Həbsdə olan jurnalist KİV rəhbərlərinə və müxalifət liderlərinə müraciət edib - FOTO
Gundem
Oxunub: 1 353
4 okt 2014 | 14:56
Həbsdə olan jurnalist KİV rəhbərlərinə və müxalifət liderlərinə müraciət edib - FOTOSərdar Əlibəyli: "Adımın və şəklimin "vicdan məhbusu" siyahısından çıxarılmasını xahiş edirəm"

Həbsdə olan jurnalist Sərdar Əlibəyli KİV rəhbərlərinə və müxalifət liderlərinə müraciət edib. APA-nın Penitensiar Xidmətinin saytına istinadən verdiyi məlumata görə, 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Sərdar Əlibəyli müraciətində son günlər Avropa Parlamentinin məlum qətnaməsi və bu ətrafda yaranmış vəziyyətdən narahatçılığını ifadə edib: "Yaranmış vəziyyət, məxsusən də dünyanın çağdaş geopolitik durumunda, olduqca təhlükəli xarakter alıb. Azərbaycan hər an getdikcə artan aqressiv terrorizmin, eləcə də dünyanı yenidən bölmək istəyən transmilli qüvvələrin hədəfinə tuş gələ bilər".
O, bütün bunları nəzərə alaraq Azərbaycanın müxalifətini və bütün ictimai-siyasi qüvvələrini milli barışıq yolunda gerçək addımlar atmağa, müstəqilliyin və dövlətin qorunması yolunda birgə fəaliyyətə çağırıb: "Bu xüsusda, bütün olub-bitənlərə rəğmən birtərəfli qaydada adımın və şəklimin "vicdan məhbusu" siyahısından çıxarılmasını xahiş edir, həbsdə olduğum müddətdə mənə dəstək olmuş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm. Dövlətimizin yaşaması, Azərbaycanın qazandığı uğurların qorunması, əldə etdiyi nailiyyətlərin daha da inkişaf etdirilməsi, o cümlədən, hələ də həllini gözləyən digər məsələlərlə yanaşı, millətimizin və dövlətimizin bir nömrəli problemi olan Qarabağ sorununun çözülməsi üçün illərdi ki davam edən düşmənçilik ritorikasından əl çəkib "yurdda sülh, cahanda sülh" amalı ilə barış və əməkdaşlıq ritorikasına keçməyin vaxtı çoxdan çatıb deyə düşünməkdəyəm".
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər