Krımın ilhaqı – Şiələrin xilası
Gundem
Oxunub: 1 177
3 may 2016 | 00:06
Krımın ilhaqı – Şiələrin xilasıBu gün Rusiyanın tənqid olunmasının əsas səbəblərindən biri onun Krımı tutmasıdır. Liberal düşərgənin başıboş jurnalistləri Krımın ilhaqı ilə bağlı ağıllarına və ağızlarına gələni yazırlar. Rus ordusu Krıma niyə girdi? Rusiya Krımı tutmasaydı, onu Amerika tutacaqdı. Rus ordusu çox yox, cəmi üç gün geciksəydi, NATO artıq Krımı götürəcəkdi. Maydan hərəkatının və Ukraynada çevrilişin məqsədi də elə Sevastopolda yerləşən Rusiya donanmasını oradan qovmaq və NATO ordusunu gətirmək idi. Alınmadı. Rus kəşfiyyatı ayıq tərpəndi.
Qanuni prezident Yanukoviç ölkədən qovulan kimi Nalivayçenki kəşfiyyat xidmətinin rəhbəri təyin olundu. Nalivayçenko hələ əvvəlki prezident Yuşenkonun vaxtında kəşfiyyat rəhbəri işləmişdi və onunla məşhur idi ki, respublika kəşfiyyatının əsas binasında ABŞ-ın MKİ əməkdaşlarına xüsusi otaq ayırmışdı və amerikanların ölkənin gizli sənədlərinə girişinə yol açmışdı. Buna görə hətta Ukrayna Baş Prokurorluğu Nalivayçenkoya vətənə xəyanət maddəsi ilə cinayət işi açmışdı, lakin çevrilişdən sonra vətən xaini Nalivayçenko “demokratik dəyərlər uğrunda mübariz” kimi səciyyələndirildi.
MKİ-dən olan kuratorları Nalivayçenkoya ABŞ hərbi gəmilərinin Sevastopol buxtasına girişini təmin və koordinasiya etməyi tapşırmışdılar. Çevrilişdən bir neçə gün əvvəl tərkibində 90 döyüş təyyarəsi olan “Corc Buş” hərbi gəmisi ABŞ sahillərindən Qara dənizə yola düşdü. Onu 16 müxtəlif təyinatlı hərbi gəmilər, o cümlədən atom sualtı qayıqları müşayiət edirdi. 22 fevralda, Yanukoviçin hakimiyyətdən salınması elan olunduğu gün həmin gəmilər artıq Bosfor boğazından keçərək Qara dənizə girmişdilər. Qanuna görə, Türkiyə 45 min tonnajdan ağır hərbi gəmilərin Dardanel boğazından keçməsinə icazə verməməli idi, amma ABŞ-ın marionetkası olan Türkiyə həmişəki kimi bunu etmədi, əksinə gizli şəkildə dayaq da verdi. Amma gördüyümüz kimi, yaşıl adamcıqlar cəld tərpəndi. Rus ordusu Krımı anicə tutdu. Tez bir zamanda rus əsgərləri Krımın bütün mühim strateji obyektlərini nəzarətə götürdülər. Putinin çox qısa bir müddətə, bircə güllə də atmadan Krımı zəbt etməsi bütün dünya ictimaiyyətini heyrətləndirdi. Bu, həm də onun nəticəsi idi ki, Krım xalqı özü yəhudi xuntasının hakimiyyətdə olmasına qarşı idi, ABŞ ordusunun Sevastopola girməsinə münasibət barədə isə heç danışmağa dəyməz. Referendumun nəticələri aydın göstərdi ki, hər yerdə olduğu Krımda da xalq rus ordusunun gəlişini səbirsizliklə gözləyir və xilas yolunu ancaq Rusiyada görür. Referendumda xalqın 99,7 faizi Krımın Rusiyaya birləşməsinə səs verdi. Krım küçələrində insanların sevincinin həddi-hüdudu yox idi.
Krımın ilhaqı – Şiələrin xilası Krıma istiqamət götürən ABŞ-ın “Donald Kuk” gəmisində hər biri 16 nəfərdən ibarət olmaqla 6 kommandos dəstəsi vardı. Kommandoslar müxtəlif istiqamətlərdən Krım ərazisinə doluşaraq terror əməliyyatları həyata keçirməli və referendum ərəfəsində xalq arasında panika yaratmalı idilər. Qəhrəman rus əsgərləri buna da imkan vermədilər. Yaşıl adamcıqlar yarımadaya çıxmış həmin diversantların hamısını neytrallaşdırdılar. Rus təyyarəçisinin “Donald Kuk” gəmisinin üzərindən şığıyaraq çıxardığı “şou” bütün dünyada dillər əzbəri oldu. Rus təyyarəçisinin onlarla əylənməsi nəticəsində ABŞ gəmisindəki komanda heyətində çoxları şalvarını batırdı, bir çoxlarının qorxudan dili tutuldu, bəziləri isə sahilə qayıdan kimi ordudan təxris olmaq barədə ərizə verdilər. Onların bir çoxu hələ də dəlixanada müalicə alır, şokdan özlərinə gələ bilmirlər. Belə lazımdır. Dərs olsun.
Rusiyanı Krımı ilhaq etməkdə suçlayan liberal camiənin dərdi-azarı başqadır. Krım Rusiyadan da çox bizə lazımdır, məhz bizə! Suriya sahillərində lövbər salaraq ölkənin hava sərhədlərini ABŞ, İsrail və Türkiyə təəyyarələrindən qoruyan rus gəmiləri ora məhz Sevastopoldakı buxtadan gedib çıxa bilirlər. Qardaş Yəmən xalqına dəstək kompaniyasını da Rusiya Krımdakı bazadan çıxan gəmilərlə həyata keçirdi. Krım ABŞ-a ona görə lazım idi ki, Rusiya Suriya müharibəsinə müdaxilə edə bilməsin, onlar da rahatca Şərqdə şiə qətliamını həyata keçirsinlər! Krıma ABŞ-ın girməsi onunla nəticələnəcəkdi ki, vahhabi terrorçuları Suriya və İraqda dəstəksiz qalmış şiələri qırıb qurtarandan sonra Azərbaycanda da başımızı kəsməcəkdilər. Şərqdə başlanan şiə qətliamının, vahhabi terrorunun, NATO təcavüzünün qarşısını məhz Rusiyanın Sevastopoldakı hərbi gəmiləri aldı!
Krımda cəmləşmiş “İskander” raket kompleksləri ilə Rusiya Bosfor da daxil olmaqla bütün Qara dəniz sahillərini nəzarətdə saxlaya bilir. Krımı əldə etməsi Rusiyanı avtomatik olaraq Qara dənizdə söz sahibinə çevirdi. Əgər Rusiya donanması Sevastopoldan çıxarılsaydı, rus raketləri Krasnodara yerləşdirilərdi, buradan isə Bosfor boğazındakı hədəfləri vurmaq çətindir. Sevastopol, Feodosiya, Donuzlav və Kerçdəki bazalardan rus hərbçiləri Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Ukrayna sahillərinə tam nəzarət edə bilirlər.
Krım Amerikaya həm də Rusiyanı məhv etmək üçün lazım idi. Məsələ burasındadır ki, ABŞ ordusunun ən mükəmməl raketləri sayılan “Tomaqavka”lar nəinki Moskvanı, heç Rusiyanın Avropa hissəsindəki hədəfləri vurmaq iqtidarında deyil. Krımda öz bazalarını yerləşdirmək ABŞ-a Rusiyanı yaxın məsafədən vurmaq üçün lazım idi. Moskvanı öz raketlərinin hədəfində saxlamaq üçün. Qara dənizdəki hərbi gəmilərdən atılan “Tomaqavka” raketləri nəinki Rusiyanın Avropa hissəsindəki obyektlərini vura bilirdi, həm də Uralın şəhərlərinə, hətta Qazaxstanın qərbinə də gedib çatırdı. Əlbəttə ki, Rusiya bununla barışa bilməzdi.
Rusiya imperatriçası 2-ci Yekaterina demişdir: “Suriya- Rusiyaya çıxmağa açar verən Yaxın Şərqin qapılarıdır”. Burnundan uzağı görməyənlər, Biləcəri kruqundan o tərəfə düşünmək qabiliyyəti olmayanlar üçün bu sözlərin mənasını anlamaq çətindir. Krımı ələ keçirməklə ABŞ həm də Rusiya iqtisadiyyatına öldürücü zərbə vuracaqdı: Rusiya üçün həyati əhəmiyyətli ticarət yollarının çoxu Qara dənizdən keçir. Krımın ABŞ-ın əlinə keçməsi ilə Rusiya avtomatik olaraq strateji üstünlüyünü itirəcəkdi, üçüncü dərəcəli ölkəyə çevriləcəkdi. Qərb və şərq istiqamətində bütün müdafiə sistemləri pozulacaqdı, Rusiya NATO-nun asan hədəfinə düşəcəkdi. Amerikanlara Rusiyaya öz şərtlərini diqtə etməyə şərait yaranacaqdı. Bu isə İranın müdafiəsiz qalmasına və şiələrin məhv olmasına gətirib çıxaracaqdı. Odur ki Rusiyanın Krımı ilhaq etməsindən ən çox biz şiələr udmuşuq! Şiələrin Həzrəti Abbası var!
Maraqlıdır ki, Krım olayları ilə bağlı ABŞ siyasiləri öz çıxışlarında Rusiyanı işğalçı kimi qınayırlar, Krımın Ukraynaya qaytarılmasının vacibliyindən danışırlar. Amma nədənsə özlərinin milyonların qanı hesabına başa gələn işğalçılıq missiyaları yaddan çıxır. Krımda qan tökülmədi, bircə güllə də atılmadı. ABŞ isə tarix boyu heç bir səbəb olmadan, müxtəlif bəhanələrlə Meksika, İspaniya, Haiti, Nikaraqua, İran, Qvatemala, Qrenada, Panama, Salvador, Dominikan, Koreya, Vyetnam, İraq, Əfqanıstan, Liviya, Pakistan kimi onlarla suveren dövlətin ərazisinə soxulmuş, özü də yüz minlərlə insanın qanını tökərək soxulmuşdur! Bəs bu necə olsun?!
Hələ 2014-cü ilin iyulunda Barak Obama Kiyevə hərbi konsultantların göndərilməsi barədə tapşırıq vermişdi. Onlar Ukrayna ordusu və Milli Qvardiyası heyətinə döyüş hazırlığı keçməklə məşğul idilər. Amma Vaşinqton Rusiyanı konfliktə hərbi müdaxilədə günahlandırır. Donbasda rus hərbçilərinin olması barədə heç bir tutarlı sübut tapılmadı. Bəli, Rusiyadan çoxlu könüllülər gəlirdi, çünki heç kəs öz xalqının qırılmasına sakit qalmaz, reaksiya verənlər tapılacaq. Kolomoyski, Timoşenko kimi Ukrayna siyasətini yönləndirən sanballı yəhudi liderlər çoxdan Ukraynanın şərq hissəsindəki rus əhalisinin məhv edilməsinin vacibliyindən söz açırdılar. Qlobal Prediktora necə ki ölkəmizin şərqində, cənubundakı şiə əhalisinin qırılması, yox olması vacibdir, eləcə də Ukraynanın cənub-şərqindəki pravoslav rus əhalisinin məhv edilməsi, bu münbit və strateji ərazilərin boşaldırması vacibdir. Rus hərbçiləri Ukraynada yox idi, amma Rusiya şəhərlərindən köməyə gəlmiş çoxlu könüllülər vardı. Amma axı ABŞ hərbçiləri rəsmi şəkildə Ukraynaya doluşmuşdular! Bəs bu necə olsun? Niyə bundan danışılmır? ABŞ-ın Avropadakı quru qoşunları komandanı general-leytenant Ben Xodjes Ukraynaya gəldi və bəyan etdi ki, Rusiya ilə müharibədə ukraynalılara ABŞ ordusu hərtərəfli kömək edəcək. O, Ukrayna ordusu zabitlərini ABŞ hərbi medalları ilə təltif etdi. Bəs bunu necə başa düşək? Bu hansı kitab-dəftərdə yazılıb? ABŞ general-leytenantı Ukrayna ordusu hərbçilərini öz əsgərləri hesab edir ki, onlara öz ölkəsinin medallarını verir. Axı ABŞ ordusu reqlamenti xarici ölkə vətəndaşlarına medal verməyi qadağan edir. Kələfin ucu burda görünür. General-leytenant Ben Xodjes bununla göstərmək istəyir ki, Ukrayna ordusu onun elə öz ordusudur! Öz uşaqlarımızdır!
Sentyabr ayında Amerika-Ukrayna hərbçilərinin birgə Sea Breeza-2014 hərbi-dəniz təlimləri keçirildi, ardınca Ukraynada NATO quru qoşunlarının birgə Rapid-Trident təlimlərinə start verildi. Sonra isə 300 NATO desantçısı Ukraynaya yerli hərbçilərə “hərbi sirləri öyrətmək və kvalifikasiyanı artırmaq üçün” təşrif buyurdu. Pentaqon rəsmisinin bildirdiyinə görə, Lvov şəhərində yerləşmiş desantçılar Ukrayna Milli Qvardiyasının altı rotasına hərbi dərslər keçəcəkdi. Əgər ABŞ hərbçiləri Ukrayna ərazisinə girirsə, bunu demokratiya və əmin-amanlıq naminə edir. Yox, əgər Rusiya hərbçiləri Ukrayna ərazisinə girirsə, bu işğalçılıq və vandalizm aktıdır. Müasir dünyanın ikili standartları belədir. Almaniyalı mübariz siyasətçi, Bundestaq deputatı Sara Vaqenknextin sözləri ilə desək: “Ukraynada Qərbin hərbi məsləhətçilərinin peyda olmasını, Amerika və Böyük Britaniyanın Kiyevə silah satmasını məgər münaqişənin sülh yolu ilə həllinə dəstək kimi interpretasiya etmək olarmı? Merkel xanım! Bəs siz onda niyə ABŞ və Böyük Britaniyaya sanksiya tətbiq etmədiniz?”.
Luqansk aeroportunun dağıntıları altında “Stinger” və digər ABŞ istehsalı olan silah-sursat tapıldı. Venanın “Şvexat” aeroportunda Avstriya polisi Ukraynaya uçan amerikan hərbçilərini həbs etdi, onların baqajından pistoletlər və M-16 avtomatları çıxdı. Mətbuat Lvov aeroportuna qonmuş ABŞ-ın dörd Black Havk döyüş vertolyotlarının şəkillərini dərc etdi. O cümlədən, mətbuata NATO üzvü olan Avropa ölkələrinin Ukraynaya silah-sursat ötürməsi barədə informasiyalar sızdı. Həmin məsələyə reaksiya verən NATO-nun baş katibi Yens Stoltenberqin münasibəti maraq doğurur: “Qanuni hökumətə silah vermək başqa məsələ, ona qarşı vuruşan separatistlərə silah vermək başqa mələsə”. Yaxşı. Olsun. Bəs onda Qərbin Suriyada qanuni hökumətə qarşı vuruşan ekstremistlərə silah verməsinə nə ad verək? Bəs onda niyə Qərb Rusiyanın Suriyada qanuni prezidentə kömək etməsini “münaqişəyə müdaxilə” adlandırır? İkili standartlar burda da rol oynayır. Bəşər Əsədin sözləri ilə desək, “sizi vuranda terror olur, bizi vuranda demokratiya”.
Türkiyə ordusu qanunsuz olaraq İraq ərazisinə soxulanda ABŞ-ın vitse-prezidenti Co Bayden Türk qoşunlarını tərifləyərək dedi ki, “onlar İraqa sülh gətirirlər”. Bilirsizmi nətərdi? Türkiyə ordusunun İraq ərazisinə soxulması işğal deyil. Türkiyə ərazisinə daxil olan təyyarəni vura bilər, ona görə ki onun ərazisi toxunulmazdır. Amma bu İraqa aid oluna bilməz, çünki Türkiyə ordusu orada qoca arvadlara yolu keçməyə kömək edir, ağacda ilişib qalan pişikləri xilas edir, maşın vuran itləri müalicə edir. Əgər sən ABŞ-a muzdurluq etməyi öhdənə götürmüsənsə, səninçün hər şey keçərlidir.
Küveyt Xarici İşlər Nazirlliyi şokedici bəyanat verərək bildirdi ki, İŞİD-ə silah-sursat Ukraynadan gəlir. Bu bəyanat o qədər də böyük ictimai rezonans doğurmadı, belə ki İŞİD terror təşkilatı ilə müasir Ukrayna dövlətçiliyi ideologiyaları arasında yetərincə ümumi cəhətlər vardır. Vahhabi terrorçuları İraq və Suriyada qədim tarixi abidələri məhv etdikləri kimi, Ukraynadadkı “Sağ sektor”un fanatikləri də Sovet dövrünə aid abidələri yerli-yeksan edirlər. İŞİD terrorçuları İraq və Suriyanın şiə əhalisini qırdıqları kimi, Ukrayna millətçiləri də Donetsk və Luqanskda pravoslav əhalini məhv etməkdə qərarlıdırlar. İŞİD radikalları qurduqları xəlifətdə yaşamaq istəməyənləri kafir elan etdikləri kimi, Ukrayna radikalları da Avropaya qoşulmaq istəməyənləri düşmən elan etmişlər. Təsadüfidirmi? Mahiyyətə baxanda görürük ki, hadisələr eyni məcradan idarə olunur. Şərqdə şiələr hədəf seçildiyi kimi, Qərbdə də pravoslavlar hədəf seçilmişdir. Genosid planı eyni mərkəzdə hazırlanıb və eyni instruksiyalar əsasında aparılır.
Ukraynada çevrilişdən cəmi bir neçə gün sonra artıq neonasist qruplar hakimiyyət koridorlarında görünməyə başladılar. İlk olaraq rus dilinin qadağan edilməsi məsələsi qaldırıldı. Ruslar işğalçı və özgə xalq elan olundular. Ökənin cənub-şərqində yaşayan əhalinin maaş və pensiyaları kəsildi. Rusdilli əhaliyə qarşı hərbi güc tətbiq olundu. Bir azdan kütləvi genosid başlandı. Proseslər Amerikanın pərdəarxasından dirijorluq etdiyi qanlı hadisələrlə müşayiət olundu. Ukrayna əsgərlərinə təlim keçməyə gəlmiş ABŞ hərbi instruktorlarından biri olan serjant Devud Dzuik mətbuat səhufələrinə düşmüşdür. Onun hədəf kimi istifadə etdiyi nişangahların adı “İvan” idi. O Ukrayna əsgərlərinə “İvan”ları- rusları necə öldürmək lazım olduğunu öyrədirdi. Simvolikalarında faşist nişanlarından gen-bol istifadə edən “Azadlıq” partiyası və “Azov” batalyonu kimi neonasist hərbi birləşmələrin rusdilli əhaliyə qarşı törətdiyi cinayətlərlə youtube kanalı doludur. Adi vaxt demokratiyadan dəm vuran ABŞ hökuməti həmin neonasist qruplaşmaları qınamaq əvəzinə “Ukraynadakı neonasist qruplaşmalarının bundan sonra da dəstəklənməsi” haqqında qanun layihəsini Konqressə təqdim etdi. Genosid nəticəsində ölkənin cənub-şərqində yaşayan 5 min rusdilli əhali uşaqlı-böyüklü məhv edildi. Krımın Rusiyaya birləşdirilməsi isə Krımdakı əhalini həmin taledən xilas etmiş oldu.
Bütün bunlar barəsində Qərb mətbuatında bircə kəlmə də deyilmədi, əvəzində isə “Rusiya ordusunun Ukraynaya soxulub ölkənin şərqindəki rusdilli əhalini qırması” haqqında isterika qaldırıldı. Heç kim soruşmadı ki, bəs onda niyə Donetskdə dinc sakinlərin başına yağdırılan raketlər Rusiya istiqamətindən yox, Ukrayna tərəfdən atılır?! Rusiya qaniçəndirsə, niyə qaçqınlar Ukraynaya yox, Rusiyaya qaçır? ABŞ, Kanada və digər NATO ölkələri Ukraynaya hərbi konsultantlar, silah-sursat, “Xammer” döyüş cipləri göndərdiyi halda Rusiya ora humanitar konvoylar göndərirdi, aclıqda olan xalqı mütəmadi olaraq ərzaq ilə təmin edirdi. Hadisələrin sonrakı axarı da göstərdi ki, ABŞ-ın məqsədi özünün dediyi kimi, “Ukrayna xalqının iradəsinin demokratik izharı” deyil, öz qlobal hegemonluğunu təmin etməkdir.
ABŞ-ın xarici siyasəti məlum Vulfoviç doktrinasına söykənir. Həmin doktrina aşağıdakı prinsipləri özündə ehtiva edir: “Bizim əsas vəzifəmiz- istər keçmiş SSRİ ərazisində, istər başqa yerdə olsun, mövcud Dünya Nizamına təhlükə törədəcək yeni rəqiblərin meydana çıxmasının qarşısını almaqdır. Qərbi Avropada, Şərqi Asiyada, keçmiş SSRİ ərazilərində, eləcə də Cənub-Qərbi Asiyada hansısa regional gücün dominasiyasına imkan verməməliyik. Nəhəng resurslar üzərində nəzarət həmin gücü qlobal oyunçuya çevirə bilər. Bu yanaşma, yeni regional müdafiə strategiyamızın əsasını təşkil etməlidir”. Başqa sözlə, Vaşinqtonun məqsədi nə demokratiya, nə də ədalət, nə insan haqlarının qorunması, nə sülh, nə də inkişaf deyildir- ABŞ-ın əsl məqsədi dünya hegemonluğunu qoruyub saxlamaqdır. Ukraynada baş verən hadisələrə də məhz belə nöqteyi-nəzərdən baxmaq lazımdır.
Amerikalı miliyarder, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros Ukraynanı fəlakətə sürükləmiş həlledici fiqurlardan biridir. Çevrilişdən sonra onun prezident Poroşenko ilə elektron yazışmaları ortaya çıxdı. Bu yazışmalarda Soros və Poroşenko ABŞ istehsalı olan hücüm silahlarının Ukraynaya gətirilməsindən, eyni zamanda amerikalı instruktorların ukraynalı hərbçilərə təlim keçmə planlarından bəhs edirlər. Müasir dünyanın “ağaları” üçün Corc Soros “maydanların”, dövlət çevrilişlərinin və inqlabların əvəzolunmaz ustasıdır.
İranın ali dini lideri, şiələrin rəhbəri Ayətullah Xamenei Amerikanın cinayətləri haqda bunları deyir: "Əsas cinayətlərdən hansını ABŞ hakimləri törətməyib?! Onlar nə qədər milli hökumətləri devirdilər! Amerikanın cəsus təşkilatı olan MKİ Afrikada, Latın Amerikasında, Amerika qitəsində, Orta Şərqdə və Asiyada lazım bildikləri yerə nə qədər müdaxilə etdilər! Onlarla müvafiq olmayan hökumətləri devirmək üçün təxribatlar hazırladılar. Bu nümunələr çoxdur. ABŞ-ın indiki prezidenti olan cənab Buş bir zaman ölkəsinin cəsus və kəşfiyyat qurumunun başçısı olmuşdur. Özü bilir ki, orada nə işlər görmüşlər. Bəlkə də bu işlərin çoxunu onun özü etmişdir. Xalqları talamaq, onlara hücum etmək, yalan şayiələr buraxmaq, dünyaya fəsad yaymaq, hətta ABŞ-da xalqın bir çox təbəqələrini axmaq yerinə qoymaq... Bunlar ABŞ dövlət başçılarının və dünyanın digər zalım güclərinin gördüyü işlərdir. Görün Fars körfəzi haradadır, Amerika Birləşmiş Ştatları harada. Burada özlərinə maraq təyin etmişlər. Bu qədər məsafəyə rəğmən, bu regionda özləri üçün maraq tərif etmişlər. İndi bu tərifi dünyanın ağıllı, insaflı adamları, hüquqşünasları təsdiq etsinlər, etməsinlər, onlar üçün əhəmiyyəti yoxdur. Çünki heyvani güclərinə arxalanırlar. Bir neçə il bundan öncə bir ABŞ donanması Fars körfəzində İranın bir sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə hədəf seçdi, vurdu, yandırdı, suya saldı və içindəkilərin hamısını məhv elədi. Sonra etirazlar ucaldı. Dünya bu hadisədə xalqımızın haqlı olduğunu bildikdə üzr istəyib dedilər ki, bağışlayın, səhv etmişik. Qəribədir! Səhv etdiniz?! Dünyanın bugünkü gücləri arasında mövcud ənənənin əksinə olaraq, toxunulmaz olan sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə vurursunuz və sonra deyirsiniz ki, səhv etdik! Qələt edib səhv etdiniz. “Səhv etdik” nə deməkdir?! Əgər donanmanın komandiri səhv etmişdisə, bəs nə üçün mühakimə etmədiniz?! Nə üçün ona medal verdiniz?! Nə üçün müxtəlif sözlərlə yenə də xalqımıza qarşı düşmənliyinizi davam etdirdiniz?! Nə səhv?! Siz faciə törətməkdə heç zaman səhv etmirsiniz. Müstəqil xalqlar əleyhinə çirkin iş görməkdə heç zaman səhv etmirsiniz. Gedib ən çirkin və ən pis nöqtəni tapırsınız. Bu gün qlobal hegemonizm budur. Bu gün ABŞ budur. Bunlar cinayət törətməkdən çəkinmirlər”.
Tanınmış amerikan publisisti Noam Çomski yazır: “2007-ci ilin əvvəlində “Çinin hərbi gücünün genişlənməsi” haqda birinci səhifələrdə yeni məqalələr və başlıqlar dalğası getdi. Pentaqon iddia edirdi ki, Çin nüvə başlıqları ilə təhciz edilməsi mümkün olan 400 raketə yiyələnərək öz hərbi hücum potensialını artırıb. Sonra bizdə bu barədə müzakirələr gerdi: bu Çinin dünyanı fəth etməyə çalışdığını sübut edirmi, yoxsa sadəcə rəqəmlər doğru deyil və ya başqa nə isə. Amma burada kiçik bir qeyd yerinə düşərdi. ABŞ-ın nə qədər nüvə başlıqları ilə təhciz edilmiş zərbə raketi var? Məlum olur ki, 10 000. Çinin isə, aqressiv “qırğılara” inansaq,- 400. Və bu da sübut edir ki, Çin dünyanı fəth etməyə çalışır. Əgər xarici mətbuatı diqqətlə oxusaq, onda məlum olur ki, çinlilərin hərbi gücü artırmasının səbəbi təkcə ABŞ-ın sonsuz aqressivliyində deyil. Ondadır ki, Birləşmiş Ştatlar raketlərin hədəfə tuşlanması üzrə öz imkanlarını yaxşılaşdırmışdır və indi harada olmasından asılı olmayaraq onlar raket start komplekslərini daha yaxşı məhv edə bilərlər, hətta mobil raket komplekslərini belə. Və bundan sonra dünyanı fəth etməyə çalışan kimdir? Aydındır ki, çinlilər. Axı dünya bizə aiddir, onlar isə onu özlərinə tabe etməyə çalışırlar. Bunu sonsuz davam etmək olar. Sadəcə mövzu seçin. Beynəlxalq məsələlər haqda müzakirələrdə çox şeyi izah etmək üçün “Dünya bizə aiddir” sadə prinsipi kifayət edir”.
İngilis dramaturqu Harold Pinter Nobel nitqi zamanı hiddətlə bildirmişdir: “İraqa hücüm banditizm aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəyi biabırçı manipulyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirməkdir. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz “kütləvi qırğın” kimi təsnifatlandırılsın? Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu normadan çoxdur. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq Məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya etməyib. Hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm: London, Dauninq-strit, ev 10. Müharibə başlayanda Britaniya qəzetlərinin birində Bleyerin iraqlı körpəni qucağına alıb üzündən öpməsi şəkli verilmişdi. Bir neçə gün sonra isə həmin qəzetdə evlərinə mərmi düşməsi nəticəsində iki qolunu itirmiş uşaq şəkli adamı dəhşətə gətirirdi. Məhv olmuş ailədən sağ qalan bu uşaq bizə “Mənim nə vaxt qələmim olacaq?” sualını verir. Bu körpəni Bleyer qucağına götürmür, ona nəvaziş göstərmir, çünki qalstuku və köynəyi qana bulaşar”.
Rusiya lideri Vladimir Putin isə deyir: “Xalqları azad edəcəyik və demokratiya gətirəcəyik iddiası ilə hər yerə hərbi müdaxilə etmək hüquqa ziddir və səmimi söyləmələr də deyil”. Əgər ABŞ öz hegemonluğunu saxlamaq üçün müharibə yoluna əl atırsa, hansısa ölkəyə yeri gəldi-gəlmədi basqın edirsə, dünya buna susmalıdır. Xalqların bir-birinə yaxınlaşmasını da ABŞ öz hegemonluğu üçün təhlükə kimi görür. ABŞ prezidentinin keçmiş məsləhətçisi Zbiqnev Bzejinski açıq-aşkar bildirirdi ki, Rusiya və Almaniyanın sıx və effektiv əməkdaşlığı amerikan hegemoniyasına təhlükə törədir, belə ki regionda nüfuzlu güc mərkəzi yaranır. Ukraynada təşkil olunmuş dövlət çevrilişinin bir məqsədi də bu iki ölkə arasında sədd yaratmaq və onların əməkdaşlığına son qoymaq idi. ABŞ-ın hiddətlənməsinin digər səbəbi isə beynəlxalq transmilli maliyyə elitalarının qurduğu Dünya Hökuməti adlı quruma dəvət alan Rusiyanın bundan imtina etməsi olmuşdur. Rusiya Şər düşərgəsində yer almadı. 2007-ci ildə Münhen konfansında etdiyi çıxışda Putin təkqütblə dünyanın qurulmasının təhlükəli olduğunu bildirdi və bununla Qərb elitasını şoka saldı. Putin dedi: “Təkqütblü dünya nə deməkdir? Yalnız bir gücün hökmranlıq etdiyi bu cür sistem həm ona daxil olanlar üçün, həm də elə o gücün özü üçün də ölümcüldür. Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur, bildiyiniz kimi, demokratiya azlığın da maraq və fikirlərinin nəzərə alındığı çoxluğun hakimiyətidir. Rusiyaya zaman-zaman demokratiya dərsi keçirlər, amma bu dərsi keçən ölkələrin özləri tamam başqa prinsiplərlə yaşayırlar. Təkqütblü dünya modelinin qurulmasını müasir dünyada nəinki qeyri-münasib, həm də qeyri-mümkün hesab edirəm”. Həmin sözlərdən sonra Rusiya liderinə qarşı diskreditasiya kompaniyası daha da şiddətləndi.
ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından sayılan Bzejinski 2009-cu ildə demişdi: “Bu krizis nə 2010, nə 2012, nə də 2015-ci ildə bitməyəcək… Bu krizis biz öz hədəfimizə çatmayınca bitməyəcək. Vahid Dünya Hökuməti- bizim hədəfimiz budur. Bu krizis deyil, mənim əzizlərim,- bu idarə olunan xaosdur. Biz əvvəlcə cəmiyyəti lazım olan hala gətirməliyik. Bunun üçün iqtisadi paraliçdən də artıq bir vəziyyət- bütün dünyanı başına götürmüş müharibələr, aclıq və epidemiyalar lazımdır”.
Yeni yaranacaq Dünya Düzənində demokratiyaya nə dərəcədə yer ayrıldığı yəhudi bankiri Devid Rokfellerin mətbuat üçün açıqladığı aşağıdakı fikirlərdən də aydın görünür. Yəhudi bankiri deyir: “Biz ictimai diqqətin mərkəzində olsaydıq, son illərki dünyəvi planlarımızı hazırlaya bilməzdik. Dünya daha da incəlib və Dünya Hakimiyyətini qəbul etmək halına gəlib. İntellektual elitanın və dünya bankirlərinin transmilli hakimiyyəti, sözsüz ki ötən yüzillərdə təcrübədən çıxmış milli özünüidarəetmələrdən daha da cəlbedici olub”. Başqa sözlə, dünya idarəetməsi qanımızı içən, xalqları sələmə otuzduran bankirlərin əlinə verilir. Özünüz deyin: bankirlərin idarə etdiyi sistemdə hansı demokratiyadan, insan hüquqlarından və ya xalqın rəyindən danışmaq olar?!
“21-ci əsrdə sosial yönümlü dövlətlərə yer yoxdur”. Niderland kralı Villem-Aleksandr ölkə parlamentindəki çıxışı zamanı açıq-aşkar elan etmişdir ki, sosial dövlətlər erasına son qoyulur. O, bildirmişdir ki, insanlar öz gələcəklərinə, sosial və maliyyə təhlükəsizliklərinə görə özləri məsuliyyət daşımalıdırlar, dövlət yox! Kral milli televiziya ilə göstərilən müraciətində deyir: “21-ci əsrdə daha sosial dövlət olmayacaq”. Yəni, xalqın qayğısına qalan dövlət olmayacaq. Onun fikrincə, dövlətin xalqın qayğısına qalması erası artıq arxada qalmışdır. Kralın sözlərinə görə, sosial dövlətçiliyin yerinə “aktiv iştirak cəmiyyəti”, yəni insanların gecə və gündüz bir tikə çörək üçün əlləşdiyi cəmiyyət yaradılacaq. Fikirlərini gözəl sözlərlə bəzəyən Avropanın ən gənc monarxı göstərir ki, bundan sonra insanlar öz qayğılarına özləri qalmalı və dövlətə ümid etməməlidirlər. İnsanlar passiv olmamalı, “yaşamaq üçün bir-biri ilə aktiv ünsiyyətə girməlidirlər”. Yəni insanlar gecə-gündüz özünə iş yeri axtarmalı, öz yaşamını təmin etmək üçün canfəşanlıq göstərməlidirlər. Bax Beynəlxalq Bank Faşizminin bizim üçün nəzərdə tutduğu tale xətti budur: bir tikə çörək üçün çabalamaq!
Kralın sözlərindən aydın olur ki, “aktiv iştirak cəmiyyəti” adı verilmiş gələcəyin mübarək cəmiyyətində sosial sığorta təminatı və pulsuz tibbi xidmət kimi “xırda” məsələlərə yer qalmayacaq: “20-ci əsrin ikinci yarısına aid ümumxalq rifahı güdən sosial yönümlü klassik dövlətçilik hal-hazırda bu sferaları dəstəkləmək iqtidarında deyildir”. Xatırladaq ki, “aktiv iştirak cəmiyyəti” artıq Avropada qurulmağa başlanmışdır: işsizliyə görə verilən müavinət və səhiyyə subsidiyaları kəskin endirilmiş, pensiya yaşı 67-yə çatdırılmışdır. Bir sıra regionlarda qocalara qulluq, gənclərə xidmət və iş yerini itirdikdə kvalifikasiyanı dəyişmək üçün ayrılan xərclər dövlətdən ayrılaraq yerli bələdiyyələrin boynuna qoyulmuş, bu da “yerli şərtlərə adaptasiya” kimi gəlişigözəl sözlərlə bəzədilmişdir.
Beləliklə, dövlət xalqın qayğısına qalmaqdan kənarlaşdırılır. Cəmiyyətin sosial və maliyyə təhlükəsizliyinin qorunmasında dövlətin rolu minimuma endirilir. Açıq-aşkar xalqın nəzərinə çatdırılır ki, daha havayı pendir olmayacaq, başınıza çarı qılın. Avropada olan az-çox rufah SSRİ ilə rəqabətə görə yaradılmışdı. Sosialist düşərgə ilə mübarizə kapitalistləri məcbur edirdi ki, büdcə işçilərinin və fəhlələrin həyat şərtlərini yaxşılaşdırsınlar və yüksək maaş versinlər. Əks təqdirdə xalqlar sosialist düşərgəyə meyllənəcəkdilər, SSRİ-dəki kimi həyat şəraiti istəyəcəkdilər, narazılıqlar baş qaldıracaqdı, inqilablar olacaqdı. Avropada xalqın həyat şəraitini yaxşılaşdırmaqla, sosial durumunu gücləndirməklə bir növ yerli kommunst partiyaların sosial bazasnı zəiflədirdilər. İndi isə SSRİ yoxdur, xalqların öz həyat şəraitlərini müqayisə edəcək sistem yoxdur, odur ki xalqın başına nə oyun istəsən gətirmək olar. Beynəlxalq kapital artıq SSRİ və sosialist düşərgə kimi xarici motivatorlardan yaxa qurtarmışdır, odur ki cəmiyyətin rifahının yaxşılaşdırılması kimi lazımsız məsələlərə ayrılan artıq-urtuq xərclərdən də yaxa qurtarmaq olar. İndi qətiyyətlə xalqa demək olar ki, bizim sizə verəcəyimiz bir şey yoxdur, gedin başınıza çarə qılın. Onlar “əsl sosializm Qərbdə yaradılmışdır” kimi liberal mif yaratmışdılar. İndi həmin mifin dağılmasının şahidi oluruq. Beynəlxalq Bank Faşizmi artıq öz yeni restavrasiya layihəsinə start vermişdir və sosial yönümlü dövlətlərdə əsl kapitalist qayda-qanunları bərqərar etmək istəyirlər.
Bu yerdə yenə fəhlənin iş saatını 2 saata endirmək istəmiş, “dövlət xalqın qulluğunda olmalıdır” konsepsiyasının qatı tərəfdarı Stalin yada düşmür. Liberalların qatı düşməni olan bu xalqçı lider yazırdı: “Mənə təsəvvür etmək çətindir ki, ac, işsiz bir insanın necə “şəxsi azadlığı” ola bilər? Həqiqi azadlıq ancaq istismarın ləğv olunduğu, bəzi insanların digərlərinə zülm etmədiyi, işsizlik və dilənçiliyin olmadığı yerdə ola bilər. O yerdə ki, insanlar sabah işini, evini, çörəyini itirəcəyindən əsməsinlər. Ancaq belə cəmiyyətdə kağız üzərində deyil, həqiqi şəxsi və digər hər cür azadlıq mümkündür”.
SSRİ dağıldı, aparıcı siyasi xadimlərin və işgüzar dairələrin nümayəndələrinin öz şəxsi mənafelərinə xidmət edən, lakin cəmiyyət üçün təhlükəli olan qərarlar qəbul etmələri daha heç kimi şoka salmır. “Azad bazar” var, nə qədər istəyirsiniz orda fırlanın. Neftə, qızıla və ikraya dərməyin, bunlar sizlik deyil, İsrail müəllimlikdir. Vətəndaşlar ölürlər, azalırlar? Hə, nə olsun! Dövlət üçün qayğısına qalacağını öhdəsinə götürdüyü xalq daha yoxdur. Rafiq Tağı demişkən, insanların qırılmamağa ixtiyarları çatmır, onların qırılmasına Konstitusiya icazə verir. Əhalinin böyük əksəriyyəti bir qrup adamın sabahkı firavan həyatını təmin etmək üçün işləyirlər.
Təbliğat böyük gücdür. Tanınmış ABŞ senatoru Con Makkeyn əbəs yerə demirdi ki, Rusiyanı bizim toplarımız yox, təbliğatımız çökdürməlidir. Bu gün Putin liberal dünya mətbuatının hədəfinə çevrilib. Qlobal Prediktorun dirijorluğu ilə onu qara fonda göstərməyə çalışırlar. Çünki Putin xalqı sələmçilərin əlinə vermədi. O təkqütblü dünyaya yox dedi. Yəhudi bankirlərin Yeni Dünya Düzəni layihəsini alt-üst etdi. O tam fərqli yol tutdu. Buna görə də Putinin öz xalqı tərəfindən sevilməsi və düşmənlər tərəfindən hədəfə alınması təəccüblü deyildir. Qərbyönümlü siyasətçilərdən fərqli olaraq o (qoy) xalq(lar)ın mənafeyini və gələcəyini üstün tutdu.
Hal-hazırda İspaniyada yaşayan litvalı yazıçı, dünya siyasətinin pərdəarxası barədə dəyərli araşdırmalar müəllifi Deniel Estulin yazır ki, 2012-ci ilin may ayında keçirilən Bilderberq konfransında da əsas mövzu Vladimir Putinin yaratdığı başağrılar olmuşdur; Putin İrana hücum edilməsinə əngər törədir, Suriyada “normal” müharibə getməsinə mane olur, Rusiyanın amerikan hərbi bazaları ilə mühasirəyə alınmasına qarşı çıxır və öz ölkəsinin tam dövlət suverenliyinin bərpasına israrlıdır. Təkcə Krımın ilhaq olunması regionda ikinci İudeya (İsrailin ehtiyat variantı) yaradılması planını alt-üst etmişdir. Konfrans iştirak edən masonlardan biri hiddətlə demişdir: “Putin sözsüz ki dünya səhnəsində bizim planlarımızı alt-üst edən qorxunc opponentdir”. Bilderberq klubunu qəzəbləndirən və işini çətinləşdirən əsas detal o olmuşdur ki, Putin “Rusiyanın milli maraqlarını möhkəmləndirir və qoruyur”! Beləliklə, dünya ağalarının yığışdığı Bilderberq klubu Putinin hakimiyyətdən kənarlaşdırılması barədə qərar vermişdir. Mətbuatın Putini qaralamasının arxasında da Bilderberqdən gələn həmin əmr durur.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyir: “Rusiya Federasiyası- öz müstəqilliyi, motivləri və tam dirçəlmək hüququ ilə qürur duyan ölkənin özünü necə aparmalı olduğuna parlaq bir nümunədir”. Bu gün Rusiya cəmiyyətinin 89 faizi Putin strategiyasını dəstəkləyir və ona kult kimi baxır. Bu, əlbəttə ki Qərb hakim dairələrini narahat etməkdədir. Media vasitəsilə Stalin kimi Putinin də qara obrazını yaratmağa çalışırlar. Xalqçı liderlər gözdən salınır. Rusiya rəhbərinin diskreditasiya olunması üçün kompaniya şiddətlə davam etdirilməkdədir. Bu işə milyonlar xərclənir. Onların əsas narahatçılığı Putinin keçmiş Sovet respublikalarını yenidən birləşdirmək niyyəti, təkqütblü dünyaya alternativ Avrasiya Birliyi yaratmaq əzmidir. Onda sionizmin caynaqları altında inildəyən xalqlar əldən çıxacaq, ABŞ-ın koloniyasına çevrilmiş Azərbaycan kimi ölkələrdə sərvətləri rahatca talamaq mümkün olmayacaqdır. Məhz bu səbəbdən Putinin Avrasiya Birliyini “işğalçılıq maraqlarına görə” yaratmaq istədiyi haqda piar aparılmaqdadır. Krımın Rusiyaya birləşdirilməsi işğal aktı kimi səciyyələndirilir, amma Krımın 1758-ci ildən Rusiyanın tərkibində olması, 1954-cü ildə Xruşşov tərəfindən Ukraynaya verilməsi faktının üstündən sükutla keçilir. Son 250 ərzində Rusiyanın Krımda daim hərbi flotu olub. Hətta Ukrayna ilə yeni müqaviləyə əsasən, Rusiya Krımda 25 minlik hərbi kontingent də saxlaya bilərdi. Krım əhalisinin 70 faizinin Rusiyada qohumları vardır, 40 faiz rusiyalının isə Krımda qohumları vardır. Referendumda 96 faiz əhali Krımın Rusiyaya birləşdirilməsinə səs verdi. Hətta ABŞ-ın keçmiş prezidenti Cim Karter bildirdi ki, birləşmə “Krım sakinlərinin istəyi əsasında” baş vermişdir. Qatı antirus mövqei ilə tanınmış “Forbs” jurnalı belə bir etiraf etdi: “Anneksiyanın üstündən bir il ötəndən sonra yerli əhali Kiyevi yox, Moskvanı üstün tuturlar”. Beləliklə, Rusiya tarixi torpağı olan Krımı yenidən özünə birləşdirmişdir. Belə birləşməni işğal adlandırmaq yalnız iudey propoqandası nəticəsində beyni iltihabına məruz qalan zombilərin işi ola bilər.
Amerikadan olan antiqlobalist aktivistlər də qeyd edirlər ki, Rusiyanın Şər obrazını yaradılması məhz ABŞ hökumətindən qaynaqlanır. Nyu-Yorkda Amerikanın transmilli şirkətlərinin və maliyyə institutlarının maraqlarına görə aparılan müharibələrə, o cümlədən KİV-lərinin cəmiyyətə ziyanlı təsirlərinə qarşı keçirilən mitinqdə iştirak edən aktivistlər Si-En-En və digər populyar kanalları ABŞ-ın xarici ölkələrdə apardığı müharibələri dəstəkləməkdə günahlandırmışlar. “ABŞ hökuməti Rusiyanın Şər obrazını yaratmağa çalışır. KİV-lər hökumətin həmin dəsti-xəttini yeridir. Si-En-En, Foks, Nyu-York Tayms eyni işi görürlər”- bu sözləri amerikalı aktivist Nik Maniaçe demişdir. Beynəlxalq Fəaliyyət Mərkəzinin əməkdaşı Bill Dores bildirmişdir: “ABŞ bütün dünyada müharibə aparır. Həmin müharibələrin yeganə baiskarı bank və korporasiyalardır. Onlar öz maraqlarına görə müharibələr təşkil edirlər və istənilən üsulla dünya iqtisadiyyatının mərkəzində qalmaq istəyirlər”. Bu sözlər isə mitinqdə çıxış edən Beynəlxalq Dəstək Mərkəzinin təsisçi direktoru Sara Flandersə məxsusdur: “ABŞ hökuməti öz təsir dairəsini genişləndirməyə çalışır. Bütün bu müharibələr ABŞ-ın təsir dairəsinin genişləndilirlməsi üçün aparılır. NATO-nun genişləndirilməsi- özü-özlüyündə bir cinayətdir”.
Qərb dairələri nədənsə Ukraynada baş verən çevrilişdə ABŞ-ın rolundan danışmağı sevmirlər. Onlar narıncı inqilabı xalq çevrilişi kimi təqdim etməkdə maraqlıdırlar. Ölkənin qanuni prezidenti Yanukoviçin silahlı üsyan nəticəsində devrilməsi barədə susurlar, amma “Rusiyanın Krımı işğalından” ağız dolusu danışırlar. ABŞ dövlət katibi Viktoriya Nuland həmin çevrilişə qeyri-hökumət təşkilatları vasitəsilə nə az, nə çox- 5 milyard pul buraxmışdı. Nəticədə Ukraynada faktiki olaraq ABŞ diqtəsi quruldu. Qanuni prezident devrilərək yerində ABŞ-ın marionetkası otuzduruldu. Hadisələrin məntiqi davamı Rusiya flotunun Krımdan qovulmasına, Rusiya hərbi gəmilərinin Qara dəniz və Aralıq dənizinə çıxışının bağlanmasına gətirib çıxacaqdı. Bu isə ABŞ-ın regionda tam ağalıq etməsinə, İsrailin Şərqdə yeganə söz sahibi olmasına gətirib çıxaracaqdı. Şərq xalqlarının qara günləri başlayacaqdı. Qoylara qarşı çoxdan planlaşdırılan qlobal genosid həyata keçiriləcəkdi. Şiələrin sonu gələcəkdi.
Səudiyyənin vahhabi rejimi tərəfindən ölkənin şiə şeyxi Nimru əl-Nimru edam ediləndə Avrasiya Hərəkatının lideri, professor Aleksandr Duqin bildirdi: “Şiələrlə həmrəylik, Suriyada, İraqda, Yəməndə, Bəhreyndə- ümumiyyətlə, hər yerdə şiələrlə birgə ümumi düşmənə qarşı döyüşmək biz rusların borcudur. Rus-şiə alyansı sadəcə geopolitika deyildir- bu dini tiplərin dərin qohumluğudur. Səudiyyənin amerikan rejimi məhv edilməlidir! Bu- Avrasiya fətvasıdır! Şəhid şeyx Nimru əl-Nimruya eşq olsun!”
Rusiya artıq Yaxın Şərqdə artıq öz seçimini etmişdir. Şiəlik və vahhabilik arasındakı qlobal qarşıdurmada Rusiya şiəliyin yanında yer almışdır. Vahhabilik- Yer üzünə Şərin növbəti missiyasını yerinə yetirmək üçün gəlmiş İblisdir. Qərb kəşfiyyat orqanları tərəfindən ərsəyə gətirilmiş və dəstəklənən vahhabilik bütün dünyaya xaos və ekstremizm yaymaqdadır. Vahhabilərin ideologiyası onların şüursuz sektasına qoşulmayanların total genosidindən ibarətdir. Geopolitik və ideoloji planda onlara qarşı məhz şiələr dirəniş göstərirlər. Gücümüz də ondadır ki, Rusiya şiə dünyasını seçmişdir və dəstək veməkdədir.
Ey şiələr, Rus ordusu daima sizə kömək etdi. Özünüz hiss etsəniz də, etməsəniz də, Rus QRU-su ən çətin anlarınızda sizin yanınızda oldu! Amerikan imperializminə qarşı yapdığınız o müqəddəs mücadilə məhz rusların dəstəyi sayəsində ərsəyə gəldi. O mücadilə daim Rus dünyasının gözlə görünməyən şüalarından qidalandı. Rusun təhlükəsizlik çətiri daim sizin başınız üstünüzdə oldu. İndi də Rusiya kosmik sputnikləri, bombardmançı aviasiyası, Aralıq dənizi hövzəsində cəmləşmiş döyüş gəmiləri, qanadlı raketləri ilə sizin ixtiyarınızdadır. Suriya desantçısının dediyi kimi: “Rus təyyarələrinin uğultusu- bizim qələbə nəğməmizdir”. Rusiya Müdafiə Nazirliyi sizə qarşı uzanmış əlləri kəsməklə məşğuldur. Nə qədər ki, Rusiya qüdrətli olacaq, Rus ölkəsinin rəhbəri dünyanın ən nüfuzlu xadimi qalacaq, vəziyyət belə də davam edəcək: ruslar şiələrin Yer üzündə etibarlı dayağı olacaq! Ona görə də hamıdan çox məhz siz Rus ölkəsinin həmişə ayaqda olmasını arzulamalısınız! Nə qədər ki Rus güclü olacaq, Siz də olacaqsınız! Yer üzündə sülh və əmin-amanlığın qarantı olan böyük Rus xalqı üçün dualarınızı əsirgəməyin!
Mitropolit İoann Snıçev deyir: “Rusiya demək olar ki dünya şərinin triumfal təcavüzünün qarşısını ala bilən yeganə maneə olaraq qalıb”. Rus olmasaydı, xərçəng kimi dünyaya yayılan İsraili durdurmaq mümkün olmayacaqdı. Rus olmasaydı, İŞİD bəlasını Şərqdən qovmaq alınmayacaqdı. Rus olmasaydı, amerikan imperializminin qoy xalqların kökünü kəsmək planı dayandırılmayacaqdı. Bu gün ruslar şiələrlə birgə ön cəbhədədirlər. Putinin dediyi kimi, “bu gün Moskva Allah şəhəri və yeni paqanizmə qarşı əks-reformasiyanın komandanlıq postudur”. Deyin, Yer üzündə günü-gündən artan və şaxələnən sionizm və vahhabizm kimi qlobal təhlükələrin qarşısını kim ala bilər? İranın səyləri yetərincədir, amma hər tərəfdən blokadaya salınmış İran Qlobal Prediktora qarşı nə edə bilər ki? İranı dəstəklədiyiniz kimi, Rusiyanı da dəstəkləməlisiniz. Terrorun qarşısının alınmasında biz də Rusiyanın yanında mövqe tutmalıyıq. Heç olmasa informasiya müharibəsində Rusiyaya dayaq olmalıyıq.
Rusiyalı jurnalist Dmitri Kiselyovun dediyi kimi, İŞİD ilə müharibə aparan Rusiya artıq dördüncü dəfədir ki, dünyanı xilas edir: “Rusiyanın hərbi tarixi bütün dünyanın tarixi ilə əlaqədardır. Mənim fikrimcə, biz hətta indi Suriyada dördüncü dəfə Avropanı xilas etmiş oluruq. Birinci dəfə monqollardan, ikinci dəfə Napoleondan, üçüncü dəfə Hitlerdən, indi isə İŞİD-dən xilas etmişik”.
Xeyir imperiyası var, şər imperiyası var. Bunları qarışdırmaq lazım deyil. Ona qalsa Azərbaycan qədimdə imperiya olub. Qədim dövlətlərin çoxu elə imperiya olub, xalqlar da elə o imperiyaların təhlükəsizlik çətiri altında yer aldıqlarından sülh və əmin-amanlıq içində yaşayıblar, sağ qalıblar. İmperiya olmasa yaşayış olmaz. Amerika şər imperiyası, Rusiya isə xeyir imperiyasıdır. Amerikanın yanında olmaq- şərin yanında olmaq, Rusiyanın yanında olmaq isə- xeyirin yanında olmaqdır. Seçim sizindir.
Keçmiş ABŞ konqresmeni Ron Pol deyir: “Mən belə fikirləşirəm ki, ruslar ayıldılar. Nəinki ayıldılar, həm də üstlərindən keçmişin bütün külünü çırpdılar. Qorbaçov, Yeltsin kimi satqın siyasətçiləri arxada qoydular və yenidən yaşamağa başladılar. Baxın, Krımda gördüyümüz yeni ordu nəyə desən dəyər! Ruslar birlik və mütəşəkkillik nümayiş etdirirlər. Bütün yarımadanın təhlükəsizliyini bircə güllə də atmadan təmin etdilər, necədir sizinçün? Mən əminəm, NATO və Pentaqonun ştab generalları indi oturub, hesabatlarla dolu kağızları qarşılarına töküb baş sındırırlar ki, bütöv bir region onların əlindən necə çıxdı? Bilirsinizmi, mən Putinin öz ölkəsində vətənpərvərlik ruhunu qaldırmasını alqışlayıram. Mən əminəm ki, ruslar əvvəlki əzmlərinə qayıdacaqlar. Mən Sovet İttifaqından danışmıram, Rusiya İmperiyasını nəzərdə tuturam”. Bu gün Rusiya imperiya kimi yenidən dirçəlməkdə və şaxələnməkdədir. Bu möhtəşəm dövlət yenidən Yer üzünə asayiş gətirir, bəşəriyyətdə şərdən müdafiə immuniteti yaradır. İŞİD və beynəlxalq terrorizm Şərqdə məhv edilməsə, qoy xalqların həyatı cəhənnəmə çevriləcək. Ruslar vahhabi terrorizminin kökünü Şimali Qafqazda kəsdilər, indi də qaniçənlərə qarşı bütün dünya miqyasında mübarizə aparmaq əzmindədirlər. Özünü Putinin pexotası adlandıran Çeçenistan lideri Ramzan Kadırov deyir: “Biz 10 minlərlə vahhabini Çeçenistanda məhv etdik, baş qaldırdıqları başqa yerlərdə də məhv edəcəyik! Biz dünyanı bu əclaflardan təmizləməyi özümüzə xoşbəxtlik bilirik”. Həmin mücadilədə biz də rus qardaşlarımızın yanında yer almalıyıq.
Suriya prezidenti Bəşər Əsəd deyir: “Putin nəinki Suriyanı, bütün yaxın Şərqi xilas etdi”. Baxın, Rus ordusunun gəlişi Suriya xalqının necə sevincinə səbəb oldu! Xilaskar Rus ordusu Krımda olduğu kimi, Suriyada da şadlıqla qarşılandı. Xalq əlində “Böyük Rusiya”, “Xilaskar Putin”, “Çar Putin” plakatları ilə küçələrə töküldü. Konfliktin ilk günündən suriyalılar Rusiyanın məsələyə müdaxilə etməsini arzulayırdılar. ABŞ, İsrail və Türkiyə müqəddəs üçlüyünün dəstəklədiyi İŞİD terror təşkilatı artıq ölkənin çox hissəsini tutmuşdu. Ələvilərin, şiələrin və xristianların kütləvi genosidi gedirdi. Rusiya ordusu Suriya hökumətinin çoxsaylı müraciətlərindən sonra Suriyaya gəldi. Necə olur ki, ABŞ, İsrail, Türkiyə, Səudiyyə Suriyaya qanunsuz müdaxilə edəndə, ordakı terrorçulara həm maddi, həm əsgəri yardım göstərəndə, hətta BMT səviyyəsində dəstəkləyəndə yaxşı olur, amma Rusiya müdaxilə edəndə pis olur? “Nəyə görə Suriyadakı proseslərə amerikanlar qarışa bilər, fransızlar qarışa bilər, amma ruslar qarışa bilməzlər?”- Suriyanın əsas aparıcı partiyası BAAS-ın rəhbəri Xiləl Əl-Xiləl hiddətlə bildirir. “Rusiya 1973-cü ildə İsrail ilə müharibə zamanı da bizə silahla kömək edirdi, indi də edir”- o belə demişdir.
Rusiya ordusu Suriyaya iki ölkə arasında olan Dostluq və Qarşılıqlı Yardım Müqaviləsinə əsasən və Dəməşq hökumətinin birbaşa dəvəti ilə girmişdir. Rus hərbçilərinin orada olması İŞİD və digər terror qruplaşmalarına qarşı mübarizədə Suriya xalqına kömək etməklə bağlıdır. Rus hərbçiləri suriyalılara hərbi texnikanın sirlərini öyrətdi və onları antiterror əməliyyatlarında iştirak üçün hazırladılar. Suriya xalqına köməyə gələn ruslar və iranlılar müştərək hərbi bazalar yaratdılar. Rusiya təyyarələri gecə-gündüz ölkəyə hərbi təyinatlı materiallar və humanitar yardım daşıdılar. Bu daşınmalar Beynəlxalq normalara tam uyğun şəkildə, sənədlər və müqavilələr əsasında aparıldı. Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov bildirdi ki, “Liviya ssenarisi” və digər məlum faciəvi hadisələrin təkrarlanmaması üçün biz Suriya xalqına köməklik göstərməkdə davam edəcəyik.
Rusiya başa düşür ki, Suriyada başlanan vahhabi terrorunun qarşısı alınmasa, terror dalğası Qafqaza və Volqa sahillərinədək uzanacaq. Artıq Obama, Kerri, Ərdoğan və onların səudiyyəli həmkarları qurduqları planın puça uğradığını, İŞİD layihəsinə sərf etdikləri milyonların batdığını görür və hiddətlərini bildirirlər. Bəli, Ruslar Şərqə qayıdır! General Allen, Devid Petreus kimi amerikan siyasətçilər də həyəcan təbili çalmaqdadırlar: “Ruslar gəlir!”
Məhz Rusiyanın münaqişəyə qarışması Qərbin dəstəklədiyi başkəsənlərin sonunu gətirdi. Dəqiq aviazərbələr nəticəsində İŞİD-in Suriyadakı komanda punktları, təlim düşərgələri, kommunikasiya xətləri, silah-sursat və partlayıcı maddə istehsal edən sexləri məhv edildi. Düşmən yerli-yeksan olaraq qaçmağa üz tutdu. İŞİD-in pərdəarxası ağaları məyus oldular.
Bu gün xilaskar Putin Suriya şiələri tərəfindən müqəddəslərə bərabər tutulur. Suriyalılar Rusiya prezidentinə “Abu Əli Putin” deyirlər. Zeynəbiyyə şiələri Putini Heydər adlandırırlar- mənası Şir deməkdir və Həzrəti Əli əlüyhüssalamın ləqəblərindən biridir. Suriyanın bir çox şəhərlərinin girişini iki şiə lideri- ölkə prezidenti Bəşər Əsəd və Hizbullah lideri Həsən Nəsrullahın Putinlə birgə əks olunmuş plakatları bəzəyir. Suriyalılar inanırlar ki, bu üç lider müxtəlif din və konfessiyaların vətəni olan qədim Suriya torpağına sülh, dinclik və rifah gətirmişlər. Rus qoşunları Suriyaya gələndən sonra yerli əhali arasında Rusiya simvolikaları olan militarist stildə geyimlər populyarlaşmışdır. Latakiyadakı ticarət obyektlərinin bir çoxuna “Moskva” və ya “Rusiya” adları verilmişdir. Dükanların demək olar ki hamısından Rusiya bayrağı asılmışdır. Kafelərin bir çoxu ruslara endirimlə, bəziləri isə hətta pulsuz xidmət göstərəcəklərini bildirmişlər. Suriyalı sahibkarlar rusiyalı alıcılar hesabına külli miqdarda gəlir əldə etmişlər və bu ölkənin iqtisadi həyatının yaxşılaşmasına səbəb olmuşdur. “Xmeymim” hərbi bazası yaxınlığındakı Əs-Sahabi kəndində yaşayan Məhəmməd Umran deyir: “Biz rus təyyarələrinin səsinə alışmışıq. Ruslar bizə qələbəyə inam verdilər, sabahkı günümüzə ümid yaratdılar. Rusların sayəsində ölkəmizdə yaşamaq və yaratmaq imkanımız yarandı. Bax buna görə də biz rus hərbçiləri, rus hökuməti, rus xalqına minnətdarıq”.
Türkiyə öz gizli ordusu İŞİD-in məhv edilməsinə dözə bilmədi. 24 oktyabr 2015-ci ildə Türkiyə Suriyada İŞİD mövqelərini bombalayan Rusiyanın Su-24 təyyarəsini vurdu. Nəhayət ki əzəli düşmən pərdəarxasından çıxaraq reaksiya verdi. Türkiyənin bu qəzəbinin həm də beznes maraqları ilə bağlı olan özəl səbəbləri vardı. Məsələ burasındadır ki, Türkiyə yaralı, gücdən düşmüş Suriyanın neftini oğurlayıb öz ağası İsrailə ötürürdü. İŞİD-in ələ keçirdiyi neftlə zəngin ərazilərdən Türkiyənin təşkilatçılığı ilə neft daşınaraq İsrailə aparılırdı. O cümlədən Suriyanın və İraqın zəngin arxeoloji abidələri və tarixi eksponatları oğurlanaraq Qərbin yəhudi kolleksionerlərinə satılırdı. Əvəzində isə geriyə, terrorçulara silah-sursat alınır, İŞİD ordusu türk zabitləri hesabına əsgəri qüvvə ilə təmin olunurdu. Türkiyə təhlükəsizlik orqanları terrorçulara Türkiyənin Hatay bölgəsindəki NATO düşərgəsində təlim keçərək İŞİD ordusuna köməyə göndərirdi. Türkiyə hökuməti oğurluq neft satmaqla Suriya və İraq müharibəsindən nəhəng pullar qazanırdı. Rusiya Suriyaya girən kimi ilk növbədə İŞİD terrorçularının təminat və kommunikasiya xətlərini kəsdi. Türkiyəyə neft daşıyan minlərlə benzovoz maşın rus aviasiyası tərəfindən məhv edildi. Türkiyənin ənənəvi çapqınçılıq biznesinə zərbə endirildi, havayı pulların axını dayandı. Bu isə əlbəttə ki Türkiyəni- İsrailin köhnə muzdurunu qəzəbləndirməyə bilməzdi. Rus təyyarəsini vurmaq üçün ağasından icazə alan Türkiyə hərəkətə keçdi. Təsadüfi deyil ki, insidentdən bir az qabaq ABŞ və İngiltərənin dövlət nümayəndələri bir ağızdan deyirdilər ki, Rusiya Suriyaya girməyinə peşman olacaq, tezliklə vurulan rus təyyarələri haqda eşidəcəksiniz. Maraqlısı həm də budur ki, təyyarənin vurulması Fransa prezidenti Ollandla ABŞ prezidenti Obamanın İŞİD-ə qarşı koalisiya yaratmaq barədə danışıq apardıqları günə təsadüf edir. Yəqin Türkiyə bununla göstərmək istəyirdi ki, İŞİD-ə qarşı heç bir koalisiyada iştirak etmək fikri yoxdur. Ümumiyyətlə, Qərbin İŞİD-ə qarşı qurduğu koalisiya teatr səhnəsindən başqa bir şey deyil. Qərb sözdə terrorçularla mübarizə apardığını bildirsə də, əməldə terrorçulara həm maddi, mən də mənəvi dəstək verir. Əsas hədəf şiəlik olaraq qalır. Elə İŞİD-in yaradılmasında əsas məqsədlərdən biri də şiəliyin məhv edilməsi olmuşdur. Gələcək Qlobal plan Suriya, İran, Rusiya, Çin və Koreya kimi ipə-sapa yatmayan ölkələri məhv etmək olsa da, Qərb təşkil etdiyi qırğını “demokratiya”, “insan hüquqları, “tolerantlıq” kimi gəlişigözəl sözlərlə maskalayır.
Qlobal plan Rus ordusunun meydana girməsi və proseslərə dominantlıq etməsi ilə pozuldu. Əzəli düşmən Türkiyə dəfələrlə Bosfor və Dardanell boğazlarını bağlayacayını, Rusiya gəmilərinin burdan keçməsinə, Suriya və İraq istiqamətinə getməsinə imkan verməyəcəyini bildirdi. Rusiyaya qarşı belə bəyanatlar əlbəttə ki dünya ictimaiyyətində gülüş doğurmaya bilməzdi. Anlayışı olanlar bilir ki, Qara dəniz boğazlarının açarları Ankaranın yox, Moskvanın əlindədir.
Amerikaya xoş görünmək istəyən köhnənin muzduru Türkiyənin boğaz bağlamaq hədəsinə ruslar Qromıkonun köhnə sözləri ilə cavab verdilər. Bosfor boğazını rus gəmilərinin üzünə bağlayacağını ABŞ-ın sevimli satelliti hələ 1970-ci illərdə bildirmişdi. O vaxt Ağ Evə səfər edən SSRİ rəhbəri Qromıko bu məsələ barədə sual verən amerikan jurnalistlərinə belə demişdi: “Aralıq dənizinə keçmək üçün SSRİ-nin Qara dəniz flotunun cəmi 2 raket atəşi kifayətdir; nəticədə Bosfordan başqa Aralıq dənizinə daha iki keçid açılacaq, amma təəssüf ki daha İstanbul olmayacaq”. Bu sözlər türkləri eyforiyadan ayıltdı və o vaxt bu məsələ bağlı qaldı. Son hadisələr onu göstərdi ki, Rus-şiə qardaşlığının qarşısını kəsmək Türkiyə kimi marionetkanın zadı üçün deyil.
Putin Krımın Rusiyaya birləşdirilməsini “strateji qərar” adlandırmışdır. Krımın ABŞ tərəfindən işğalı bizdən şimalda yeni Xazariyyanın yaranması demək idi. NATO-nun məqsədi Krımı, 2016-cı ilə kimi isə Ukraynanın cənub-şərqini tam ələ keçirmək idi. Dalıyca NATO-nun Rostovdan keçərək Qafqaza girməsi planı gəlirdi. Rusiyanın işğalı 2018-ci ilə kimi başa çatmalı idi. Əsas hədəf Rusiyanın nüvə obyektlərinin neytrallaşdırılması idi. Rusiyanın əldə keçməsi isə Çin, İran və Şimali Koreyaya girmək üçün yol açacaqdı. Bu ölkələr nüvə potensialına malik olduqlarından, çoxdan İngiltərə və ABŞ-n hədəfindədirlər. Bakı yəhudiləri türkçülük adı altında bizi səfərbər edib İranın üstünə göndərəcəkdilər, Azərbaycan ayaq altında qalacaqdı. İngiltərə və ABŞ bütün dünyanı cənginə keçirmək üçün müxtəlif layihələr hazırlayıb, yəhudilərin idarə etdiyi böyük bir Qlobal Kənd yaratmaq istəyirlər. Krımın ilhaqı ilə Rusiya Qlobal Satanizmin bütün planlarını alt-üst etdi və önümüzdə dayanıqlı sipər yaratdı.

İbrahim Sel

avrasiya.info
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”