Müstəntiq dələduzluq etmiş şəxsləri niyə müdafiə edir?
Gundem / Kriminal
Oxunub: 2 646
3 apr 2016 | 23:39
Müstəntiq dələduzluq etmiş şəxsləri niyə müdafiə edir?










AR Konstitusiyasının 133.1 maddəsinin tələbinə əsasən, müstəntiq başlamış cinayət işi üzrə hərtərəfli, tam obyektiv ibtidai istintaq aparılması üçün, zəruri addımlarını atmalıdır

İctimai həyatımızda əmələ gələn bir çox sosial problemlərin varlığına səbəb, əksər hallarda bir kimsənin digərini aldatmasından, bir kimsənin digərinin etibarından sui-istifadə etməsindən və.s kimi səbəblər üzündən əmələ gəlir ki, bu da çox zaman acı sonluqla nəticələnir. Belə bir amillər o halda baş verir ki, minbir iyrənc yollara əl atmaqla dələduzluq əməllərinə, çoxsaylı qanunsuzluq əməllərinə qol qoyan şəxsləri, bəzən hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlardan müdafiə edənlər də olur. Sözsüz ki, bu zaman hansısa maraqların təmin olunmasından, hansısa təminolunmalardan da söhbət gedir. Məsələn, bir neçə gün bundan əvvəl informasiya mərkəzimizə, 2012-ci ildən çoxsaylı sakinləri müxtəlif yollarla aldadan, amma hələ də layiq olduğu cəzasını almayan Qurbanova Almaz Sevindik qızının qol qoyduğu fırıldaq əməlləri barəsində, şikayət ərizəsi daxil olmuşdur. Əldə etdiyimiz məlumatlara görə o, 06 iyun 1969-cu ildə Füzuli rayonunda anadan olmuş və rayonun Horadiz şəhəri M.Ə.Rəsulzadə küçəsi ev-69 ünvanında qeydiyyatda olsa da, hal-hazırda müvəqqəti olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev-10, mənzil-56 ünvanında yaşayır.

İllər uzunu dələduzluq əməllərinə qol qoymaqla, yəni Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməklə, çoxsaylı vətəndaşları minbir bəhanələrlə aldadan Almaz Qurbanova ilə bağlı, redaksiyamıza şikayət ərizəsi ünvanlayan sakinlərin sayı çox olduğundan, həmin şəxslərin adlarını ardıcıllıqla qeyd edirik.

1) Səttərova Gülbəniz Vəli qızı, Bakı şəhəri Ə.Kürçaylı küçəsi, ev-22, mən-7

2) Əsədova Əntiqə Mürsəl qızı, Bakı şəhəri E.Süleymanov-148, mən-105

3) Rəhimova Gülər Eldar qızı, Bakı şəhəri B.Nuriyev küçəsi, bina 15\9 “A” mən-74

4) Məmmədova Elyana Əhməd qızı, Bakı şəhəri R.Qəmbərov küç-4

5) Seyfəliyeva Sevda Məcid qızı, Sabunçu qəsəbəsi Ə.Əliyev küç-41

6) Rəsulova Rəhilə Ağasəlim qızı, Bakı şəhəri Bakıxanov qəsəbəsi, Axundov küç-49, mən-7

7) Məhərrəmova Minayə Qurban qızı, Yeni Suraxanı qəsəbəsi S.Məhərrəmov küç, ev-81

8) Məmmədova Afina Firdovsi qızı, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev126, mən-4

9) Tomayeva Mahizər Əhənəd qızı, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 118, mən-30


Şikayətçilər ünvanladıqları şikayət ərizəsində yazırlar ki, “06 iyul 2015-ci il tarixdə Almaz Qurbanova ilə bağlı Bakı şəhəri, Nizami rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Emin Abdullayev tərəfindən 150086074 saylı cinayət işi başlanılır və toplanmış iş materialları tədbir görülməsi üçün Nizami rayon Prokurorluğuna da göndərilir. Müstəntiq Emin Abdullayevin çıxarmış olduğu qərardan sonra, başlanmış cinayət işinin araşdırılması Nizami rayon Prokurorluğunun əvvəlki müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Fərzəliyev Nəzər Kamil oğluna, sonra isə Rövşən Yusifov adlı müstəntiqin icraatına verilsə də, nədənsə onlar işin istintaqının obyektiv araşdırılmasına, həm də açıq məhkəmə müstəvisinə çaxarılmasına imkan vermədilər. Belə bir olayla üz-üzə qalmağımız qalsın bir yana, 02 dekabr 2015-ci il tarixdə müstəntiq Rövşən Yusifovun iştirakı ilə keçirilən üzləşmə zamanı, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən Almaz Qurbanova və onun oğlu Şaiq Qurbanov üstümüzə hücum çəkərək “gedin kimə istəyirsiniz deyin, onsuz da pulunuzu qaytarmayacağıq” demələri, bir daha sübut etdi ki, başlanmış cinayət işinin obyektiv araşdırılması, Nizami rayon Prokurorluğunda baş tutmayacaq. Hətta, dələduzluq əməllərinə qol qoymuş Qurbanovların zərərçəkmiş, şəhid ailəsi Gülər Rəhimovanın boğaz nahiyəsindən tutmaları, onu təhqir etmələri tam təsdiq etdi ki, şikayətimiz elə şikayət olaraq qalacaq.

Biz zərəçəkmişlərdən başqa Almaz Qurbanovanın oğlu Şaiq Qurbanovun da, eyni qaydada cinayət əməllərinə qol qoyması barədə də müəyyən məlumatlara malikik. Beləki o, 22 fevral 2014-cü il tarixdə “Azərbaycan İnformasiya Agentliyi”nin rəhbəri Hümbətov İbrahim Qubad oğlunu aldatmış və ona məxsus 10-UB-795 dövlət nömrə nişanlı, 07 markalı nəqliyyat vasitəsini də ələ keçirmişdir. Bundan əlavə, o, Nəcəfquliyev Rauf Xasay oğluna məxsus BMV markalı avtomobili də ələ keçirərək mənimsəmişdir.

Hətta, Almaz Qurbanova oğlu Şaiq Qurbanov ilə əlbir olaraq, Feyzullayeva Nazilə Böyükağa qızı, Məmmədova Zemfira Məmməd qızı, Xancanova Məhbubə Rəis qızı və Dəmirova Validə Lətif qızı ilə də əlbir olaraq, bir çox zərərçəkmişlərin pulunu və qızıl-zinət əşyalarını da, fırıldaqlıq etməklə ələ keçirmişlər. Zərərçəkmiş şəxslərdən Səttərova Gülbəniz Vəli qızınnın 22,820 manat pulunu və 180 manat dəyərində ayfon-4 markalı mobil telefonunu, Yusifova Səidə Umud qızının 11300 manat pulunu, Rəsulova Rəhilə Ağasəlim qızının 33787 manat pulunu, Əsədova Əntiqə Mürsəl qızının 38949 manat pulunu, Məmmədova Elyanə Əhməd qızının 1130 manat pulunu, Seyfəliyeva Sevda Məcid qızının 3500 manat pulunu, Rəhimova Minayə Qurban qızının 5500 manat pulunu, Rəhimova Gülər Eldar qızının isə, 13500 manat pulunu və qızıl-zinət əşyalarını da ələ keçirmişlər. Almaz Qurbanova və onun oğlu Şaiq Qurbanovun qol qoyduqları dələduzluq əməlləri ilə bağlı, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Nizami rayon prokuroru cənab Aqşin Ziyadov tərəfindən cinayət işi başlanıb sadalanan faktlar tam isbata yetirilsə də, nədənsə hər iki şəxs lazımınca cəzalandırılmadı. Sadəcə olaraq Suraxanı rayon Mühafizə Polisinin əməkdaşı olan Şaiq Qurbanov, daxili işlər orqanlarından xaric edildi”.

Bütün bunlar Almaz Qurbanova və onun oğlu Şaiq Qurbanovun dələduzluq əməlləri ilə üz-üzə qalan zərərçəkmişin açıqlamaları idi. Bu gün zərərçəkmişlər müraciətlərini redaksiyamıza ünvanlayaraq xahiş edirlər ki, həm üzləşdikləri problemləri ictimailəşdirək, həm də başlanmış cinayət işinin Bakı şəhər Prokurorluğuna verilməsi üçün, lazımi köməkdarlığımızı da göstərək. Çünki bu günədək Nizami rayon Prokurorluğunda, dələduzluq əməllərinə qol qoymuş Qurbanovlar barəsində, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlamış 150086074 saylı cinayət işi lazımınca araşdırılmadı və zərərçəkmişlərin iddiaları da təmin olunmadı.

Təəssüf doğuran hal odur ki, çoxsaylı sadə vətəndaşları aldatmaqla, onların həm pulunu, həm də qızıl-zinət əşyalarını fırıldaqlıq etməklə ələ keçirən Almaz Qurbanova ilə bərabər, onun oğlu Şaiq Qurbanovun da əməlləri, Nizami rayon Prokurorlu]unda lazımınca araşdırılmır. Bu da ona imkan verir ki, hər iki şəxs növbəti cinayət əməllərinə qol qoysunlar. Belə olan halda sıravi sakinlərlə bərabər, media təmsilçilərinin də huquq-mühafizə orqanı əməkdaşlarına olan inamı heçə enir ki, bu da arzuolunmaz vəziyyətin əmələ gəlməsinə də səbəb ola bilər.

Diqqəti o hal da cəlb edir ki, bu gün Azərbaycan dövlətini təmsil edən rəsmi şəxslər, o cümlədən ölkə rəhbəri cənab İlham Əliyev də, hər yanda bəyan edir ki, “biz sivil, demokratik, hüquqi, dünyəvi bir dövlətdə yaşayırıq”. Bu belə olduğu halda, bəs səbəb nədir ki, həmin şəxslərin bəyan etdkləri demokratik Azərbaycan dövlətində, bir neçə zərərçəkmişin şikayəti araşdırılmır, hüquqları qorunmur. Hansı ki, dələduzluq əməllərinə qol qoyan şəxslər də bəllidir, ünvanları da bəllidir. Eyni zamanda hər iki şəxs barəsində Bakı şəhəri Nizami rayon Prokurorluğunda konkret cinayət işi də başlanılıb. Bax budur diqqəti cəlb edən, bizi düşündürən an.

Problemin varlığını diqqətdə saxlayacağıq. Araşdırmamız davam edəcək.

Azerinfo.az
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?