Suraxanı RİH başçısını bitirəcək səhv; – “Ölkə rəhbərliyi bilmir, nə işlə məşğuluq?”
Gundem / Sosial
Oxunub: 1 346
19 apr 2016 | 12:31
Suraxanı RİH başçısını bitirəcək səhv; – “Ölkə rəhbərliyi bilmir, nə işlə məşğuluq?”












Azərbaycanda bir sıra məmurların özəl məclislərdə, öz aralarında vaxtaşırı mətbuatda barələrində gedən materiallarla bağlı müzakirələr aparmaları, ölkə rəhbərliyinin bu yazılara verdiyi reaksiyalar barədə danışmaları və bir çox hallarda belə məqamlarda ciddi yanlışlıqlara yol vermələri tez-tez rast gəlinən haldır. Bu cür məmurlar təşkil etdikləri yemək-içmək, istirahət məclislərində həm məclisdəki ab-havanının təsiri altında olaraq, həm də özlərini dar bir dairədə inandıqları şəxslərin yanlarında sayaraq bəzən ciddi siyasi səhvlərə yol verirlər ki, bu da sonradan onlara baha başa gəlir.

Daxil olan belə bir məlumatda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da bu günlərdə belə məclislərin birində çox ciddi siyasi səhvə yol verdiyi və səhvinin ona çox baha başa gələcəyi iddia olunur. Redaksiyamıza daxil olan məlumata görə, bu günlərdə İ.Abbasovla yaxın münasibətləri olan icra başçılarından biri nəvəsinin bir yaşının tamam olması ilə bağlı özünə yaxın hesab etdiyi həmkarları üçün məclis təşkil edib. Bakının bahalı məkanlarından birində təşkil olunan məclisdə İ.Abbasovun və məclisi təşkil edən icra başçısının da olduğu komfortlu otaqlardan birində səkkiz-on nəfər yüksək vəzifəli şəxs olub. Məclis iştirakçıları xeyli yeyib-içdikdən sonra “sevimli mövzuları” -mətbuatın onlar haqda yazdıqları yada düşüb. Əvvəlcə mətbuatın qarasına xeyli danışan, jurnalistləri ağ yuyub qara sərən məmurların bir çoxu medianın onlar üçün əsl başağrısına çevrildiyini, jurnalistlərin hər addımlarından xəbər tutduqlarını, evlərinin, maşınlarının şəkillərinin saytlarda yaydıqlarından şikayətləniblər.

Aldığımız məlumatda iddia edilir ki, söhbətin bu yerində İ.Abbasov həmkarlarına təsəlli verərərk onlara mətbuatın yazdıqlarından çox da narahat olmamağı məsləhət görüb. Mənbə iddia edir ki, daha sonra İ.Abbasov öz “müdrik məsləhətini” belə davam edib: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki. biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”.

Məlumatı verən mənbənin dediklərinə inansaq, İ.Abbasovun bu dedikləri məclisdəkilərə soyuq duş təsiri bağışlayıb və onlar tez söhbəti dəyişiblər. Çünki bilirlər ki, bu cür səhvlər nəinki, İ.Abbasova, onlara da baha başa gələ bilər.

Savash.org olaraq gunxeber.com-a istinadla bildiririk ki, əgər həqiqətən də belə bir məsələ olubsa, İ.Abbasovun buna görə ciddi şəkildə cəzlandırılacağı şübəsizdir.

Çünki ortada xeyli belə nümunələr var və onlardan ən yadda qalanı sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ad günündə dediyi bir sağlıqla özünü ölkə rəhbərliyinin qara siyahısına salmasıdır. H.Babayevin sonradan vurulmasında məhz onun ad günündə sağlıq deyərkən siyasi səhvə yol verməsinin də böyük rol oynadığı bildirilirdi.

İndi eyni aqibəti İ.Abbasov yaşaya bilər.

Qeyd edək ki, İ.Abbasov 2004-2005-ci illərdə Nərimanov r ayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
21 dekabr 2005-cı ildən isə Suraxanı rayon İcra Hakimiyətinin başçısıdır.
Onun adı bir sıra qanunsuzluqlarda, korrupsiya hallarında, qanunsuz torpaq satışında və digər bu kimi məsələlərdə çəkilir. İ.Abbasov barəsində ölkə rəhbərliyinə çoxsaylı şikayətlər edilən icra başçılarındadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...