Saatlı Peşə Litseyində şıdırğı torpaq alveri
Gundem
Oxunub: 1 100
20 apr 2016 | 13:47
Saatlı Peşə Litseyində şıdırğı torpaq alveri











Və ya Teyyub Babayevin “işğal etdiyi” 80 hektar ərazini kim azad edəcək?

Saatlı Peşə Liseyinin tələbələri təcrübə keçmək üçün ayrılmış 80 hektar yardımçı torpaq sahəsini “işğaldan” azad etmək istəyirlər. Ancaq uzun illərdir ki, buna nail ola bilmirlər. Məktəbə kimi direktor təyin edirlər, ona elə gəlir ki, liseyə təcrübə üçün ayrılmış 80 hektar torpaq sahəsi ona hədiyyə olunub. Bu sözləri Redaksiyamıza rayon sakini Afiq Sadıxov yazıb.

O bildirir ki, əvvəlki direktorlar, Azad Rəşidov və İsmayıl Hüseynov da məktəbin torpaq sahəsini 4 min manata icarəyə vermişdilər. “9 aya yaxındır ki, heç kimi liseyə direktor təyin edə bilmirlər. Çünki “direktor haqqı” çox bahadır. Kimə deyirlər, cavab verir ki, bu məktəbdə qazanc götürməyə heç nə qalmayıb. Qalan bircə 80 hektar torpaq sahəsidir. Ondan da ildə 4 min xeyir gəlir. Direktor olmaq üçün yuxarıların istədiklərini 7 ilə ancaq çıxara bilərsən. Qaldı məktəbin digər avadanlığı, quru divarlar, bir də təcrübə keçən şagirdlər üçün ayrılmış yanacaq”.

Afiq Sadıxov yazır ki, hazırda liseyə 69 yaşlı Teyyub Babayev rəhbərlik edir. “Halbuki, qanuna görə, yaşı 65 –dən yuxarı olan pedaqoji işçi rəhbər vəzifədə ola bilməz. Teyyub müəllim isə həm direktor əvəzi, həm də müavindir”.

Onun sözlərinə görə, neçə vaxtdır məktəbin müəllim və şagirdləri liseyin 80 hektar torpaq sahəsini Teyyub Babayevin “işğalından” azad edə bilmirlər. “Elə ki, soruşurlar, “ay Teyyub müəllim, liseyin torpağının taleyi nə yerdədir. Teyyub müəlim də deyir ki, niyə bunu əvvəlki direktor Azad Rəşidovdan, bu gün bizimlə çiyin-çiyinə işləyən İsmayıl Hüseynovdan soruşmurdunuz? Nə oldu, gözünüz məni nə tez gördü? Torpağı əkib-becərmək lazımdı. Ona görə də vermişəm yaxşı oğlanlara, özü də pulsuz”. İndi gəl inan ki, 69 yaşlı direktor əvəzi liseyin torpağını pulsuz icarəyə verib. Ondan soruşan da yoxdur ki, niyə liseyə məxsus təcrübə sahəsini kimlərəsə icarəyə vermisən?”

Saatlı sakini qeyd edir ki, Teyyub müəllimin peşə liseyində müftə qazanc yeri təkcə təcrübə sahəsini “işğal etməsi” deyil. “Liseyin müəllimlərinə dərs saatı catmadığı halda, o, digər məktəblərdən adı olub, özü olmayan saathesabı “müəllimləri” də öz biznesinə qoşub”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi