275 nömrəli orta məktəbdə şagirdlər aylığa buraxılır? – ŞOK İDDİA
Gundem
Oxunub: 1 548
22 may 2016 | 13:11
275 nömrəli orta məktəbdə şagirdlər aylığa buraxılır? – ŞOK İDDİA











Direktor Elmira İsmayılovanın bir vaxtlar respublikada nüfuzu olan təhsil müəssisəsini bərbad vəziyyətə saldığı deyilir Təhsil hər bir millətin gələcəyi deməkdir

Keyfiyyətli təhsil sistemi gələcəkdə daha peşəkar və bacarıqlı kadrların hazırlanmasına əsas verir. Məlum olduğu kimi, ölkəmizdə son illər təhsil sahəsində bir çox islahat həyata keçirilib, təhsilin modern çalarlarla zənginləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Digər tərəfdən, ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Bakıda və regionlarda yerləşən ümumtəhsil məktəblərinin əksəriyyəti əsaslı şəkildə təmir edilərək şagird-müəllim heyətinin istifadəsinə verilib. Təbii ki, bütün bunlar keyfiyyətli təhsili şərtləndirən əsas amillərdir. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, dövlətin bu sahəyə xüsusi qayğı göstərməsinə baxmayaraq, bəzi məktəb direktorları işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Nazir Mikayıl Cabbarovun orta məktəb direktorlarına pul yığmamaları barədə etdiyi xəbərdarlıqlar belə öz nəticəsini vermir. Təhsilin keyfiyyətinin aşağı səviyyədə olduğu məktəblərdən biri də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdir. Bu gün bəzi saytlarda sözügedən orta məktəbin həyətinə vurulan löhvədə dövlət bayrağının rənginin düzgün göstərilməməsi barədə xəbər yayılıb. Bayrağın aşağı zolağı yaşıl əvəzinə qara rənglə boyanıb. Bu isə şagirdlərin çaşqınlığına səbəb olur. Məsələ ilə bağlı təhsil ocağının direktoru Elmira İsmayılova deyib ki, məktəbin həyətində olan löhvəyə vurulan bayraq təmir zamanı Bakı şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi tərəfindən verilib. Hətta bayrağın rəngi ilə bağlı bir neçə valideyn məktəbə şikayət də edib. Amma Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Razim Həsənov bildirib ki, departament tərəfindən adıçəkilən məktəbə bayraq verilməyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə faktın araşdırılacağı və problemin tezliklə aradan qaldırılacağı bildirilib. Gundelik-baku.com-a daxil olan məlumatlarda isə bildirilir ki, 275 nömrəli orta məktəbdə bayraqla yanaşı, təhsil sisteminə də hörmətsizlik sərgilənir: «Elmira xanım direktor vəzifəsinə keçəndən sonra məktəbin nüfuzu xeyli aşağı düşdü. Halbuki, 275 nömrəli tam orta məktəb bir vaxtlar respublikada səs salmışdı. Rəhmətlik Heydər Əliyev vaxtilə bu məktəbə səfər etmiş və təhsilin səviyyəsini yüksək qiymətləndirmişdi. İndi isə həmin çağlardan əsər-əlamət qalmayıb. İldən-ilə məktəbi bitirən şagirdlərin ali məktəblərə qəbul göstəriciləri aşağı düşür. Bir vaxtlar Suraxanı rayonu üzrə ən yüksək nəticələr göstərən məktəb hazırda problemlər məngənəsində boğulur. Bunun əsas səbəbkarı isə direktor Elmira İsmayılovadır. Nazirin göstərişlərinin əleyhinə gedən direktor şəxsi maraqlarının təmin olunması istiqamətində hər yola baş vurur. Məsələn, respublika səviyyəli bayram tədbirlərində 1-ci sinifdən tutmuş 11-ci sinifə qədər, bütün şagirdlər direktoru təbrik etməlidir. Maddi imkanı zəif olan şagirdlər belə bu işlərə cəlb olunur. 275 nömrəli tam orta məktəbdə pul yığımları adiləşib. İbtidai və yuxarı siniflərin rəhbərləri direktorun tapşırığı əsasında hər ay pul yığırlar. Bundan başqa, məktəbdə davamiyyət məsələsi olduqca acınacaqlı vəziyyətdədir. Belə ki, əsasən 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər direktorla «razılaşıb» aylığa çıxırlar. Həmin şagirdlərin əksəriyyəti ali məktəbə repetitor yanında hazırlaşanlardır. Onlar üçün vaxt məhdudiyyəti olduğundan məktəbə intizamlı şəkildə gələ bilmirlər. Buna görə də aylığa çıxırlar. Deyilənə görə, bu işin müqabilində şagirdlər direktora 1000 dəfə «sağ ol» deyirlər. Məktəbə Təhsil Nazirliyindən, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yoxlama gələndə isə direktor 9-cu sinif şagirdlərini aylığa buraxdığı şagirdlərin yerində otuzdurur». Məlumatlı mənbə həmçinin vurğulayır ki, 275 nömrəli tam orta məktəbdə işçilərin ştat cədvəlində əyrintilərə yol verilib. Belə ki, Elmira İsmayılova özünə yaxın olan bəzi şəxsləri «ölü can» kimi işlə təmin edib. Onların adına yazılan əməkhaqqını isə hər ay direktorun götürdüyü bildirilir. Bəzi müəllimlərin və valideynlərin xahişini nəzərə alıb yaxın günlərdə sözügedən məktəbdən reportaj hazırlayacağıq. Ümid edirik ki, BŞTİ rəhbərliyi yazdıqlarımızı araşdırıb direktorun barəsində ölçü götürəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Gundelik-baku.com

275 nömrəli orta məktəbdə şagirdlər aylığa buraxılır? – ŞOK İDDİA
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO