BAŞÇI SARIDAN BƏXTİ GƏTİRMƏYƏN İSMAYILLI
Gundem / Bolge
Oxunub: 1 235
23 apr 2016 | 02:55
BAŞÇI SARIDAN BƏXTİ GƏTİRMƏYƏN İSMAYILLI






















İH başçısı gününü harada və kiminlə keçirir?

Əhali Mirdaməd Sadıqov və komandasının əlindən təngə gəlib

İsmayıllının icra başçısı sakinlərin problemlərini həll etmək əvəzinə biznes şəbəkəsini daha da genişləndirmək üçün çaba sərf edir.


İsmayıllı rayon sakinləri bu gün sosial problemlər məngənəsində boğulur, işsizlikdən əziyyət çəkir, bir sıra yerli məmurların kobud rəftarı, qanundankənar hərəkətləri ilə üz-üzə qalır. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhalinin dərd-səri, qayğıları ilə maraqlanmaq, mövcud problemlərin həllinə çalışmaq əvəzinə müxtəlif yollarla şəxsi maraqlarını təmin etmək, yaxınlarının nəzarətində olan biznes şəbəkəsini daha da genişləndirmək üçün çalışır.

Elə buna görə də ismayıllılar icra başçısı kimi onun fəaliyyətini tənqidlə qarşılayır, Mirdaməd Sadıqovun bu vəzifədən kənarlaşdırılacağı günü səbirsizliklə gözləyirlər. Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən indiyədək rayonda elə də ciddi dəyişikliklərin olmadığını, əhalini narahat edən problemlərin gün keçdikcə daha da artdığını vurğulayan məlumatlı şəxsin Qaynarxett.info-ya verdiyi bilgiyə görə, Mirdaməd Sadıqov rayonun tikinti sektorunu da tam nəzarətində saxlayır:

«Deyilənlərə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən «İsmayıllı Tikinti-27» ASC udur. Bu şirkətin tenderlərin qalibi elan olunması təbii ki, icra başçısı ilə ASC-nin rəhbərliyi arasında öncədən baş tutan razılaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Onu da nəzərinizə çatdırım ki, «İsmayıllı Tikinti-27» ASC bir çox dövlət layihəsinin icraçısı olub və bu zaman külli miqdarda vəsaitin «xərclənməsində» yaxından iştirak edib». Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Mirdaməd Sadıqovun 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışdığını, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edildiyini, 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində işlədiyini, 2013-cü ildən isə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, bir müddət öncə adıçəkilən rayonun mərkəzində istifadəyə verilən parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə başqa tikinti materiallarından istifadə olunub:

«Deyilənlərə görə, həmin parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulub. Sözsüz, bu zaman bir xeyli vəsait icra başçısının büdcəsinə istiqamətlənib. Yeri gəlmişkən, qeyd edim ki, Mirdaməd Sadıqov iş otağında istifadə olunan mebelləri tez-tez dəyişdirməklə ad çıxarmış icra başçılarındandır. İdda olunur ki, icra başçısı köhnə mebelləri tenderlərə satış üçün saldırır və onları müvafiq sənədlərdə yeni adı altında rəsmiləşdirir. Təbii, bu yolla da xeyli vəsait silinir. Görünən odur ki, icra başçısı məhz bu cür üsullarla gəlirlərini artırır, biznes şəbəkəsini genişləndirir». Bu arada, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, hazırda İsmayıllı rayon təhsil sisteminin də vəziyyəti arzuolunan səviyyədə deyil. Məhz elə bu səbəbdən də ötən il İsmayıllı rayonunun bəzi kəndlərindən ali məkəblərə qəbul üçün sənəd verənlərin bir nəfərinin belə, uğur qazanmadığını deyən məlumatlı şəxs həmin kəndlərin əksəriyyətində məktəblərin qəzalı vəziyyətdə olduğunu, əksəriyyətinin təmir olunmadığını bildirir:

«Düzdür, Mirdaməd Sadıqov icra başçısı təyin olunduqdan sonra İsmayıllıda bir sıra işlər görüldü. Lakin görülən işlərin bir çoxu keyfiyyətsiz olduğundan bu gün faktiki olaraq rayoeda əsaslı təmir qurulucuş işlərinə böyük ehtiyac var. Ancaq bu, Mirdaməd Sadıqovun bacaracağı, öhdəsindən gələ biləcəyi məsələ deyil. Qeyd edim ki, hazırda İsmayıllıda yalnız mərkəzi küçə və prospektlər təmir olunub. Qalan ərazilər, əsasən də kənd yolları isə icra başçısının heç yadına da düşmür. Elə bu səbəbdən də əhali artıq onun və komandasının əlindən təngə gəlib. Görünən odur ki, İsmayıllı sakinləri Mirdaməd Sadıqovun rayondan gedəcəyi günü toy-bayram kimi qeyd edəcəklər».

BAŞÇI SARIDAN BƏXTİ GƏTİRMƏYƏN İSMAYILLI


Əsas problem işsizlikdir

“İşsizlik... Əsas problem işsizlikdir. Nə qoca, nə cavan, heç kim iş tapa bilmir. Ancaq bir neçə məmurun yaxın qohumları işləyirlər, burada...”, - deyə İsmayıllıda ilk qarşımıza çıxan taksi sürücüsü şikayətlənir.

Sonra rayonun girişindəki “İsmayıllı” yazılan lövhəyə və onun ətrafındakı kiçik ərazidəki yaşıllığa doğru əlini uzadıb, əlavə edir: “Ancaq buranı qorumaq üçün nəzarətçi qoyublar, ayda da 250 manat maaş alır. Bu qədər təzad...”

Sakinlər güzəranın acınacaqlı olmasından tutmuş, rayon ərazisindəki meşələrin qırılmasına qədər çox sayda problem sıralayırlar. Və ümidsiz halda vurğulayırlar ki, bu problemlərin nə zamansa həllini tapacağını gözləmirlər...

“Problem bir deyil, iki deyil...”

Bölgələr Bakıdan fərqli olaraq, daha çox və daha ciddi problemlər içində boğulur:

“Problem bir deyil, iki deyil, onlarladır... Rayonda dərəbəylikdir, həddini aşmış özbaşınalıqdır”.

Rayon ərazisində hələ də içməli su problemi aktualdır: “Evlərə qədər borular çəkilib, ancaq su verilmir”.
Təbii qazın qiymətindən şikayətlənən sakinlərin sözlərinə görə, aylarla borc yığılıb qalır, yekunda maaşlarını ancaq qaz puluna verməli olurlar: “120 manat pensiya alan adam ayın axırında görür ki, 80-100 manat qaz pulu gəlib. Bu səbəbdən də camaat odundan istifadə edir, meşələri qırıb yandırır. Meşələrdə ağac qalmayıb”.
Sakinlər meşələrin seyrəldiyini ürək ağrısı ilə vurğulasalar da, başqa çıxış yolu olmadığını da bildirirlər. Onların sözlərinə görə, hətta bir çox kəndlərdə kömür basdırılır və bu da çox sayda ağacın məhvi deməkdir: “Onlarla ailə kömür satmaqla dolanır. Bu da meşənin ucdantutma qırılması deməkdir. İnsanlar kömür satıb, ailələrini dolandırmağa çalışırlar”.

Rayonda sosial yardım və müavinətlərlə bağlı da ciddi problemlər yaşanır. Əlilliyi olan insanlar aylarla aidiyyatı qurumların qarşısında sürünür və çox zaman əlilliyi təsdiqlətmək üçün rüşvət verməli olurlar.

“Köçkünlər qəsəbəsi də problem içindədir...”

Şəhərin yeni salınan köçkünlər qəsəbəsi də problem içində batır: “Burada 45 ev var, onlardan 15 evə su gəlmir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, xeyri yoxdur. Qəsəbənin kanalizasiya problemi də var. Qəsəbə iki ildir ki, istifadəyə verilib. Ancaq işlər tamamlanmamış qəsəbə istifadəyə verilib. Suyu çəkmək üçün drenaj etməli idilər, iş yarımçıqdır”.

Maaşların, məvaciblərin, pensiyaların aşağı olması əhalinin rayondan uzaqlaşmasına gətirib çıxarır: “Verilən maaşla kommunal xərcləri ödəmək olmur. Bu səbəbdən də insanlar imkan tapan kimi rayonu tərk edirlər”.
Rayonda gənclər arasında da işsizlik yüksək həddədir: “Gənclər də iş tapa bilmir. Onların az bir qismi burada günəmuzd fəhləlik edir. Gənclər iş dalınca Bakıya, daha çox da Rusiyaya gedirlər”.

“İcra başçısı Prezidentin açdığı müəssisələri işləməyə qoymur”

“Bu rayonda problemdən başqa heç nə yoxdur, rayon elə bütünlüklə problemdən ibarətdir”, - deyə rayon sakini şikayət edib.

Onun sözlərinə görə, rayon rəhbərliyinin gördüyü iş ancaq İcra Hakimiyyətinin qarşısını abadlaşdırmaqdan ibarətdir:

“İcra hakimiyyətinin binasının yanı, Zərifə Əliyeva adına park abadlaşdırılır, vəssalam... Başçı düzəlmiş yerləri söküb, yenidən düzəldir. Zərifə Əliyeva parkını sökdü, adını da dəyişib, uşaq və gənclər parkı etdi. İcra başçısının rayonda gördüyü iş budur”.

Rayonda tikilən yeni avtovağzal hələ də istifadəsizdir: “Avtovağzal tikilib, Prezident 2013-cü ildə gəlib, onun lentini də kəsib. Ancaq bu gün də işləmir. Camaat köhnə avtovağzaldan istifadə edir, palçığın içindədir, oralar...”

Rayonda açılan tikiş sexi isə ancaq məktəb başlanana yaxın bir-iki ay işləyir: “Tikilən məktəbli geyimlərini zorla satdırırlar və sex növbəti dərs ilinə qədər bağlanır. Bu gün də bağlıdır”.

Həmçinin, rayonda ötən il tikilən və açılışı olan uşaq bağçası da işləmir: “Ötən il sentyabrda dövlət başçısı rayona gəlib, uşaq bağçası açdı. Təmirli, yüksək standartlara malik bağça idi. O, gedən kimi bağçanın qapısını bağladılar. İcra başçısı Prezidentin açdığı müəssisələri də işləməyə qoymur”.
“İcra başçısı bağçaların yerində otel açacaq”

Keçmiş icra başçısı Nizami Ələkbərov burada iki uşaq bağçasını ucuz qiymətə özəlləşdirib: “Onun aldığı iki bağça bu gün də boş qalıb. Yüzə yaxın adamı çölə tulladılar, işdən çıxardılar. Yüz minlərlə dəyəri olan bağçanı 10-15 minə özəlləşdirdilər. Yeni icra başçısı Mirdaməd Sadıqov gələndən sonra isə həmin bağçaları Nizami Ələkbərovdan aldı. Bağçalar rayonun sosial-iqtisadi vəziyyəti üçün ayrılmış pullarla təmir etdirilib. Bağçaların yerində otel açacaqlar. O vaxt yandırılan otelin yerində isə sosial yardımlar hesabına iki bahalı bina tikiblər”.

Yaponiya səfirliyinin dəstəyi ilə tikilən artezian da sökülərək, yararsız hala salınıb.

“Artezianı 2011-ci ildə yaponlar tikdilər ki, İsmayıllı camaatının suyu olsun. Yaponların maliyyə dəstəyi ilə tikilib. Ancaq “kamarxoz”un (Kommunal Müəssisələr Kombinatı - red.) rəhbəri gəldi, motorunu söküb apardı, sonra da turbaları söküb, götürdülər. Yəni camaat su içməməlidir. Bunlara satmağa motor lazım idi. Bununla bağlı yazdığım şikayətlərin sonunda məlum olub ki, motor kommunal müəssisələr kombinatının anbarında saxlanılır. İcra Hakimiyyətindən bildirilir ki, bu artezian kombinatın balansındadır. Əslində isə bələdiyyəyə verilməli idi”, - deyə İsmayıllı kənd sakini Rauf Həsənov bildirir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb.
Sakinlərin bildirdiklərinə görə, yaponların 250-300 min manatlıq digər projesi rayon rəhbərliyinin sayəsində yararsız elan edilib: “Zibil istehsalı sexi tikilib. Ancaq bizimkilər sexi işlətmir”.

“Rayonda etnik ayrı-seçkilik salınır...”

İcra başçısı bir sıra layihələri yaxınları ilə birgə mənimsəyir: “Rayonun kommunal müəssisələr kombinatına yollara işıq çəkmək həvalə edilib. Əslində bu, tenderlə edilməli olan məsələdir. Ancaq pulu ortaq mənimsəyirlər, “kamarxozun” işçilərini də pulsuz işlədirlər. Zibilyığan işıq çəkə bilməz, mütəxəssis olmalıdır, bu işlə bağlı... Ancaq nəyi necə gəldi, edirlər”.

Aşağılardan yuxarılara göndərilən şikayət məktubları elə aşağıların özlərinə qaytarılır: “Məsələn, İsmayıllı Prokurorluğuna İcra Hakimiyyətinin nəzdində olan qurumdan şikayət yazırsan, qayıdıb İcra Hakimiyyətinin üstünə göndərir. Əgər mən adı və soyadı ilə qanunu pozan şəxs haqqında prokurora məlumat verirəmsə və o da mənim ərizəmi həmin şəxsin özünə göndərirsə, bu rayonda necə yaşayım? Gedib prokurora deyirəm ki, “pasportstol” şəxsiyyət vəsiqəsini bazarda kartof satan kimi 10 manata satır. Deyir pul verim, get ver, tutaq onu... Deyirəm mən uşağam? Bu faktı görmüşəm, məndən də pul alıb. Sən mənim ərizəmi qəbul et, zəhmət çək, araşdırma apar, sübut et. İstintaq nədən ötrüdür, bəs..? Notarius 1 manatlıq işi on manata görür. Amma gedib, onun həyətində villalarına baxasan. Yayda baha qiymətə kirayə verir. Soruşan da yoxdur ki, sən məmursan, haradandır səndə bu qədər pul..?”
Niyə bu rayonun yiyəsi yoxdur?

P.S. Rayonun bu qədər sosial problemlər məngənəsində çabaladığı bir vaxtda İH başçısının gününü harada və kiminlə keçirdiyi barədə sensasion məlumat haqda isə növbəti yazımızda oxuya bilərsiniz…

Ardı var…
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər