Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin yekunları ürəkaçandır
Gundem
Oxunub: 2 466
20 apr 2016 | 12:50
Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin yekunları ürəkaçandır










Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunduqdan sonra demək olar ki, burada görülən işlərin yekunu vətəndaşların və Prezidentimizin rəğbətini qazanmışdır

İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.
İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Xidmət əlilliyi olan şəxslər üçün cəmiyyət həyatının bütün sahələrində iştirak etmək imkanının, öz fərdi qabiliyyət və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi doğuran səbəblərin aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və həmin siyasəti həyata keçirir. Tibbi-sosial ekspert komissiyaları (TSEK) vasitəsilə tibbi-sosial ekspertiza keçirərək, əlilliyinin qiymətləndirilməsi əsasında şəxsin sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən Xidmət əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı müvafiq proqramların hazırlanması və həyata keçirilməsini təmin edir. Bütün bu işlərin həll olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəisi İlqar Qurbanovun sağ əli İlkin müəllimin də gərgin işi sahəsində uğurla icra olunur.

Əlillik müayinələrinin elektron göndəriş formaları ümumi elektron informasiya sisteminə inteqrasiya edilir.

Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür.

İlqar Qurbanov tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi yönündə aparılan işlərdən danışıb. “Ölkəmizdə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəriciləri yüksəlib, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron informasiya sistemi yaradılıb və bu sistem vasitəsilə əlilliyə dair məlumatların aidiyyəti qurumlar arasında elektron qaydada mübadiləsi təmin edilib. Hazırda həyata keçirilən islahat tədbirləri əlilliyin təyinində məmur-vətəndaş münasibətlərinin daha da azalması ilə nəticələnəcək”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO