İsmayıllıya kim rəhbərlik edir: MOLLA, YOXSA İCRA BAŞÇISI? - təfsilat
Gundem / Bolge
Oxunub: 1 092
13 apr 2016 | 21:02
İsmayıllıya kim rəhbərlik edir: MOLLA, YOXSA İCRA BAŞÇISI? - təfsilat

Mirdaməd Sadıqovun 10 saat yas yerində oturmasının başqa adı yoxdur, rayon isə bərbad hala düşüb

İsmayıllıda baş vermiş məlum olaylardan sonra sabiq nazir Füzuli Ələkbərovun qardaşının işdən çıxarılmasından sonra camaat zənn edirdi ki, durum dəyişəcək. Ən azından əhalinin maddi rifahı yaxşılaşacaq, rayon gözəlləşəcək, İsmayıllı əvəllki şöhrətini qaytaracaq. Lakin gözlənilən olmadı. Əksinə, tərsi baş verməyə başladı.

Büdcənin pulu, saman çuvalı

Qeyd edək ki, Mirdaməd Sadıqov İsmayıllıya icra başçısı təyin olunandan sonra rayonda bir sıra işlər görüldü. Amma görülən işlər o qədər ala-yarımçıq, çiy həyata keçirilib ki, bir yağışlıq ömrü də qalmayıb. Məsələn, rayonun daxili yollarına indiyə qədər 10 milyon manatdan artıq pul sərf olunsa da, bir çoxlarının artıq asfaltı gedib, torpağı qalıb.

Rayonun mərkəzində tək yaxşı təmir olunmuş küçə isə Heydər Əliyev prospektidir. Bu da səbəbsiz deyil. Birincisi, prospekti elə-belə şəxsin adını daşımır və Mirdaməd Sadıqov yaxşı anlayır ki, Heydər Əliyev prospekti bərbad halda olarsa, yuxarılar onun dərisinə saman təpərlər.

İkincisi, bütün xarici turistlər və qonaqlar, habelə nazirlər məhz bu küçədən keçməklə Qəbələyə gedirlər. Belə olan halda, icra başçısı maksimum dərəcədə çalışıb ki, həmin küçəyə ayrılmış puldan yeməsin.

Amma İsmaıllıda büdcə pulu, saman çuvalıdır. Yəni, samandan necə istifadə olunursa, icra başçısı və əyan-əşrəfi də büdcə pulundan elə istifadə edirlər. Mirdaməd Sadıqov hər yerdə «seyidəm» desə də, əməliylə cəddi arasındakı ziddiyyəti görmür.

Təkcə yol məsələsi deyil. İsmayllıda yeyinti olmayan sahələr qalmayıb. Məsələn, təmir-tikinti işlərinə ayrılmış pulların milyonlarla manat təşkil etməsinə baxmayaraq, görülən işlər bərbad haldadır. Hətta bəzən elə vasitələrə də əl atılıb ki, adamın yetişmişi qalıb, kalı tökülüb. Məsələn, rayonun mərkəzindəki fontanın içinə linenium örtük vurulması heç bir icra başçısının ağlına gəlməyən ideyadır.

Ayı piyiylə masajın ayrı ləzzəti…

Politika.Az xəbər verir ki, Mirdaməd Sadıqovgözəl alim olsa da, bacarıqlı icra başçısı olmağa bacarmayıb. Pula olan həvəs, ona aid olmayan sahənin başında olmaq artıq icra başçısının əvvəlki hörmətini əldə saxlamağına imkan vermir. Çünki Sadıqov İsmayıllıya icra başçısı təyin olunanda hamı sevinirdi. İndi isə peşimandırlar.

Qeyd edək ki, Sadıqov cənabları bir qədər yaşlıdır və o səbəbdən də mütəmadi olaraq müalicələr alır. Təbii ki, arzulayırıq ki, Allah ona şəfa versin. Amma bəndənin özünə qulluq etməsi də şərtdir ki, şəfa əldə edə bilsin. Elə Mirdaməd Sadıqov da özünə qulluq edənlərdəndir. Məsələn, onun mütəmadi olaraq müalicə kursları keçməsini ətrafında bilməyən yoxdur. Mümkün qədər özünü qorumağa çalışır və bu da kifayət qədər yaxşı haldır.

Amma Mirdaməd Sadıqov pullarını heç də iynəyə-dərmana vermir. Onun türkəçarə ilə də arası xeyli yaxşıdır. Xəbər verək ki, İsmayıllının icra başçısı mütəmadi olaraq ayı yağıyla massaj olunmağı artıq özünə adət etdirib. Rayondakı sauna və ya hamamlara baş çəkərək, orada Bakıdan gəlmiş mütəxəssislərin əliylə ayı piyi ilə massaj olunan icra başçısının, sonradan daha haralara getdiyi məlum deyil. Ancaq onu bildirirlər ki, Sadqov bu masajdan sonra özünü o qədər gümrah və güclü hiss edir ki, arada bir nər kimi nərildəyir də.

Di gəl, qanunlarımıza əsasən ayının ovlanması qadağandır. Və bunun böyük bir cəriməsi var. Lakin Mirdaməd Sadıqovun massaj həvəsindən doğan ayı yağı məsələsi elə təşkil olunub ki, bu təkcə 100-200 qramlıq bir məsələylə bitən görünmür. Çünki türkəçaraçılar icra başçısına deyiblər ki, hər dəfə yeni vurulmuş ayının yağından istifadə olunmalıdır. Təsəvvür edin ki, İsmayıllının icra başçısı həftədə bir dəfə massaja gedərsə, bu ay boyu 4 ayının bir həvəs üçün vurulması deməkdir.

Sadıqovun mirzələri

Hələ bir müddət əvvəl də yazmışdıq ki, İsmayıllının icra başçısı Mirdaməd Sadıqov özü üçün mirzələr də saxlayır. O mirzələr ki, Sadıqov haqqında bircə kəlmə yazan kimi, əl-ayağa düşüb, bəh-bəhlə yalan dolu təriflər yazır, icra başçısını göyün yeddinci qatına qaldırırlar.

Bu mirzələrdən əvvəl işə düşənlər vasitəçilərdir. Mətbuatda olan həmin adamlar birmənalı olaraq ilkin mərhələdə danışıqlara gedib, yazının çıxarılmasına çalışırlar. Alınmadıqda isə şər-şəbədə başlayır. Yazdıqları da yazı olsa, dərd yarısıdır. Çünki İsmayıllının inkişafdan az qala «cırıldığını», hər şeyin «ideal» olduğunu necə gəldi yazırlar ki, buna da inanmaq mümkün deyil.

İndiyə qədər əməkdaşlarımız 3 dəfə İsmayıllı rayonunda olublar. Bütün rayon mərkəzini, kəndlərini gəziblər. İnkişaf deyilən şeydən xəbər belə yoxdur. Bizə «şər yazırsınız» deyənlərə cavab olaraq bildiririk ki, əgər onların gözləri görmürsə, gəlsinlər birlikdə İsmayıllını gəzək və oradakı neqativlikləri bir-bir göstərək.

Rayonun yollarının bərbad halda olmasını görməmək korluqdursa, yol kənarı divarların uçuq-sökük olmasını görməməyin adı yoxdur. Yiyəsiz, bərbad halda olan İsmayıllının icra başçısının səriştəsizliyi göz çıxarır.

İsmayıllıda maraqlı olan olaylardan biri də odur ki, İcra Hakimiyyətində qəbul gülməli şəkildə keçirilir. Qəbula yalnız Mirdaməd Sadıqovu tərifləyənlər buraxılır. Problemi olanları isə ya içəri buraxmırlar, ya da təsadüfən içəri daxil olursa, ağını yuyub, qarasını sərirlər. Üstəlik, Sadıqov yeni bir taktika da tapıb. O şikayət etmək istəyənlərə xəbərdarlıq edir ki, bəs, seyiddir və kimsə ona qarşı çıxarsa, Allahın qəzəbinə gələr.

Molla, yoxsa icra başçısı?

Mirdaməd Sadıqov seyid olsa da, mollalıq da edirmiş. Politika.Az xəbər verir ki, indiyə qədər yazılanlarla bağlı icra başçısının mövqeyini öyrənmək üçün dəfələrlə müraciət ediblər, telefon açıblar. Lakin bunların heç bir faydası olmayıb. Əksinə, edilən zənglərə cavab verən şəxs özünü icra başçısının köməkçisi kimi təqdim etməklə yanaşı, Mirdaməd Sadıqovun hüzür yerində olduğunu bildirib.

Və gün boyu, təqribən 10 saat davamlı olaraq etdiyimiz zənglərə eyni cavab almışıq. Politika.Az xəbər verir ki, icra başçısının rayonda yas yerlərinə baş çəkməsi normal haldır, hətta təqdir olunandır. Amma rayonu idarə etməyi bir kənara buraxıb, 10 saat hüzür yerində qalmaq qətiyyən başa düşülən deyil.

Buradan belə bir qənaət yaranır ki, Mirdaməd Sadıqov seyidliyinə sığınaraq, rayonda mollalıq da edir. Çünki bir yas mərasimində sona qədər qalan ya hüzür sahibi, ya da molla olur. O zaman belə başa düşmək olar ki, İsmayıllının icra başçısı, həmçinin mollalıqla da məşğul olur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Ardı var...

Rolitika.az
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ