Elxan Qədimli müxalifətçidirsə, iqtidar “kreslo”sunda niyə oturur?
Gundem / Bolge
Oxunub: 1 581
12 apr 2016 | 14:26
Elxan Qədimli müxalifətçidirsə, iqtidar “kreslo”sunda niyə oturur?











Kənd sakinləri onu da bildirirlər ki, “bu gün 300-dən çox seçicisi, 600 nəfərdən çox sakini olan Avaxıl kəndi, bir neçə “mafioz” tərəfindən ələ keçirilib

Şamaxı rayonunun Avaxıl kəndində baş verənlər haqda lazımi məlumatları əldə edərkən, o da bəlli olur ki, DQ müharibəsi gedişi zamanı “Nasosnı”dakı hərbi hissəni özbaşına tərk edib fərarilik edən, hər zaman YAP-nın siyasi səhnədən getməsinə çalışan, 2003-cü il prezident seçkisində Müsavat Partiyasının namizədi olan İsa Qənbərə, kənd bələdiyyəsinə sədrlik etdiyi zaman 51% səs toplayan, 06 may 2001-ci il tarixdə kənd sakini Hacı Nafis Quliyevin ölümündə günahlandırılan, bu gün isə, çoxsaylı sosial problemlərin əmələ gəlməsinə səbəbkar olan və Avaxıl kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Elxan Qədimli, hal-hazırda kənddə əməlli-başlıca “at oynatmaqdadır”. Onun minbir qanunsuzluq əməllərinə, həddi-hüdudu bilinməyən özbaşınalıqlara və.s qol qoyması haqda məlumatları informasiya mərkəzimizə çatdıran kənd sakinləri bildirirlər ki, “biz kənddə yaşasaq da, yaşayıb kənd təsərrüfatı ilə məşğul olmağımıza, mal-qara saxlamağımıza, digər əhəmiyyət kəsb edən addımlar atmağmıza, bu günədək Elxan Qədimli imkan verməyib. Çünki, vaxtilə bizim kəndin də yetərincə torpaq sahələri var idi. Elə ki, o, 1999-cu ildə keçirilən bələdiyyə seçkisində sədr “seçildi”, həmin ildən də əsl müsibətlərimiz başladı. Çünki, Elxan Qədimli kənd sakinlərinə məxsus 200 hektar torpaq sahəsini qanunsuz olaraq satdı. Həmin torpaq sahəsinin 25 hektarından çoxunu qardaş-bacısının, yaxın qohum-əqrəbasının adına sənədləşdirsə də, 174 hektar sahəni isə, kənar şəxslərə satdı. Belə bir yolla da o, kənd sakinlərinə məxsus əkin və örüş sahələrinin “altından girib üstündən də çıxdı”.
Elxan Qədimli 2004-cü ildə keçirilən bələdiyyə seçkisində bir daha iştirak etsə də, biz sakinlər ona səs vermədik. Çünki, o, bələdiyyəyə rəhbərlik etdiyi illər ərzində kənd sakinlərinin tam əksəriyyətinə qənim kəsildi, qohum-əqrəbasını başına yığaraq minbir fırıldaq əməllərinə qol da qoydu. Elə ki, bələdiyyə seçkisində məqsədinə nail ola bilmədi, az sonra o, hansısa himayədarının köməkliyi ilə Avaxıl kəndi üzrə icra nümayəndəsi vəzifəsinə yiyələnə bildi. 2004-2010-cu illər ərzində icra nümayəndəsi vəzifəsini daşısa da, 2010-cu ildə Şamaxının sabiq icra başçısı Nazim İsmayılov, onu daşıdığı vəzifəsindən uzaqlaşdırdı. Buna səbəb, Elxan Qədimlinin müxalifətçi olması əsas gətirildi.
2009-cu ildə keçirilən bələdiyyə seçkisində o, bacısı oğlanlarından iki nəfərini bələdiyyə şurasına üzv seçdirə bildi. Yeni bir müsibət də, həmin vaxtdan başladı. Çünki, Elxan Qədimli bacısı oğlanları ilə ələlə verərək kənd sakinlərinə məxsus olan-qalan torpaq sahələrini də, köhnə tarixə sənədləşdirərək satdılar. 2014-cü il bələdiyyə seçkisində o, özünün və bacısı oğlu Sahib Şirinovun namizədliyini irəli sürsə də, biz sakinlər yenə də ona səs vermədik.
Təəccüb doğuran hal o oldu ki, Elxan Qədimli 2010-cu ildə müxalifətçilərlə işbirliyi qurduğu üçün icra nümayəndəsi vəzifəsindən uzaqlaşdırılsa da, 2015-ci ilin martında o, yenidən Avaxıl kəndi üzrə icra nümayəndəsi vəzifəsinə yiyələnə bildi. Elə ki, o, vəzifəsinin icraasına başladı, bir müddət keçdikdən sonra, bacısı oğlu Sahib Şirinovu Avaxıl kənd bələdiyyəsinə sədr də seçdirə bildi”.
Kənd sakinləri onu da bildirirlər ki, “bu gün 300-dən çox seçicisi, 600 nəfərdən çox sakini olan Avaxıl kəndi, bir neçə “mafioz” tərəfindən ələ keçirilib. Yəni, kənddə icra nümayəndəsi vəzifəsini Elxan Qədimli, bələdiyyə sədri vəzifəsini, onun bacısı oğlu Sahib Şirinov, məktəb direktoru vəzifəsini isə, bacısının həyat yoldaşı Səid Şirinov həyata keçirməkdədir. Belə bir ab-havanın varlığı da onu söyləməyə əsas verir ki, bizim kənd Elxan Qədimli başda olmaqla, onun qohum-əqrəbasının “əsarəti altındadır”.
Biz sakinlər bir müddət bundan əvvəl keçirilən və 300 nəfərdən çox seçicisi olan kəndin hesabat iclasından, iki gün sonra xəbər tuta bildik. Əldə etdiyimiz məlumatlara görə, keçirilən hesabat iclasında onbir nəfər iştirak etsə də, onlardan bir nəfəri rayondan gələn nümayəndə olur. Bunu da Elxan Qədimlinin növbəti “fironluğu” hesab etmək olar. Çünki, o, hər yerdə danışır ki, “mənu bu vəzifəyə yüksək çinli vəzifə sahiblərindən biri təyin etdirib, odur ki, bir kimsə mənə nəsə edə bilməz” deyir.
Kəndimizin ən böyük problemlərindən biri də, bələdiyyə mülkiyyətinə aid bütün torpaq sahələrinin kimlərəsə satılmasıdır. İndi bir anlığa diqqət yetirək ki, kəndimizin neçə-neçə cavanları var, onlar hal-hazırda hərbi xidmətdədirlər. Bu gün sabah onlar hərbi xidmətdən qayıdacaqlar, ailə quracaqları təqdirdə, onlara verilməli olan torpaq sahəsi qalıbmı? Əsla yox! Çünki, yuxarıda qeyd etdiyimiz ki, Elxan Qədimli başda olmaqla, onun yaxın qohum-əqrəbası bütün torpaq sahələrini ələ keçiriblər, kimə istəyiblər satıblar”.
Bütün bunlar, kənd sakinlərinin informasiya mərkəzimizə çatdırdıqları məlumatlardır. Onların bu gün istəyi ondan ibarətdir ki, Avaxıl kəndini Qədimli və Şirinov soyadlı şəxslərin zülmündən xilas edə bilsinlər, onların hər biri tutduqları əməllərə görə müttəhimlər kürsüsündə əyləşib, qanun qarşısında da cavab versinlər.
Kənd sakinlərindən olan Əfəndiyev Çingiz Neman oğlu isə, əmisi Hacı Nafis Quliyevin ölümünü birbaşa Elxan Qədimlinin adı ilə bağlayır. O da informasiya mərkəzimizə ünvanladığı müraciətində yazır ki, “1969-cu ildə Şamaxı rayonu Soltan Məcid Əfəndiyev adına kolxozun idarə heyyətinin qərarı ilə, əmim Hacı Nafis Şəmsəddin oğluna, kəndimizin yaxın ərazisindən bağ-bostan bitkiləri becərmək üçün 80 sot torpaq sahəsi verilir. 1996-cı ilə qədər kənd sakinlərinin istifadə etdikləri torpaq sahələrində aqrar islahat komissiyasının qərarı ilə islahatlar aparılsa da, 80 sotluq torpaq sahəsi əmimin ixtiyarında qalır. 1999-cu il bələdiyyə seçkilərində Avaxıl kənd bələdiyyəsinə sədr seçilən Elxan Qədimli, çox keçmir ki, həmin torpaq sahəsini ələ keçirmək istəyir. Onun belə bir niyyəti Hacı Nafis Quliyevə bəlli olduqda, hər iki tərəf arasında ciddi mübahisə başlayır. Tərəflər arasında mübahisənin əmələ gəlməsinə baxmayaraq, 06 may 2006-cı il tarixdə əmim görür ki, ona məxsus torpaq sahəsini Elxan Qədimli zəbt edib. Həmin vaxt hər iki tərəf arasında mübahisə daha da qızışır və hətta Elxan Qədimli ona məxsus arı yeşiklərinə belə, od vurmaqdan da çəkinmir.
Tərəflər arasında əmələ gələn qarşıdurma çox keçmir ki, ikinci tərəfin boğazından boğularaq öldürülməsi ilə nəticələnir. Belə ki, mübahisəli torpaq sahəsində əlbəyaxa dava düşür və fiziki cəhətdən güclü olan Elxan Qədimli və onun qardaşı Aydın Qədimov, əmimi boğaraq öldürürlər. Təəssüf doğuran hal o olur ki, dünyasını dəyişən Hacı Nafis Quliyevin meyti, bir müddət hadisə yerində qalır. Gecə saat 24:00 radələrində hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları lazımi araşdırma işi aparmırlar, həkim ekspert komissiyasının səlahiyyətlisi Mamed Abdurazaqov isə, yazmış olduğu rəyində qeyd edir ki, “Hacı Nafis Quliyev infakt keçirib və belə bir səbəb üzündən də, o, dünyasını dəyişib”. Belə bir rəy olduqca gülünc, olduqca ikrah hissi doğuran bir rəy olur. Çünki, həmin rəy hansısa maraqlar çərçivəsində yazılır. Amma, onu da unutmaq olmaz ki, Hacı Nafis Quliyev heç vaxt spirtli içki içən şəxs olmayıb və heç bir halda spirtli içki içilən məclislərdə də oturmayıb. 1872-ci ildə onun babası Hacı Seyid Qulu Əfəndi, Avaxıl kəndində məsçid tikdirir və elə ki, o, dünyasını dəyişir, onu kəndin qəbristanlığında da dəfn edirlər. Bu gün də, onun dəfn olduğu kənd qəbristanlığı Şamaxı rayonu ilə bərabər, ətraf rayonlardan gələnlər üçün bir ziyarətgaha da çevrilib”.
Amma, bu gün Avaxıl kəndinin “Qoşabulaq” adlanan ərazisində Elxan Qədimliyə məxsus (hansı ki, Hacı Nafis Quliyevi o, həmin yerdə qətlə yetirib) istirahət mərkəzi var ki, həmin mərkəz bu gün hotel adı altında fəaliyyət göstərsə də, əslində ən “xod gedən” əxlaqsızlıq ünvanlarından biridir. Digər tərəfdən, həmin hotelin vergidən yayınması barədə müəyyən çevrələrdə söz-söhbətlər də dolaşmaqdadır.
Elxan Qədimlinin qanunsuzluğa söykənən əməllərindən biri də, istər onun bələdiyyə sədri işlədiyi illər ərzində, istərsə də 2005-2010-cu illərdə kənd icra nümayəndəsi vəzifəsini daşıyarkən, “Qoşabulaq” istirahət mərkəzi şəbəkəsinə rəhbərlik etməsi olub. Əslində bu yöndə də müəyyən araşdırmalar aparılarsa, o zaman o da bəlli olar ki, Elxan Qədimli hər zaman ciddi qanun pozuntularına yol vermişdir. Həmin illərdə istirahət mərkəzi və mərkəzə aid voen onun adına olub. Baxmayaraq ki, icra strukturunda çalışan vəzifə sahiblərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan olunur, amma Elxan Qədimli qanunun belə bir tələbinə heç bir halda məhəl qoymayıb və daşıdığı vəzifəsindən sui-istifadə edərək, daim sahibkarlıq fəaliyyəti ilə də məşğul olmuşdur. Əldə etdiyimiz məlumatlara görə, ona məxsus obyektin voeni, onun Türkiyə dövlətində təhsil alan oğlu Mürvət Qədimlinin adınadır. Bu da ciddi qanun pozuntusudur. Çünki, xarici dövlətdə təhsil alan tələbə xaricdə yaşayır və ona məxsus voenlə kiminsə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hansısa əsaslar da olmalıdır.
Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, Elxan Qədimlinin Avaxıl kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşımasının heç bir hüquqi əsası yoxdur. Belə bir səbəblər üzündən də, inanırıq ki, yaxın vaxtlarda rayon rəhbərliyi və digər vəzifə sahibləri onunla bağlı qəti tədbirlərini də görəcəklər.
Araşdırmamız davam edəcək.
Azerinfo.az
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi