Ağdamlılar professor Bəxtiyar Əliyevə yenə etimad göstərdilər – ÖZƏL
Gundem
Oxunub: 931
2 noy 2015 | 19:09
Ağdamlılar professor Bəxtiyar Əliyevə yenə etimad göstərdilər – ÖZƏL











Milli Məclisə seçkilər yekunlaşdı. Sevindiricidir ki, Ağdam seçki dairəsindən yenə də xalqın etimadını qazanmış şəxs- Bəxtiyar Əliyev qalib gəldi.

Bəxtiyar Əliyev — AMEA-nın müxbir üzvü, professor, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini.

Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-ci ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində “Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə “Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən psixologiya elmləri üzrə professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. Həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələrdən hüquq praktikasında cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir.

Zəruri əhəmiyyət daşıyan “fizioloji affektin” məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert–psixoloqun rəyini sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir. Bu məsələyə dair elmi məruzələrlə beynəlxalq və respublika elmi konfranslarında çıxışlar etmişdir.

Bununla yanaşı şəxsiyyətə yeni baxış nəzəriyyəsi ilə şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüşdür. Bu model Türkiyə Respublikasında keçirilən beynəlxalq konfransda müzakirə edilmiş və aprobasiyadan keçmişdir. Eləcə də öyrənmənin dərketmə modeli ən mühüm nəticə kimi AMEA-nın hesabatlarına daxil edilmişdir.

Elmi fəaliyyətində siyasi psixologiyanın müxtəlif problemlərinin tədqiqi öncül yerlərdən birini tutur. O, beynəlxalq səviyyədə siyasi psixologiyanın aktual məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. 1997-ci ildən bu günə qədər psixologiya kafedrasına rəhbərlik edir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildən hazırkı dövrə qədər psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda ilk dəfə olaraq, Bakı Dövlət Universitetində “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.

Rəhbərliyi altında 23 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur.

6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 150 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 15 elmi əsəri çap edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq 1999-cu ildə “Psixologiya jurnalı”nı təsis etmiş və elə həmin dövrdən hal-hazıra kimi onun baş redaktorudur.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Azərbaycan Respublikası Milli Məclisinin (2000-2005-ci illər), (2005-2010),(2010-2015) deputatı seçilmişdır. Hazırda Milli Məclisin 5-ci çağırış deputatıdır. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi “Elm və təhsil məsələləri komitəsi”nin, “Monitorinq komitəsi”nin üzvü və “Geniş miqyaslı miqrantlar və köçkünlərlə iş üzrə” alt komitənin sədri olmuşdur. 2005-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Milli Məclisinin “Elm və təhsil komitəsi”nin sədr müavinidir.

Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya”nın üzvüdür. BMT-nin “Korrupsiyaya qarşı” konvensiyasının işçi orqanı olan Konfransın İndoneziyada keçirdiyi II Beynəlxalq Konfransda və İAACA-nın Bakıda keçirdiyi Beynəlxalq Konfransda və müxtəlif konfranslarda iştirak etmişdir.

İdeologiya.az ictimai-siyasi, operativ xəbər portalı olaraq Bəxtiyar müəllimi yenidən deputat seçilməsi münasibətilə təbrik edirik. Ağdamlılar sizə güvənir.

Allahverən Quliyev, Röyal Allahverənoğlu.

İdeologiya.az Qarabağ, Mil-Muğan bürosu

Büro Quzanlı qəsəbəsində yerləşir.

Özəl xəbərlərdə istinad zəruridir.
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM