Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunmuşdur
Gundem / Sosial
Oxunub: 1 217
27 apr 2016 | 12:57
Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunmuşdur











Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən partiyanın sıralarında öz aktivliyi ilə seçilən YAP Siyasi Şurasının üzvü Təmraz Tağıyev uzun illərdir ki, partiyanın respublikada ilk özək təşkilatı olan Nərimanov rayon təşkilatına rəhbərlik edir. Ümummillli liderimiz Heydər Əliyev ideyalarına sədaqəti, ölkə Prezidenti cənab İlham Əliyevə, dövlətçiliyimizə bağlılığı, gənclər arasında böyük nüfuzu və onlara dəstəyi onun fəaliyyətinin əsasını təşkil edir.

Təmraz Tağıyevin keçdiyi keşməkeşli həyat yolu onu daha da mübariz etmiş, müxalif partiyalarla çəkişmələrdə göstərdiyi prinsipial mövqeyi, haqlı və səmimi çıxışları ictimaiyyət tərəfindən həmişə böyük hörmət və ehtiramla qarşılanmışdır.

Təmraz Tağıyev YAP-dakı fəaliyyəti ilə yanaşı, çiyinlərində həm də Nərimanov Bələdiyyəsinin sədri kimi məsuliyyətli və çətin vəzifənin ağırlığını daşıyır. 2010-cu ildə Nərimanov bələdiyyəsinin sədri seçilmiş YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyevin bu quruma rəhbərlik etdiyi ilk gündən Bələdiyyənin fəaliyyəti dirçəlmiş və əldə edilən uğurlar ilbəil yüksəlmişdir.

Yüksək siyasi əqidəsi, təşkilatçılığı və işgüzarlığı ilə həmişə fərqlənən Təmraz Tağıyev harada işləməyindən asılı olmayaraq həm özünə, həm də rəhbərlik etdiyi işçilərə, eləcə də kollektivlərə qarşı tələbkar olmuş, tapşırılmış vəzifələrin həyata keçirilməsinə böyük məsuliyyətlə yanaşmışdır.

Məhz bunların nəticəsində YAP Nərimanov rayon təşkilatının və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev daha bir etimada layiq görülərək, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 26 aprel 2016-cı il tarixdə keçirilən ümumi yığıncağında yekdil səsvermə ilə Assosiasiyanın sədri vəzifəsinə təyin olunmuşdur. Ona göstərilən bu etimad hamı tərəfindən, xüsusilə də Nərimanov rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, ürəyincə olmuşdur.

Təmraz müəllimi bu münasibətlə ürəkdən təbrik edir, çətin və məsul vəzifəsində uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, yüksək siyasi biliyə və zəngin təcrübəyə malik olan Təmraz müəllim, digər vəzifələrdə olduğu kimi, bu vəzifənin də öhdəsindən layiqincə gələcək, dövlətimizin tərəqqisi və xalqımızın firavan gələcəyi naminə yeni-yeni nailiyyətlərə imza atacaqdır.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO