Bakıda Otel "MÜHARİBƏSİ"-Qarayaxmalar kimə və nəyə lazımdır? VİDEO
Gundem / Sosial
Oxunub: 6 106
1 may 2016 | 19:04
Bakıda Otel "MÜHARİBƏSİ"-Qarayaxmalar kimə və nəyə lazımdır? VİDEO

























“Clear” oteli istirahətin tək ünvanı

Binəqədi rayonu ərazisində (Dərnəgül şos. 108) yerləşən “Clear” oteli qətiyyən təəssübkeşlik etmədən demək olar: kifayət qədər yüksək səviyyəli mehmanxana kompleksidir. Kompleks özündə otel, sağlamlıq mərkəzi və restoran müəssisələrini birləşdirməklə, qəbul etdiyi qonaqlarını hər zaman yüksək keyfiyyətli xidmətlə təmin edir. Bu gün “Clear” oteli əsasən xarici iş adamlarından və eyni zamanda rayonlardan Bakıya müəyyən işlər üçün gəlmiş daimi müştərilər kontingentinə malikdir. Qonaqlar isə təbii ki, ilk növbədə oteldə aldıqları xidmət və rahatlığın səviyyəsini, görüş və konfransların keçirilməsi üçün yaradılmış şəraiti qiymətləndirirlər. Bu qonaqlardan əksəriyyəti isə, otel barədə olduqca yüksək fikirdədir. Məsələn, belə bir rəyi diqqətinizə çatdırım: “Olduqca yaxşı da oteldir. Otaq böyük, təmiz və gözəl, yataq dəsti çox yaxşı. Hətta hamam başmaqlarını və papağını, sabun və şampunu da çantama qoya bilərəm. Mütləq və dərhal yeniləri qoyulacaq. Otaqlarda monitor və naqilsiz internet var. İstənilən vaxt otağa yemək sifariş etmək olar. Yeməyin yüksək keyfiyyətini, çeşid bolluğunu və ləzzətini müzakirə etməyinə belə dəyməz. Ümumiyyətlə həm oteli, həm də şəhərin özünü çox tövsiyyə edirəm.”

Oteldə 49 otaq var. Standart 1 nəfərlik, 2 nəfərlik və 3 nəfərlik. Və əlbəttə ki, VİP otaqlar və apartamentlər. Bütün otaqlar kondisioner və qızdırıcı sistemləri ilə təmin olunub, duş və tualet, telefon, peyk televiziyası, mini bar, gündəlik təmizlik xidməti. Həmçinin oteldə pulsuz 24 saatlıq xidmət və hava limanına çatdırılma təklif olunur. Bu siyahını artırmaq olar. Həqiqətən də “Clear” bu gün öz müştərilərinə qeyd etdiklərimizdən əlavə hələ on beşədək əlavə (pullu və pulsuz) xidmət növləri təklif edir. Bütün bunlar isə, əlbəttə ki, real insanların real işləri ilə təmin olunur. Odur ki, əziz həmkarlarımızdan xahiş edirik ki, obyektiv olsunlar, işləyən insanlara qara yaxmaqdan uzaq dursunlar və onlarla ailəni işlə təmin edən bir müəssisənin uğrlarına sevinsinlər.

"Xəbərdaş" qrupun ləkə yaxdığı iş prosesi də əvvəlki illərdə olduğu kimi obyektiv və daha şəffaf təşkil olunmuşdur.
"Bir qrup əməkdaş"ın gözü bütün bu uğurları götürmədiyi üçün və əllərindən başqa heç bir iş gəlmədiyindən əməkdaşlıq əvəzində "xəbərdaşlıq" edərək çalışdıqları kollektivə ləkə yaxmaqla məşğul olurlar. Onların bu hərəkətlərini bütün kollektiv adından qətiyyətlə pisləyir və lənətləyirik!


Oteldə pulsuz 24 saatlıq xidmət və hava limanına çatdırılma təklif olunur

Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində və xüsusən də saytlarda Bakıda fəaliyyət göstərən "Clear” otelinə qarşı məqsədyönlü qarayaxma kampaniyası aparılır. Həmin saytlarda gedən yazılarda bu otelin nümunəvi xidmət göstərməsinin kimlərisə qıcıqlandırması faktorunu aydın sezmək olur. Həmin insanlara xatırlatmaq istəyirik ki, bu gün Azərbaycan turizm üçün olduqca maraqlı bir məkandır. Həm də bu marağın yönəldiyi istiqamətlər kifayət qədər çoxluğu və müxtəlifliyi ilə diqqəti cəlb edir. Ölkəmizdə istər təbiətin füsünkar mənzərələrini seyr etməyi sevənlərin, istər dünya ölkələrinin mətbəxlərinə maraq göstərənlərin, istərsə də şəhər turizminə üstünlük verənlərin, bir sözlə, müxtəlif maraq və zövqlərə malik insanların tələb və arzularını təmin edəcək potensial mövcuddur.

Desək ki, bu potensial istifadə olunmur və ya az istifadə olunur, bu düz də olmaz. Əlbəttə, imkanları hələ çox genişləndirmək də mümkündür. Amma bunun üçün də işləmək lazımdır. Azərbaycanda şəhər turizmində Bakımızın yeri əlbəttə ki, müstəsnadır. Paytaxtımıza dünyada olan və getdikcə böyüyən maraq bura təşrif gətirən turistlərin artan sayında öz əksini aydın tapır. Faktiki olaraq, bu gün Bakıda ilin 12 ayında da xarici vətəndaşların böyük bir kontingenti fasiləsiz yaşayır. Turistlər, iş adamları, müxtəlif ölkələrin rəsmi dovlət təmsilçiləri, elm, incəsənət, idman xadimləri. Kimlərsə gəlir, kimlərsə gedir. Bu isə təbii ki, paytaxtın otel biznesinin çiçəklənməsi deməkdir. Həmçinin xidmət, nəqliyyat, iaşə, ticarət sahələrinin inkişafı deməkdir.

Amma yenə də, ən çox qayğılanmalı olanlar yenə də otel sahibləridir. Çünki ölkəyə, şəhərə gəlmiş xarici vətəndaşın demək olar ki, bütün önəmli təəssüratları da məhz oteldə aldığı xidmətlərin fonunda formalaşır. Konkret şəhər turizminə maraq göstərənlər üçün isə, otellərin əhəmiyyəti daha böyükdür. Bu arada, turistlərin bütün düyada, üz tutduqları ölkələrdə yerləşən otellər barədə ilkin informasiyanı məhz yerli KİV-lərdən almaları da geniş yayılmış bir haldır. Buna görə də şübhəli məqsədlər naminə ölkəmizdə yerləşən bu və ya digər otelin antireklam təbliğatını apararkən, ilk növbədə bunun respublikamızın iqtisadiyyatına hansı təsiri ola biləcəyini də diqqətə almaq pis olmazdı. Nətcidə, biz də sahibkarlığın inkişafını əngəlləyən bəzi məmurlardan olmayaq. Əksinə, imkan daxilində otellərimizi tanıtmaq, təqdim etmək və hətta öymək lazımdır. Əlbəttə ki, obyektivliyi saxlamaqla.

Məsələn, götürək elə paytaxtımızın Binəqədi rayonu ərazisində (Dərnəgül şos. 108) yerləşən "Clear” otelini. Qətiyyən təəssübkeşlik etmədən demək olar: kifayət qədər yüksək səviyyəli mehmanxana kompleksidir. Kompleks özündə otel, sağlamlıq mərkəzi və restoran müəssisələrini birləşdirməklə, qəbul etdiyi qonaqlarını hər zaman yüksək keyfiyyətli xidmətlə təmin edir. Bu gün "Clear” oteli əsasən xarici iş adamlarından və eyni zamanda rayonlardan Bakıya müəyyən işlər üçün gəlmiş daimi müştərilər kontingentinə malikdir. Qonaqlar isə təbii ki, ilk növbədə oteldə aldıqları xidmət və rahatlığın səviyyəsini, görüş və konfransların keçirilməsi üçün yaradılmış şəraiti qiymətləndirirlər. Bu qonaqlardan əksəriyyəti isə, otel barədə olduqca yüksək fikirdədir. Məsələn, belə bir rəyi diqqətinizə çatdırım: "Olduqca yaxşı da oteldir. Otaq böyük, təmiz və gözəl, yataq dəsti çox yaxşı. Hətta hamam başmaqlarını və papağını, sabun və şampunu da çantama qoya bilərəm. Mütləq və dərhal yeniləri qoyulacaq. Otaqlarda monitor və naqilsiz internet var. İstənilən vaxt otağa yemək sifariş etmək olar. Yeməyin yüksək keyfiyyətini, çeşid bolluğunu və ləzzətini müzakirə etməyinə belə dəyməz. Ümumiyyətlə həm oteli, həm də şəhərin özünü çox tövsiyyə edirəm.”

Əlavə edə bilərik ki, oteldə 49 otaq var. Standart 1 nəfərlik, 2 nəfərlik və 3 nəfərlik. Və əlbəttə ki, VİP otaqlar və apartamentlər. Bütün otaqlar kondisioner və qızdırıcı sistemləri ilə təmin olunub, duş və tualet, telefon, peyk televiziyası, mini bar, gündəlik təmizlik xidməti. Həmçinin oteldə pulsuz 24 saatlıq xidmət və hava limanına çatdırılma təklif olunur. Bu siyahını artırmaq olar. Həqiqətən də "Clear” bu gün öz müştərilərinə qeyd etdiklərimizdən əlavə hələ on beşədək əlavə (pullu və pulsuz) xidmət növləri təklif edir. Bütün bunlar isə, əlbəttə ki, real insanların real işləri ilə təmin olunur. Odur ki, əziz həmkarlarımızdan xahiş edirik ki, obyektiv olsunlar, işləyən insanlara qara yaxmaqdan uzaq dursunlar və onlarla ailəni işlə təmin edən bir müəssisənin uğrlarına sevinsinlər. Bütün jurnalistlərdən və iş adamlarından xahişimiz budur ki, hər kəsə əməyinə və işgüzarlığına görə qiymət verilsin. Devalvasiyanın qapımızı kəsdırdiyi bir vaxtda işsizliyə qarşı mübarizə aparmaq hər bir vətəndaşın şüarı olmalıdır. Bir sözlə, paytaxtda və əyalətlərdə mənasız "Otel müharibə"lərinə son qoymaq lazımdır. Qarayaxma kompaniyaları heç kimə ugur və şərəf gətirməz!!!

Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ