Cavid Hüseynovun anası prezidentə müraciət edib
Gundem
Oxunub: 972
29 apr 2016 | 22:10
Cavid Hüseynovun anası prezidentə müraciət edibYığmamızın həbsdə olan futbolçusu Cavid Hüseynovun anası Xalidə Hacıyeva Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Apasport.az saytının məlumatına görə, X. Hacıyeva müraciətində oğlunun işinə ədalətli baxılmasını xahiş edib.
“Bütün ölkənin diqqətini cəlb edən hadisədə fotoreportyor Rasim Əliyevin vəfat etməsi bir ana kimi məni də hədsiz kədərləndirdi. Bu hadisədə oğlumun adının hallanması isə ikiqat zərbə oldu. İlk gündən hadisənin obyektiv araşdırılacağına şübhə etmədiyimizdən istintaqın başa çatmasını gözlədik və artıq ictimaiyyət də günahkarların kimliyini bilir. Bu hadisədən ölkəmizin əleyhinə istifadə etmək istəyən xarici qüvvələrin təzyiqinə baxmayaraq, işin obyektiv araşdırılması üçün hadisələri birbaşa nəzarətə götürən Cənab Prezidentimizə buna görə ailəmiz adından minnətdarlığımı bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, əgər oğlum Cavid Hüseynovun bu hadisədə hansısa şəkildə günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları qarşısında cavab verməsini tələb edərdim. Çünki həyat yoldaşım Şakir Abbas oğlu Hüseynov da daxil olmaqla, bu torpaq uğrunda şəhid olan oğullar ölkəmizin yaşaması, qanunların aliliyinin qorunması üçün canlarından keçiblər” – deyə, müraciətdə bildirilir.
X.Hacıyeva həyat yoldaşının 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olduqdan sonra “İgidliyə görə” medalı ilə təltif olunduğunu qeyd edib: “Atası kimi, oğlum Cavid Hüseynov da dövlətə xidmət etməyi, çalışdığı sahədə ölkəmizin şərəfini qorumağı həmişə əsas məqsəd sayıb. Üç azyaşlı uşaqla qaçqınlar üçün ayrılmış yataqxanalarda min-bir əziyyətlə şəhid övladını “qatil” kimi böyütmək bizim tərbiyəmizə yaddı. Cavidin məhz idman sahəsini seçməsi, burda uğurlara nail olması, milli komandada vacib qollar vuraraq, dövlətimizin idmanın inkişafına yönələn siyasətinə öz töhfəsini verməsi bir ana kimi məni çox sevindirirdi. Digər oğlum – Köln Universitetində təhsilini davam etdirən Şərif Hüseynovun da Vətən üçün layiqli övlad və önəmli kadr kimi yetişəcəyinə inamım böyükdür. Amma baş verən məlum bədbəxt hadisə ailəmizin hər bir üzvünü sonsuz narahat edir. Bir ana kimi xahiş edirəm ki, oğlumun iki körpə uşağına bağışlanmasına kömək göstərəsiniz”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!