MIKAYIL CABBAROV YAZILMAMIŞ QANUNLARI DÖVLƏT QANUNLARINDAN ÜSTÜN TUTUR
Gundem
Oxunub: 1 608
13 apr 2016 | 20:12
MIKAYIL CABBAROV YAZILMAMIŞ QANUNLARI DÖVLƏT QANUNLARINDAN ÜSTÜN TUTUR











KORRUPSİONERLƏR YETİŞDİRİLİR

2015-2016-cı tədris ilinin başlanğıcında Prezident Cənab İlham Əliyev Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olandan sonra direktor Səidə Zeynalovanın təkəbbürü çoxalıb. Ölkə başçısının iltifatını bir növ «toxunulmazlıq statusu» kimi qəbul edən xanım direktorun rəhbərlik etdiyi müəssisədə korrupsiya baş alıb gedir.

Məlumat üçün bildirək ki, liseydə təhsil alan şagirdlərdən birinin valideyinin redaksiyamıza verdiyi ilginc faktları araşdırarkən maraqlı məqamlarla qarşılaşdıq.

Belə ki, redaksiyaya daxil olan melumatda bildirilirdi ki,Səidə Zeynalova əvvəllər Qərb Universitetinin nəzdində fəaliyyət göstərən orta məktəbdə müavin işləyib və rus dili müəlliməsidir.İki övlad anasıdır. Özünün Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında hər bir şəraiti olan lyüks evi,altında bahalı CİP-i,və….,sağlığına qismət. Qeyd edək ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır və 43 sinif var. İnsafən qeyd edək ki, ali məktəblərə qəbul vaxtı yüksək bal toplayan şagirdlərin sayı qonşu məktəblərə baxanda yüksəkdir.Həmin bal toplayan şagirdlər isə ikietablı qəbul vaxtı birinci etabdan keçən şagirdlərdir. Deyilənə görə hər il qəbul vaxtı ilk öncə direktor liseyə qəbul olmaq istəyən şagirdləri özü testdən küçirdir və biliyi olmayan şagirdlərin valideyinləri ilə anlaşma aparır ki,sizin uşağı 500 manatın müqabilində ikinci etapda qəbul edəcəm. Direktor birinci etapda Baş Təhsil İdarəsindən komissiya təşkil edir və onların iştirakı ilə əvvəlcədən seçdiyi şagirdlərdən imtahan götürür və komissiya gedəndən sonra yağlı şagirdləri Baş Təhsil İdarəsindəki havadarlarının vasitəsi ilə ikinci etapda liseyə qəbul edir və həmin şagirdlər də olur liseyin ən yaxşı şagirdləri. Şagirdlər inciməsinlər, amma bütün müşahidələr belə düşünməyə əsas verir ki, onların heç birindən Azərbaycanın gələcək tərəqqisi üçün töhfə gözləməyə dəyməz. Çünki həmin şagirdlər bu gün təhsil aldıqları məktəbin onların valideynlərindən qopardığı rüşvəti sabah işləyəcəkləri sahələrdən oğurlamağa borclu düşürlər — bu, bir aksiomdur.

Doğruluğuna şübhə etmədiyimiz məlumatlara görə, direktor Səidə Zeynalovanın üç müavini olmağına baxmayaraq, o yalnız Nərgiz Qədirovanın əli ilə şagirdlərdən çeşidli rüşvət toplayır. Belə ki, V-IX siniflərin şagirdlərindən illik 30 manat, X-XI sinif şagirdlərindən illik iki dəfə artıq, yəni hərədən 60 manat «fond pulu» yığılır. Dolma, aş, düşbərə, kotlet, küftə, qutab təklif olunan, 1 stəkan çayın 20 qəpiyə satıldığı bufet direktora aylıq 400 manat haqq verir.

Müəllimlər elə məktəbdəcə repetitorluq fəaliyyəti ilə məşğuldurlar. Repetitor-müəllimlər hazırladıqları hər şagirddən aldıqları puldan ayda 10 manat direktora verirlər. Bu hal elə təsəvver yaradır ki, liseydə təhsil pulludur.

İkinci növbədə dərslər qaydasında keçirilmir. Bölünməli olan fənlər (rus bölməsində Azərbaycan dili, xarici dil; Azərbaycan sektorunda rus dili, xarici dil) bölünmür, çünki sinif çatmır. Siniflərdə I növbənin müəllimləri II növbədə repetitorluq edirlər.

V dərs saatından sonra X-XI sinif şagirdləri evə buraxılırlar, onlara VI-VII dərslər keçirilmir, lakin müəllim keçmədiyi dərs saatlarının pulunu alır. Fond pulunu da yuxarı sinif şagirdləri ona görə artıq verirlər ki, direktor onları VI-VII,hətta 8-ci saatlardan azad edir.

Tətil vaxtı məktəbə gəlməmək üçün müəllim direktora, ya da onun müavini Nərgiz müəlliməyə günü 10 manatdan «cərimə» ödəyir.

Bildirilir ki, bayramlarda, ad günlərində direktor özünə və müavinlərinə pul yığdırır. Məsələn, 8 Mart — Qadınlar Günü ilə əlaqədar hər uşaqdan 30 manat toplanıb. Qeyd olunur ki, sinif rəhbərləri şagirdlərdən pulu valideyn komitəsinin əli ilə yığıb «pay-püşk» edir: Direktora — 100 manat, müavinlərin hər birinə — 50 manat, 2 fəndən dərs deyən müəllimlərə 40-50 manat arası, 1 fəndən dərs deyən müəllimə 30 manat, qalanı isə sinif rəhbərinin özünə çatır.

Bütün bunlar hələ harasıdır,deyilənə görə 2000 manat verib tədris ili boyunca yerli-dibli dərsə gəlməyən şagirdlər də vardır. Onlara qayıb yazılmır, qiymətləri yazılır.

Bundan başqa, direktor ilin əvvəlində dərs bölgüsü zamanı müəllimlərə fakültativ dərslərin hər 3 saatını 50 manatdan satıb. Bu keçirilnməli olan dərslərin əslində heç biri keçirilmir, sadəcə, jurnala mövzunun adı yazılır.

Direktor müavini Nərgiz müəllimənin sinif rəhbəri olduğu X «f» sinfinin şagirdlətrindən bir neçəsi dərsə ara-sıra gəlirlər. Nərgiz müəllimə onların pulunu alıb qiymətlərini yazdırır.

Onu da qeyd edək ki, direktor müavinlərinin sinif rəhbəri vəzifəsini daşımağa ixtiyarları yoxdur, lakin onlar başqa müəllimlərin adlarını yazıb özləri ayrı-ayrı siniflərə rəhbərlik edirlər.Elə şagirdlər var ki, direktora pul verib repetitor yanına getdikləri günlər dərsdən qalırlar. Mənbə onu da bildirir ki, bəzi şagirdlər(etika xatirinə adları yazmırıq,ancaq adlar bizə məlumdur) həftədə heç bir gün gəlmədiklərinə görə direktora 200 manat ödəyirlər. XI «a» sinfindən də bir neçə şagird direktordan repetitor yanına getdikləri günlər üçün icazə alıblar. XI «e» sinfindən bir neçə şagird direktora pul verib dərsə gəlmədiyi halda müəllimlər ona qiymət yazmağa məcburdurlar. Həftədə 3 gün dərsə gəlməyən daha bir şagird də 800 manat verib

Müəllimlərdən fevral ayının maaşından 5 manatdan pul yığılıb. Müfafizəçi və xadiməyə ödəniləcəyi səbəb göstərilir. Halbuki, xadimələr dövlətdən maaş alırlar.

Mənbənin verdiyi məlumatda isə bildirilir ki.direktor Səidə Zeynalovanın yanvar ayının 23-də 60 yaşı tamam olub.Direktor ümumi iclasda deyib ki,heç kim mənə hədiyyə almasın. Üstündən yarım saat keçməmiş direktorun sağ əli olan Nərgiz Qədirova direktorun ikinci elanını çatdırıb ki,direktor indi də deyir ki. heç kim mənə hədiyyə almasın hədiyyəni nəğd şəkildə pulla versinlər,özü də hamı bir-bir. Və bu təbrik belə də olub. .(Bu faktları araşdırmaq istəsək də direktor qanunlarımıza hörmətsizlik edərək bildirdi ki,onun bu suallara cavab verməyə səlahiyyəti çatmır.)

Sıradan çıxan inventarların təzələnməsi üçün hər ay məktəbə ayrılan 600 manatın necə xərclənməsi də müəmmalıddır.

Aldığımız məlumatlara görə liseydə baş alıb gedən qanunsuzluqlara, özbaşınalıqlara «yuxarıdan» dəstək verən şəxs Bakı Baş Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyevadır(bunu Səidə xanım da dilə gətirdi) Məhəbbət xanım isə Cənab nazirin sağ əlidir.

Elə ona görə də Səidə xanım bizə təkidlə bildirirdi ki, biz jurnalist araşdırmasını Baş Təhsil İdarəsindən icazə almalıyıq ki, bizim “icazə vərəqimizə BTİ möhür vurana qədər ” onlar öz “çepe”lərini düzəltsinlər.

Görünür atalar düz deyibmiş…Balıq başdan iylənər

P.S. Biz də bir “Dəryaz” olaraq məqalə işıq üzü görməmişdən əvvəl yuxarıda göstərilən faktların nə dərəcədə doğru olub — olmamağını araşdırmaq üçün çəkiliş qrupu ilə birlikdə şagirdlərin dərsə davamiyyətini öyrənmək üçün bir neçə gün məktəbin önündə müşahidələr apararaq gördüklərimizi lentə aldıq. Müşahidələrimizdən belə qənaətə gəldik ki, nəinki 7-8 ci, hətta 5-6 — cı saatlardan sonra keçirilməli olan dərslər keçirilmir. Müəllimlər məktəbdə olduqları halda da belə dərs keçmirlər və şagirdləri evə buraxırlar. 9-cu sinifdə oxuyan şagirdlərdən bir neçəsi də bunu əyani olaraq təsdiq etdi ki, 30.03 2016-ci ildə 6-cı dərs Könül müəllimənin dərsi olmağına baxmayaraq o,məktəbdə olsa da dərsi keçməyib və onları evə buraxıb. Bir sözlə, birinci növbədə 700 şagirdin təhsil almağına baxmayaraq nəinki 7- 8-ci, hətta 6-cı dərslərə belə heç 70 nəfər şagird məktəbdə qalmır.
Biz, yuxarıda göstərilən faktları araşdırmaq üçün məktəbin direktoru Səidə xanıma telefon açıb, məqsədimizi bildirdikdə o, bizi məktəbə dəvət etdi və faktların yerində araşdırılmasını xahiş etdi.
Biz də jurnalist etikasına xas olan tərzdə liseyə yollandıq və faktların araşdırılmasının şəffaf olmağını sübut etmək üçün olayları lentə almaq məqsədilə direktordan icazə aldıq.
Yuxarıda qeyd etdiyimiz kimi direktor üç müavininin olmasına baxmayaraq bizi yenə də yaxın rəfiqəsi və sağ əli olan Nərgiz Qədirova ilə birlikdə qəbul etdi.
İlk əvvəl bizi dinləsə də, yuxarıda göstərilən faktları ona təqdim edib suallarımıza cavab almaq istəyəndə əsəbiləşərək ona ünvanladığımız suallara cavab vermək əvəzinə sözümüzü yarıda kəsib suallarımıza cavab vermək səlahiyyətinin olmadığını və ona bu barədə Baş Təhsil İdarəsindən, onlara isə Təhsil Nazirliyi tərəfindən qadağa qoyulduğunu dedi. Ardından Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arzu xanıma telefon açandan sonra qəti şəkildə bildirdi ki, Arzu xanım deyir onların nəinki suallarına cavab verin, heç məktəbin həyətinə buraxmayın.
Ancaq istər Səidə xanım, istər Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyeva, istərsə də Təhsil Naziri cənab Mikayıl Cabbarov bilməlidirlər ki, “Kütləvi informasiya vasitələri haqqında” AR Qanununa əsasən jurnalistin informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq; öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar vəzifəli şəxs tərəfindən qəbul edilmək; qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı söhbəti hər vasitə ilə, o cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq və digər hüquqları vardır. Nəzərə alınmalıdır ki, dövlətin qanunları vəzifəli şəxslərin daxili qanunlarından bütün hallarda üstündür.
Direktorla olan söhbətimizin audio yazısını təqdim edirik.

Maraqlı şəxslər mövzuya münasibət bildirə bilərlər.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ