Yevlax səhiyyəsində şokedici yeyinti faktları – RƏQƏMLƏR
Gundem
Oxunub: 1 186
15 may 2016 | 12:53
Yevlax səhiyyəsində şokedici yeyinti faktları – RƏQƏMLƏR














Baş həkim İlhami Quliyev əsaslı şəkildə təmir edilmiş xəstəxananın təmirinə niyə yenidən ehtiyac duyub? Nazir Oqtay Şirəliyev səviyyəsində bu məsələyə münasibət bildirilməlidir Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İlham Quliyevin törətdiyi qanunsuz işlər barədə gundelik-baku.com-un redaksiyasına maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, adıçəkilən baş həkimin rəhbərlik etdiyi rayonun səhiyyə sistemi hazırda özünün ən ağır günlərini yaşamaqdadır: «Yevlax rayonunda səhiyyənin hansı vəziyyətdə olduğunu camaat yaxşı bilir. Ölkənin bir zamanlar ən çox pul ayrılan rayonunda səhiyyənin bu vəziyyətə düşməsinin səbəbi baş həkim İlhami Quliyevin daha çox pul qazanmaq həvəsindən irəli gəlib. Baş həkim dərman və sarğı ləvazimatlarının alınması adı altında büdcədən ayrılmış 500 min manata yaxın pulu ayrı-ayrı şəxslərlə bölüşdürüb. Belə ki, onun həmin pula dərman almadığı elə özü tərəfindən etiraf olunub. Xəstəxana rəhbərinin iddiasına görə, xəstəxanaya ayrılmış pulun bir qismi Yevlaxın icra başçısı Qoca Səmədova çatıb. Bir qismi isə Səhiyyə Nazirliyindən gəlmiş komissiyanın üzvlərinə verilib. Yerdə qalan məbləği isə baş həkim özünə götürüb. Buna görə də Yevlax Mərkəzi Xəstəxanasında nə sarğı tapmaq olar, nə də həkimlər pulsuz dərman verilməsi işini təmin edir. Hər şeyi xəstənin yaxınlarına aldırırlar. Maraqlı bir məqam xəstəxanada «görülən» təmir işləri ilə bağlıdır. Belə ki, bir neçə ay öncə «Osmanoğlu» MMC tərəfindən cari təmir işlərinin satın alınması prosesinə 19800 manat ayrılıb. Ardından əsaslı təmir işlərinin satın alınmasına da 73 min manat ayrılıb ki, onu da eyni şirkət reallaşdırıb. Halbuki, bu xəstəxana 2013-cü ildə əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Əlavə təmirə nə ehtiyac var idi?». Araşdırmalar nəticəsində məlum olur ki, baş həkim inventarların alınması zamanı da maliyyə pozuntularına yol verib: «Belə ki, o yumuşaq inventarların satın alınması üçün nəzərdə tutulan 42 min manatı başqa səmtə yönləndirib. Ardından avadanlıqların satın alınmasına 72100 manat ayrılıb ki, bunun da nədən ibarət olduğunu bilən yoxdur. Eyni vaxtda inventarların satın alınması isə 74600 manata başa gəlib. İlhami Quliyevin əsas qazanc yerlərindən biri də dəftərxana ləvazimatları və ərzaq məhsullarının alınması ilə bağlıdır. «Planet 2013» MMC tərəfindən dəftərxana ləvazimatları və təsərrüfat materiallarının satın alınmasına 39850 manat sərf olunub ki, bunun da yalan olduğu şübhəsizdir. Ərzaq mallarının alınması üçün isə «Avalon-12» MMC-yə 94205 manat ayrılıb. Hərçənd Yevlax Mərkəzi Xəstəxanasında yatan xəstəyə yemək verildiyini nə bilən var, nə də görən. Yeyinti hallarından biri də digər maşın və avadanlıqların satın alınması üçün sərf olunmuş 46400 manatdan ibarətdir. Avtomobil ehtiyat hissələrinin satın alınması üçün isə 10240 manat sərf olunub. Eyni zamanda da, xəstəxanada “ölü canlar” təcrübəsi kütləvi şəkildə tətbiq olunur. Yəni burada saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılır». Növbəti yazımızda baş həkimin TSEK sədri ilə birlikdə həyata keçirdiyi saxtakarlıqlar, icra başçısına çatan aylıq və səhiyyə naziri Oqtay Şirəliyevin adından istifadə etməklə həyata keçirilən özbaşınalıqlar haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var. Gundelik-baku.com
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...