iddia edirlər ki, bir neçə il əvvəl kollecdən qovulmuş bir nəfərə “Mühasibat uçotu” fakultəsinin diplomu, digər birinə isə imtahan qiymətlərinin yol vermədiyi halda “Yol hərəkətinin təşkili” fakultəsinin fərqlənmə diplomu təqdim olunub. Biz hələ də ümid edirik ki, irəli sürülən ittihamlara Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin direktoru da öz münasibətini bildirmək istəyəcəkdir. Digər tərəfdən isə məlumatı təqdim edən mənbələr israr edirlər ki, Anar müəllimin dəfələrlə müxtəlif insanların yanında Təhsil Nazirliyində çalışan yüksək vəzifəli məmurlardan birinin himayəsində olduğunu və tutduğu vəzifədə də məhz bu himayədarlıqdan bəhrələndiyini söyləməsini eşidənlər də kifayət qədərdir. Bunu nəzərə alsaq ehtimal etmək olar ki, bu kollec direktoru rəhbərlik etdiyi təhsil müəssisəsində baş verənlər barədə heç bir açıqlama verməyə də zərurət görməsin…
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi