"Pəhləvanlar" insan alveriylə məşguldur
Gundem / Sosial
Oxunub: 3 000
29 mar 2016 | 19:12
Əxlaqsızlıq yuvasına çevrilən obyektin sahibi Qabil Ramazanovun himayədarı kimdir?
"Pəhləvanlar" insan alveriylə məşguldur
O, əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozub

Azerinfo.az xəbər verir ki, Saray qəsəbəsində yerləşən və Qabil Ramazanova məxsus olan "Pəhləvanlar" kafesində cərəyan edən iyrənc işlər, gənc qızların məcburi şəkildə cinsi istismara məruz qoyulması adamda iğrah hissi oyadır.

Etibarlı mənbənin redaksiyamıza ötürdüyü yeni informasiyalara görə, kafedə çalışan sürücülərdən müdür Qabil Ramazanova ən yaxını, onun vacib tapşırıqlarını yerinə yetirən Saray qəsəbəsinin sakini 1977-ci il təvəllüdlü Ramil Şahməmmədovdur: "Ramil Şahməmmədov bir neçə il əvvəl öz qohumunu qətlə yetirib, lakin kifayət qədər sübutlar olmadığına görə, Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılan cinayət işi üzrə o cinayət məsuliyyətinə cəlb olunmadan yayına bilib. Qətlə yetirilmiş qohumunun meyidi isə bu günə kimi tapılmayıb. Kafedə fəaliyyət göstərən fahişə qadınlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqda Qabil Ramazanov həmin əxlaqsız qızları guya obyektdə xadimə, aşbaz, qabyuyan, ofisiant işlətdiyini bildirərək həmin orqanlarda məsuliyyətdən yayınır. Keçən dəfə dediyim kimi, Qabilin sağ əli Gürcüstan vətəndaşı olan Sopia Pipiadır. O dəfələrlə Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin hər dəfə məsələyə Qabil Ramazanov müdaxilə edib və bu qadının kafedə xadimə işlədiyini bildirərək onu sözügedən dövlət qurumlarında məsuliyyətdən yayındırmağa müvəffəq olub. Çox qəribədir ki, Dövlət Miqrasiya Xidmətindən əldə olunmuş məlumata əsasən, Sopia Pipia adlı "mama roza" və fahişə barəsində həmin orqan tərəfindən 2012-ci ilin iyun və 2014-cü ilin may aylarında miqrasiya haqqında qanunvericiliyin tələblərini pozduğuna görə ölkədən çıxarılması, həmçinin ölkəyə girişinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib. Amma buna baxmayaraq, həmin qadın

"Pəhləvanlar" insan alveriylə məşguldur

Respublikasının ərazisində öz qanunsuz əməllərini davam etdirir". Mənbə deyir ki, Qabil Ramazanov öz xeyrinə görə Sopia Pipiaya havadarlıq edir: "Qabil Ramazanovun özünə isə çox yüksək vəzifəli şəxslərin "krışa"lıq etdiyi bildirilir. Əgər belə olmasaydı, bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları kafedə baş alıb gedən fahişəliyə göz yummazdılar. Deyilənə görə, narkotik maddələrin satışı ilə məşğul olan dəstələrin üzvləri "Pəhləvanlar" kafesində tez-tez görünürlər. Bu təsadüfi deyil ki, çünki belə obyektlərdə narkotik maddələrə tələbat çoxdur. Bundan başqa kafenin işçilərinin heç biri müvafiq dövlət orqanları tərəfindən (sosial müdafiə, vergi, əmək müfəttişliyi və sair) qeydiyyatları mövcud deyil. Kafenin sahibi Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub. Əmək Məcəlləsinə görə işə götürənlə işçilər arasında əmək müqaviləsi bağlanmalı və həmin şəxsin adına əmək kitabçası açılmalıdır. Kafedə müxtəlif işlərə əcnəbilər də cəlb olunub ki, onlar Dövlət Miqrasiya Xidmətində əmək miqrantı kimi qeydiyyata alınmayıblar. Bir sözlə, adıçəkilən obyektdə Əmək Məcəlləsinin və miqrasiya haqqında qanunvericiliyin tələblərinə qəti surətdə əməl edilmir. Əcnəbi fahişələr kafedə fəaliyyət göstərən hoteldə saxlanılır. Onlar heç bir dövlət orqanında müvafiq qeydiyyata alınmırlar. Yaxud onlara saxta ünvanlara qeydiyyata düşmək üçün Qabil Ramazanov tərəfindən şərait yaradılır. Obyektin əsl gəliri vergi orqanlarından gizlədilir. Onu da deyim ki, Sopia Pipia ölkədən çıxdığı zaman geri qayıda bilmədiyi üçün 2014-cü ilin mart ayından Gürcüstana gedə bilmir. Anası onun uşaqlarını görüşmək üçün Azərbaycana gətirib aparır". Mənbənin məlumatından açıq şəkildə görünür ki, kafedə həm fahişəlik, həm də müxtəlif qanunsuzluqlar baş alıb gedir. Biz yazılanları nəzərə alıb Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyindən xahiş edirik ki, "Pəhləvanlar" kafesində yaşanan özbaşınalıqlarla bağlı ölçü götürsünlər. Əks təqdirdə, adıçəkilən çirkab yuvasında qadın alveri daha da çiçəklənə bilər.
Ardı var...
Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır