Deputat bacısı vətəndaşı kücə söyüşləri ilə təhqir etdi – ŞOK SƏSYAZISI
Gundem / Bolge
Oxunub: 1 559
15 apr 2016 | 02:31
Deputat bacısı vətəndaşı kücə söyüşləri ilə təhqir etdi – ŞOK SƏSYAZISI
Son günlər Ağsu rayonu ilə bağlı dərc etdiyimiz yazılarda Cavadov soyadı daha çox hallanır. Məsələ burasındadır ki, son parlament seçkilərinə qədər Milli Məclisdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini təmsil edən deputat Ərəstun Cavadovun yaxınlarının adı bir neçə qalmaqalda hallanıb. Bütün bunlarla bağlı əldə etdiyimiz məlumatları Qaynarxett.info olaraq tam şəkildə diqqətinizə çatdırırıq.

Son baş verən olayda sabiq deputatın Bakıda yaşayan və həkim olduğu bildirilən yanaq adlı bacısının adı hallanır. Qaynarxett.info xəbər verir ki, Ərəbmehdibəyli kənd sakini Ruslan Xalıqov yenidən cumhuriyyət. az müraciət edərək bunları bildirib: “Novruz bayramı ilə əlaqədar Bakıdan kəndə qəbirləri ziyarət etməyə gələn kəndimizin bir sıra sakinləri var idi. Bu sırada keçmiş deputatımızın bacısı da olub. Hazırda Bakı şəhərində həkim işləyən həmin qadının adı Yanaqdır. Bu qadın mənim telefonuma zəng edərək məni təhqir etdi, qadın əxlaqına sığmayan şəkildə ifadələr işlətdi. Mən onun bir neçə kəlmə sözünü diktofona yaza bildim. Qadın açıqca deyir ki, bir də qardaşım Ərəstunun adını hansısa KİV-də hallandırsan, evini yandırtdıracağam. Mən ölkənin hüquq-mühafizə orqanlarına kiv vasitəsi ilə müraciət edərək hüquqlarımın qorunmasını tələb edirəm. Biz hansı dövrdə yaşayırıq? Məgər mövcud qanunlar tənqidə görə təqibi, təhdidi nəzərdə tutur? Buna görə də əlimdəki faktı qərara aldım ki, cumhuriyyət. az və digər informasiya vasitələri ilə ictimailəşdirim”. Həmin audio yazını diqqətinizə çatdıraraq burda sabiq deputatın bacısının işlətdiyi ifadələrə görə oxuculardan üzr istəyirik:

Məsələ bununla bitmir. Bu olaydan əvvəl isə Ərəstun Cavadovun qardaşı, Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri Vüqar Cavadov qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 29 fevral tarixində gecə saatlarında rayonun Ərəbmehdibəyli kəndi ərazisində, bir qrup şəxs qumar oynayarkən, bıçaqlanma hadisəsi baş verib. Baş vermiş hadisədə diqqət çəkən məqam qumar oynayan və bıçaqlanma olayında iştirakçı olan şəxslərdən birinin Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri Cavadov Vüqar Nurəddin oğlunun olmasıdır.

Qaynarxett.info xəbər verir ki, bu xüsusda mənbənin cumhuriyyet.az-a bildirir ki, qumar oyununda yaranan mübahisə zamanı bıçaqlanma hadisəsi də elə bələdiyyə sədrinin qumar oyunu ilə əlaqədar baş verib. Bununla bağlı hadisə yerində olan şəxsin cumhuriyyet.az-ın elektron poçtuna göndərdiyi məlumatda deyilir: “Bələdiyyə sədri Vüqar Cavadov möhkəm sərxoş idi. O, dəfələrlə uduzdu. Bu zaman onun tərəfdarlarından biri ona səsləndi ki, Vüqar müəllim sizi kartların paylanmasında aldadırlar. Hadisə də elə bundan sonra oldu”. Məlumatda bildirilir ki, Vüqar Cavadova aldadıldığını deyən gənc əvvəlcə orada olan şəxslər tərəfindən mökəmcə döyülüb, sonra döyülən şəxs macal tapıb bir nəfəri bıçaqlayıb. Daha sonra hadisə yerinə döyülən gəncin atası gəlib və o da həmin adamlar tərəfindən möhkəmcə döyülüb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə gecə kəndə polis və təcili tibbi yardım gəlib. Hazırda rayon polis şöbəsində araşdırma aparılır. Hüquq-mühafizə orqanları, hadisəyə səbəbkar olan bələdiyyə sədri Vüqar Cavadovun orada olmadığını qeyd etməklə onu himayə edirlər. Vüqar Cavadovun həcc ziyarətində olduğu qeyd edilir, eyni zamanda Vüqar Cavadovun içki düşkünü olduğu qeyd edilənlər sırasındadır.

Cavadovların Ağsu əməlləri ilə bağlı cumhuriyyet.az olaraq yerli sakinlərin də mövqeyini öyrənmişdik. Həmin vidomüsahibələri diqqətinizə çatdırmadan öncə bildirək ki, burda fikrin bildirən vətəndaşlardan biri Ruslan Xalıqov yuxarıda audioyazısını təqdim etdiyimiz telefon danışığında Ə.Cavadovun bacısı tərəfindən təhqir və təhdid olunan şəxsdir.
















Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”