DÖVLƏT BAYRAĞINA HÖRMƏTSIZLIK EDƏN MƏKTƏB DIREKTORUN RÜŞVƏT SIYAHISI ÜZƏ ÇIXDI.(VIDEO)
Gundem
Oxunub: 1 487
22 may 2016 | 10:52
DÖVLƏT BAYRAĞINA HÖRMƏTSIZLIK EDƏN MƏKTƏB DIREKTORUN RÜŞVƏT SIYAHISI ÜZƏ ÇIXDI.(VIDEO)










Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbin həyətinə vurulan löhvədə dövlət bayrağının rəngi düzgün göstərilməyib. Bayrağın aşağı zolağı yaşıl əvəzinə qara rənglə boyanıb. Bu isə şagirdlərin çaşqınlığına səbəb olur. Məsələ ilə bağlı təhsil ocağının direktoru Elmira İsmayılova deyib ki, məktəbin həyətində olan löhvəyə vurulan bayraq təmir zamanı Bakı şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi tərəfindən verilib. Hətta bayrağın rəngi ilə bağlı bir neçə valideyn məktəbə şikayət də edib. Amma Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Razim Həsənov bildirib ki, departament tərəfindən adıçəkilən məktəbə bayraq verilməyib.

Təhsil müəssisələrində neqativ hallardan nə qədər deyilsə də, nə qədər yazılsa da, bu müstəvidə müsbət dəyişikliklər davamlı xarakter almır ki almır. Hələ də fəaliyyətində qanunsuzluqlar yer alan məktəblər, vəzifəsinin öhdəsindən gələ bilməyən, səlahiyyətlərindən sui-istifadə edən direktorlar var və sanki toxunulmazlıq statusu qazanmış kimi görünürlər.

Suraxanı rayon 275 saylı orta məktəbin bir qrup müəllimləri tərəfindən “Dəryaz” qəzetinin redaksiyasına göndərilən şikayət məktubunda (məktubun içində direktorun, müəllim və valideyinlərdən müxtəlif adlar altında yığdığı və öz dəsti xətti ilə yazdığı rüşvət siyahısının surəti və müəllimlərin onlara qoyulan haqqa etiraz etdiklərini əks etdirən audio disk də göndərilib) bildirilir ki, İsmayılova Elmira Əli qızının direktorluq etdiyi orta məktəbdə tüğyan edən korrupsiya elə giriş qapısından hiss olunur. Qapıçı işləyən Qətibə adlı qadın valideynləri içəri buraxmaq üçün onlardan aylıq pul alır. Bildirilir ki, direktor müəllimlərə verdiyi hər dərs saatı üçün 100 manat «şirinlik» alır. Dərs saatlarını başqa müəllimin adına yazıb pulunu özü götürür. 4 dərnək fəaliyyət göstərməli olduğu halda heç biri mövcud deyil. Məlumata görə, bütün bu maxinasiyalar tədris işləri üzrə direktor müavini Ayişə müəllimənin əli ilə həyata keçirilir. Ayişə müəllimə isə təkcə direktora deyil, Bakı şəhər Təhsil İdarəsində inspektor işləyən əri Allahverdi müəllimin dəstəyinə güvənir. XI siniflərdən bəziləri son zəng üçün hər şagirddən 60 manat pulun yığılmasını təşkilati işlər üzrə direktor müavini Tahir müəllim təşkil edir. Hal-hazırda I və IV siniflərdən vinetika üçün 35 manat toplanılması prosesi gedir. Dövlət tərəfindən bütün təsərrüfat malları və əlavə olaraq sınan lampa,qıfıl, və.s alınması üçün hər ay məktəbə 600 manat ayrılmasına baxmayaraq direktor sinif rəhbərlərindən məktəbə təsərrüfat malları ( sabun, xlor, yuyucu toz) alınması üçün 15-20 manat pul yığsa da, alınan malların bir qismi direktor tərəfindən mağazalarda satdırılaraq pulu mənimsənilir. Əlavə olaraq məktəbə inventarların təmiri üçün verilən pul da cibə gedir. Ştat cədvəlində bir neçə texniki işçi var ki, onlardan bəziləri «ölü can»dır. İşə gəlməyən Ruslan, Tamara, Kəmalə,Rəna Nəzərova və başqalarının maaş kartı direktorun oğlundadır. Həmin şəxsin adına pulu bankomatdan kimin çıxardığını hüquq-mühafizə orqanları araşdıra bilərlər. Şamxal müəllim uzun müddət Daxili İşlər Nazirliyinin təcridxanasında işləməsinə baxmayaraq, eyni zamanda bu məktəbdə hərbi hazırlıq müəllimi işləyib. Sentyabr ayında isə məktəbdə aparılan yoxlamanın gedişində direktor onu müəllim vəzifəsindən texniki işçi vəzifəsinə keçirib. Buna baxmayaraq, 10 e sinifinə rəhbərlik Seyidova Şahizər müəllimənin adına rəsmiləşdirilsə də, Şamxal müəllim sinif rəhbəri kimi iş aparır. Sinif jurnalını isə şagird yazır. Fakt budur ki, 2009-cu ildən direktor işləyən Elmira müəllimə qanunların əksinə olaraq, təyinatları, iş üslubları tamam fərqli olan nazirliyin əməkdaşını işlə təmin edib, cinayətə şərik olub. Şamxal müəllim bu vaxta qədər rus bölməsində hərbi hazırlıq dərsi deyib. Ruslan Hacıbala oğlunun adı kitabxanaçı kimi ştatda getsə də, hələ onu bir gün də məlktəbdə görməyiblər. Uşaq birliyinin rəhbərinin üzünü isə məktəbdə görən olmayıb. İl ərzində məktəbə ayaq basmayan fiziki tərbiyə müəllimi Vətəni Rafael görəsən şagirdlərə tərbiyəni harada verir.O, məktəbə gəlmədiyi halda, görəsən jurnalı kim yazır. Baş Təhsil idarəsində işləyən yuxarıda adını çəkdiyimiz Allahverdi müəllim məktəbə yoxlama göndərilməmişdən bir neçə gün qabaq zəng vurub məktəbdə zavuç işləyən həyat yoldaşını və direktoru məlumatlandırır ki, hazırlıq tədbirlərini görsün. Rus dilində öz tərcümeyi-halını yazacaq qədər bilməyən Məmmədova Ayişə müəllimə (Allahverdinin həyat yoldaşı) məktəbin rus bölməsində dərs hissə müdiridir. Məhz onun məsləhəti ilə öz hesabına məzuniyyətə çıxan Nüşabə müəllimənin dərsləri, dərs saatları az olan müəllimlər arasında bölünməkdənsə, Sahilə müəllimənin qara qaşına hədiyyə olunub ki, Sahilə müəllimə də dərs yükü onsuz da çox olan dərslərinin öhdəsindən gələ bilmədiyindən 2-ci növbədə bir neçə sinifin dərs saatları bir vaxta düşdüyündən xanım müəllimə kefi istədiyi dərsə girir,o biri dərslər isə qruplara bölünmədiyndən digər müəllimlərin dərsləri ilə birləşdirilir.Direktorun isə bunlara göz yummaqdan başqa çarəsi qalmır. Axı arada onların bu maxinasiyalarına ”krışalıq” edən dərs hissə müdirinin həyat yoldaşı Allahverdi müəllim var. Sentyabrda I siniflərdən yığılan 50 manatın tüstüsü KİV-də çıxandan sonra geri qaytarılsa da, direktor bunun heyfini dekabrda 80 manat yığdırmaqla valideynlərdən çıxdı. Əlavə toplanan 30 manatlar isə ibtidai siniflərə baxan direktor müavini Həcər müəlliməyə çatdı. Məktəbdə pulyığma kampaniyasına liderlik edən Həcər xanım gələcəkdə şagird adını qazanacaq 1-ci siniflərdən indidən 10-15 manatdan pu yığır.Hətta indiki 4-cü siniflərdən müəllim seçimi üçün 25 manatdan yığır. Aprel və May aylarındaında öz yubiley və ad günlərini qeyd etmək üçün Həcər Quliyeva və Elmira İsmayılova cütlüklərinin ən məhsuldar anlarıdır.Hal-hazırda Həcər xanıma yığılan 50 manatdan sonra direktorun ağ günləri,müəlimlərin isə qara günləri artıq başlayıb. Məktəbdə mövcud dörd kompyuter otağından yalnız ikisi təyinatı üzrə fəaliyyət göstərir. Qalan iki otağın biri sinif otağı kimi istifadə olunur, birində də müəllimlər repetitorluqla məşğul olurlar. Direktorun hər repetitordan aldığı 70-100 manat Elmira xanımın semiçka puludur. Şagirdlər isə təcrübəsiz qalıblar. Şagirdlər 1-ci növbədə dərsdə oturmaqdansa qonşu kabinetlərdə repetitorların dərslərində oturmağa daha çox üstünlük verirlər Buiologiya kabineti direktorun rəfiqəsi Fatimə müəlliməyə sinif otağı kimi peşkəş edilib. Bir sözlə, Elmira müəllimə məktəbdə elə xoşagəlməz atmosfer formalaşdırıb ki, kollektiv arasında qarşıdurma yaranıb, müəllimlərin boynuna haqq, şagirdlərin üzərinə vergi qoyulduğundan E. İsmayılovanın direktor işlədiyi müddətdə 22 sinif bağlanıb. Qısası, Elmira xanım məktəbə dövlətin təhsil müəssisəsi kimi deyil, atasının sağmal inəyi kimi baxır. Haram yolla əldə etdiyi pulları Elmira xanım kosmetikaya, gözəlliyinin qorunmasına xərcləyir, görünüşcə cavan qalması ilə qayğılanır. Yuxarı siniflərlə iş üzrə məsul direktor müavini Arzu Əliyeva qanunsuz olaraq 11-e sinif rəhbəri vəzifəsini aparır. Rəsmi sənəddə isə sinif rəhbəri kimi Ənvər müəllimin adı gedir. O da kartla pulu alıb Arzu müəlliməyə verir. Direktor hər yerdə deyir ki, Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva mənim yaxın rəfiqəmdir, vaxtilə ona qarşı haqsızlıq olubmuş, attestasiya işində dolaşıbmış, mənim ona çox köməyim dəyib. O,mənə heç nə deyə bilməz. Məktəbdə keçirilən bütün tədbirlərin təşkili üçün 200 müəllimin hərəsindən 10 manat pul yığılırdı. lakin son zamanlar bu direktoru qane etməyib və tələb edib ki,bu gündən sonra 20 manatdan yığılmalıdır. Əlavə olaraq stol açmaq üçün onlardan evdən xörək, şirniyyat, meyvə, çərəz gətirmələri tələb olunur. Beləliklə, yığılan 2000 manatın 300-400 manatını xərcləyən direktor qalan çox hissəni öz cibinə qoyur. Tədbirdən qalan xörəkləri də özü evinə aparır. Ən son məlumatlarda isə bildirilir ki,direktor digər yığım kampaniyalarını da həyata keçirib. Belə ki,o müəllim kollektivindən açıq qapı üçün-10 manat,mütaliə ilə bağlı 10 man yığdırıb. Hal- hazırda isə məktəbin 30 illiyi ilə bağlı 20 manat pul yığır. Ehtiyatsızlıqdan sındırılmış hər bir əşyanın qiyməti şagirdlərə ödətdirilir. Keçirilən tədbirlər müəllimlərdə fərəh doğurmaq əvəzinə maddi və mənəvi ziyanla ötüşdüyündən, yalnız məyusluqlarına səbəb olur. Xadimə ştatlarına bir neçə nəfər götürüb ki,onlar da işə çıxmırlar və maaş kartları direktorun cibindədir. Son günlər xadimələrin adına səhvən yazılan 1000 manat pulu mühasibatlıq geri tələb edəndə direktor bu pulu işdə olan texniki işçilərdən çıxartmaq istəyib. Onlardan tələb edib ki, 4 ay müddətində hər ay 20 manat pul verməlisiniz .Lakin onlar bu pulu almadıqları barədə direktora narazılıqlarını bıldirəndə direktorla texniki işçilər arasında insident yaşanıb. Bundan sonra direktor humanistlik edərək bu pulu 10 manata endirib. Məktəbə verilən inventarlar,o cümlədən,kompüterlər,xalçalar,printerlərin taleyi isə heç kimə məlum deyil. Müəllimlər summativləri öz hesabına çıxardırlar. Mənbə bildirir ki, direktor müəllim kollektivi ilə də kobud rəftar edir. Sonuncu pedaqoji şurada məktəbdə keçiriləcək tədbirdən məlumatı olmayıb gəlməyən müəllimlərə üzünü tutaraq ”Mən divara elan yapışdırmışam,kor gözləriniz niyə o elanı görməyib. Atanıza söyüş yazsaydım tez görərdiniz” deyərək müəllimləri təhqir edib. Qeyd edək ki, işlədiyi müddət ərzində iki övladı üçün bütün şəraiti təmin edən Elmira müəllimə “halal əmək haqqı”ilə özünə də bahalı maşın ala bilib. Gələn sayımızda məktəb direktorunun elə bir əməlindən bəhs edəcəyik ki, nəinki Təhsil Naziri cənab Mikayıl Cabbarov hətta ölkə ictimaiyyəti şoka düşəcək. Hələlik direktorun bir neçə il ərzində şagirdlərin valideyinlərindən yığdiğı və öz dəst xətti ilə yazdığı rüşvət siyahısının bir hissəsini və üzərlərinə qoyulan aylıq haqqın qaldırılmasına etiraz edən sinif rəhbərlərinin söhbətlərinin audioyzısını təqdim edirik.

Faktlarla bağlı Təhsil Naziri cənab Mikayıl Cabbarova və Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyevaya rəsmi məktubla 24.04.2016-cı ildə müraciət etsək də sorğularımıza cavab ala bildik. Susmaq iki səbəbdən ola bilər. Adı çəkilən qurumlar ya həmin rüşvəf dəftərinə şərikdirlər,yaxud da4-cü hakimiyyət sayılan Kütləvi İnformasiya Vasitələrinə hörmətsizlik edərək qanunlarımızı pozurlar. İnanmaq istərdik ki, bütün bu sadaladıqlarımız ictimailəşəndən sonra TN, hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşaraq, Elmira müəllimənin əməllərinə hüquqi qiymət verəcəklər.



Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO