SƏIDƏ ZEYNALOVA YOXLAMANI NECƏ ALDATDI
Bir neçə gün qabaq saytımızda “Mikayıl Cabbarov yazılmamış qanunları dövlət qanunlarından üstün tutur” başlıqlı yazıda Texniki-Humanitar liseyin direktoru Səidə Zeynalovanın və müavini Nərgiz Qədirovanın özbaşınalığı və məktəbdə baş alıb gedən kortrupsiya halları barədə videofaktlar və yazı təqdim edərək Youtube də yerləşdirmişdik. Etibarlı mənbənin verdiyi məlumata əsasən yazı təqdim olunandan iki gün sonra direktor yenə də əvvəlki adətindən əl çəkməyib, əsas da yuxarı sinif şagirdlərini 4-5- ci saatdan sonra evə buraxaraq məktəbdə Fikrət Qoca ilə görüş keçirirmiş. Bu zaman Baş Təhsil İdarəsindən 3 nəfər yoxlama gəlir və şagirdlərin pulu hesabına məktəbi qoruyan mühafizəçi yerində olmadığından onu əvəz edən “ mühafizəçi nənə” yoxlamanı içəri buraxmır. İçərı keçməyin mümkünsüz olduğunu görən komissiyanın üzvləri güc bəla ilə də olsa direktor müavini Nərgiz Qədirovanı çağırtdırıb özlərini təqdim edirlər.Onlar içəri keçib gözlərinə inanmırlar. Doğrudan da 5-c- dərsin olmağına baxmayaraq məktəbin yuxarı sinif şagirdlərinin heç birini məktəbdə tapa bilmirlər.Məktəbdə qalan siniflərdə dərs deyən müəllimləri isə çölə çıxardaraq şagirdləri sorğu sual edib,məktəbdən tez getmələrinin səbəblərini soruşduqda onlar etiraf edirlər ki, repetitor yanına getdikləri üçün məktəbin rəhbərliyi ilə anlaşaraq bu addımı atırlar.
Məlum olur ki,10-11-ci sinifin müəllimləri dərsə jurnalsız girirlər. Belə ki, onlar sinifdə qalan şagirdlərin davamiyyətini öz qeyd kitabçalarında qeyd edir və dərsdən sonra direktorun kabinetinə gələrək direktor və sağ əli olan müavini Nərgiz Qədirovanın aylarla məktəbə gəlmədikləri və himayə etdikləri şagirdlərin qiymətlərini otaqda verirlər.
Mənbə bildirir ki, komissiya məktəbdəki nöqsanların həddən artıq çox və ciddi olduğunu nəzərə alaraq jurnalları da özləri ilə götürüb gedirlər Yoxlama gedəndən sonra Nərgiz Qədirova direktoru sakitləşdirməyə çalışır ki, narahat olma, mənim yuxarilarda (BTİ-ni nəzərdə tutur. Onun adı bizlərə məlimdur,yalnız etika xatirinə adını çəkmirik) yaxın adamım var, xahiş edəcəm yoluna qoyacaqlar.
Biz də inanırıq ki,Baş Təhil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyeva atdığı bu uğurlu addımı sona çatdıracaq və məktəbdə baş alıb gedən bu özbaşınalığa və rüşvətxorluğa son qoyub direktoru bu vəzifədən uzaqlaşdıracaq.
Aldığımız ən son məlumatlara görə Dəryaz qəzetində yazı dərc olunandan sonra Bakı Şəhər Baş Təhsil İdarəsindən sonra Təhsil Nazirliyi də Liseydə yoxlamalara başlayıb. Müəllim və şagirdlərdən ayrı ayrılıqda izahatlar alınsa da direktorun kefi öz yerindədir. Belə ki,o,müəllim və şagirdlər arasında təbliğat aparıb ki,heç kim onu komissiya üzvlərinə satmasın. O, kollektiv arasında söz buraxıb ki.guya gələn yoxlama ilə dil taparaq onun xeyrinə razılaşdırılıb.
P.S. Ən son məlumatlara görə Səidə Zeynalova və müavini Nərgiz Qədirova liseyi yoxlamağa gələn Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin əməkdaşlarını aldada bilib. Belə ki,komissiya üzvləri dərs zamanı şagirdləri sayarkən bu iki cütlük uzaqgörənlik etmiş,komissiyadan qabaq dərsə gəlməyən şagirdlərin əvəzinə paralel siniflərdə oxuyan şagirdləri gətirərək Əhmədi Məmməd ilə əvəz ediblər.Bu da dönür xalq məsəlinin gününə.”Babam kündəni sayır,nənəm kündədən kəsir.”
Direktor müavininin sinif rəhbərliyi aparmağa səlahiyyəti olmadığı halda Nərgiz Qədirova 7 və 10-cu siniflərin rəhbərliyini başqa müəllimin adına yazaraq özü aparır.
Mənbə bildirir ki,İki günlük komissiya üzvləri məktəbdən gedən kimi,vəziyyət yenə də köhnə ampulasındadır.
Yenə də 5-ci dərsdən sonra şagirdlər məktəbdə oturmalı olan dərslərin əvəzinə qonşu otaqlarda repetitorluq edən müəllimlərin dərslərində otururlar
Məktəbin bufeti (Buna bufet əvəzinə kafe, restoran desək daha yaxşı səslənər. Çünki, bufetdə ərzaq bazasından məktəbə verilməli olan ərzağın əvəzinə,dolma,bozartma,aş,və s toy yeməkləri verilir. Məktəbə verilməli olan ərzağın qeydiyyatı isə yalnız sənədlər üzərində aparılır.) məktəbə tabe olmadığı halda direktor bu kafeni atasının obyekti kimi fırladır. Alver o qədər şıdırğı gedir ki,bufetdə bir nəfər işçi işləmək əvəzinə 4 nəfər işləyir və onlar da vergidən və əmək müfəttişliyindən yayınaraq əmək haqlarını gündəlik nəğd alırlar.
Bu və digər maxinasiyalar barədə gələn sayımızda ətraflı məlumat verəcəyik.
Biz də yenə də inana bilmirik ki,bu qədər həngamənin qabağında direktor və müavininin kefi yenə də öz yerindədir.
Buna bir neçə səbəb ola bilər. Ya,Səidə xanımın dediyi kimi,komissiya üzvləri hansısa vasitə ilə susdurula bilər. Yaxud da, yoxlamanın yekun nəticələri hazır olmadığından Məhəbbət xanım Vəliyevaya təqdim olunmayıb ki, bu qanunsuzluqlar və özbaşınalıqlar barədə indiyə kimi heç bir tədbir görülməyib. Bəs cənab nazirin bu həngamələrdən görəsən xəbəri varmı.Yoxdursa,inşallah olar.
Mövzunu davam etdirəcəyik.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”