Əhmədzadənin idarəsində şok: Korrupsioner məmur oğlunun törətdiyi cinayət ört-basdır edilir
Gundem / Sosial
Oxunub: 1 082
27 apr 2016 | 12:30
Əhmədzadənin idarəsində şok: Korrupsioner məmur oğlunun törətdiyi cinayət ört-basdır edilir










Vüqar Səfərovun səbəb olduğu qəzada bir nəfər dünyasını dəyişsə də, günahkar bu günə kimi məsuliyyətə cəlb olunmayıb; Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov övladını həbsdən necə yayındıra bilib?

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin fəaliyyətində də müəyyən nöqsanlar mövcuddur. İdarənin rəisi İlyas Səfərovun səbəb olduğu qanun pozuntuları və büdcə vəsaitlərinin təyinatı üzrə sərf edilməməsi haqda ilginc məlumatlar yayılıb. Belə ki, redaksiyamız mediada yer alan məlumatlar əsasında bildirir ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov və qardaşı, idarədə mühəndis olaraq çalışan Knyaz Səfərov hər il büdcədən ayrıln vəsaitləri müxtəlif işlərin görülməsi adı altında mənimsəyirlər.
7 rayonda şöbəsi olan və Yevlax rayonunda yerləşən yuxarı Qarabağ İstismar İdarəsində 300 yaxın işçi işləyir. Lakin İlyas Səfərov əlindəki maliyyə imkanlarından, bir çox məmurlarla əlaqələrinə güvənərək özbaşınalıq edir. Bildirilir ki, dövlət tərəfindən işçilərə verilən əmək haqqların bir hissəsi çox vaxt müdir tərəfindən kəsilir. Həmçinin onlar üçün nəzərdə tutulmuş məzuniyyət ümumiyyətcə ləvğ olunub. Halbuki İlyas Səfərov özü və idarədə işləyən qohumları aylarla məzuniyyətə çıxaraq müxtəlif ölkələrə istirahətə gedirlər. İdarə işçiləri qeyd edirlər ki, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən onlar üçün ayrılan yardımlar, əlavə maliyyə mükafatları yalnız İlyas Səfərovun qohumlarına verilir. Şikayətçilər bildirirlər ki, onlar illərdir bu idarədə canlarını qoymalarına baxmayaraq idarə müdiri onları açıq şəkildə istismar edir və onların hüququnu kobud şəkildə pozur.
Qeyd edək ki, redaksiyamız bildirir ki, mediada yayılan digər bir xəbərə görə, Yuxarı Qarabağ İstismar İdarəsinin rayonlardakı hər şöbəsində 15-20 arası işçi işləyir. Əslində bu işləyənlərin bir hissəsinin adları siyahıda var.Yəni həmin şəxsləri İlyas Səfərov işə alsa da, bu adamlar tamam başqa işlərlə məşğul olurlar və onların əmək haqqını da idarə müdiri alır. Bir qayda olaraq Meliorasiya və Su təsərrüfatı ASC təərfindən idarəmizin balansında olan texnikaların və maşınlaırn təmiri, işlək hala salınması üçün verilən yüz min manatlarla vəsaitlərin böyük bir hissəsi İlyas Səfərov tərəfindən mənimsənilir. İdarə müdiri ay ərzində texnikalara ən azı 7-8 qəbz yazmaqla tonlarla yanacaq pulu silir. Halbuki Yuxarı Qarbağ kanalının hansı vəziyyətdə olması hər kəsə məlumdur.
İdarə müdirinin əsas qazanc mənbəyi adı olub özü olmayan işçilərina adına yazılan əmək haqqı, ( mənbə bildirir ki. bu əməliyyatla İlyas Səfərov hər ay 5-7 min manat arası xeyir götürür), büdcədən inşaat matreallarının və torpaqqazan mexanizmlərinin ehtiyyat hissələrinin alınması üçün ayrılan vəsaitlər ( il ərzində hər iki iş üçün 550 min manat ayrılır) və Qarabağ kanalına sahibkarlar tərəfindən qanunsuz su borularının gizli şəkildə atılmasından, (6 rayonda təxminən 100 dən çox qanunsuz su borusu var ki, bir borunun atılması üçün idarə müdiri 5 min manatalıb. Bunu aşağıdakı fotolardan da görə bilərsiniz). Qeyd edək ki, 2013-14-15- ci illər ərzində Yuxarı Qarabağ İstismar İdarəsinin təmiri və təchizatı üçün üst-üstə 1,7 milyona yaxın vəsait (1699633 – bir mlyon altı yüz doxsa doqquz min manat), ayrılıb. Həmin vəsaitlər inşaat matrealları, avtomaşınların və torpaqazan mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üçün ayrılıb. Maraqlıdır ki, ayrılan vəsaitləri hər il təxmini eyni məbləğdə olub. Misal üçün 2013-cü ildə 571 min (beş yüz yetmiş bir min manat) , 2014 cü ildə 562 ( beş yüz altmış iki min manat) 2015 ci ildə 566 (beş yüz altmış altı min manat) olub.
Məlumatlı mənbə bildirir ki, İlyas Səfərovun böyük korrupsiya əməllərində idarədə mühəndis olan qardaşı Knyaz Səfərov da yaxından iştirak edir. Ümumilkdə hər il büdcədən ayrılan yarım milyon manat vəsaitin xırd edilməsində Knyaz Səfərov qardaşına yaxından köməklik edir. Belə ki, Knyaz Səfərovun adına rəsmləşdirilən müəsisələrlə bağlanan müqavilərə və görülən işlər sadəcə sənədlərdə olur. Orta da olan vəsaitlər isə nəqdləşdirilərək mənimsənilir.
Məlumatlı mənbənin sözlərinə görə, uzun müddətdir idarə rəisi vəzifəsində işləyən İlyas Səfərov özünə geniş biznes şəbəkəsi yaratmağı bacarıb. Deyilənə görə, onun Yevlax və qonşu rayonlarda bir neçə ticarət obyekti, Bakıda mənzilləri və bahalı avtomobilləri var. Bu arada, sözügedən məmurla bağlı maraqlı məlumat yayılıb. İddialara əsasən, İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib: “Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb”. Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107″ ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”. İdarə rəisi məsələ ilə bağlı başqa cür açıqlama versəydi, təəccüblənərdik. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O özü də övladının cinayət törətməsini təsdiqləyir. Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır. Gələn saylarımızda “Monolit”, “Nicat SK”, və “İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun özbaşına əməlləri barədə geniş araşdırma yazısı dərc edəcəyik.
Qarşı tərəflərin də münasibət bildirmək hüququ var.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE