O icra başçısı olandan Mingəçevirdə milyonluq tenderleri bir şirkət udur — 3 MİLYON MÜƏMMASI
Gundem / Bolge
Oxunub: 1 219
10 may 2016 | 11:58
O icra başçısı olandan Mingəçevirdə milyonluq tenderleri bir şirkət udur — 3 MİLYON MÜƏMMASI











2015-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin 3 iri sifarişini eyni şirkət həyata keçirib. Amma bu şirkətin həmin sifarişlərin satınalmasını tender haqqında qanunvericiliyin tələblərinə uyğun əldə edib-etmədiyini dəqiq söyləmək çətindir. Çünki çoxsaylı axtarışlarımıza baxmayaraq, bu istiqamətdə dəqiqi bilgilər əldə etmək mümkün olmadı.

Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.

Əldə etdiyimiz məlumatlara görə, bu şirkətin qeydiyyat ünvanı Bakının Yasamal rayonunda yerləşir. Şirkət Əliyev Şamil Əli oğlunun ilə Siraclı Qeys Məmməd oğlunun adınadır.

Qeyd edək ki, hazırda şəhərə Niyazi Müzəffər oğlu Bayramov rəhbərlik edir. O, 2012-ci ildən bu postu tutur.

Maraqlıdır ki, “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz o, icra başçısı təyin edildikdən sonra almağa başlayıb. O da maraqlıdır ki, Mingəçevirdə əksər dövlət qurumlarının, müəssisə və təşkilatlarının bu və ya digər satınalmaları eyni şirkət tərəfindən həyata keçirməsinə bir növ adətkərda olublar ki, belədə həmin tenderlərin obyektivliyi, eyni zamanda sifarişlərin şəffaf və keyfiyyətli icrası şübhə altına düşür.

Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevirdəki Turizm Kolleci ötən il nə az, nə çox, düz 5 satınalmanı eyni şirkətə - “TA-10” MMC-yə həvalə edib:

Maşın və avadanlıqların satın alınması - 29.704 manat;
İnventarların satın alınması - 26.700 manat;
Cari təmir işlərinin satın alınması - 16250 manat;
Dəftərxana və təsərrüfat mallarının satın alınması - 6500 manat;
Avadanlıqların satın alınması - 11881 manat.


Onu da deyək ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin iri məbləğli tenderlərini qazanan “Tam Ortaqlı İnşaatçı” şirkətinin hər hansı internet resursu yoxdur. Bu isə həmin şirkətlə bağlı sualları bir az da artırır. (Qaynarinfo.az)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ