Kürdəmir səhiyyəsi çökür
Gundem
Oxunub: 2 030
23 may 2016 | 12:35
Kürdəmir səhiyyəsi çökür











Artıq qeyd olunduğu kimi, bu gün Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır. RMX-nın baş həkimi isə, bütün bu müəssisələri də, orada çalışan kollektiv üzvlərini də birbaşa özünün maraqlarına tabe etdirməyi bacarıb. Bu maraqlarsa, rayon sakinlərinin və əlbəttə ki, ilk növbədə xəstələrin maraqları ilə qətiyyən uzlaşmır. Maraqlıdır ki, Məhəmməd Musayevin özbaşınalıqlarından təkcə xəstələr deyil, həm də əksər tibb işçiləri narazılıq ifadə edirlər. Səbəb isə budur ki, baş həkim davamlı olaraq tabeliyində çalışan insanlardan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Aldığımız məlumatlarda vurğulanır ki, rayonun bütün tibb müəssisələrində Məhəmməd Musayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur.

Məhəmməd Musayev staj həvəsində olan şəxslərin adlarının RMX-nın ştat cədvəlinə yazdıraraq, onların məvaciblərinə sahib çıxır


Kürdəmir rayonunun səhiyyə sistemində müşahidə olunan ciddi nöqsanlardan bəhs edən şikayət məktublarının ardı-arası kəsilmir. Müraciət edən rayon sakinləri, üz-üzə qaldıqları problemlərin həllini gözləməkdə, Kürdəmir səhiyyəsinə rəhbərlik edən Məhəmməd Musayev isə bu problemləri dərinləşdirməkdə davam edirlər.

Həmçinin daxil olan məlumatlarda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəmməd Musayevin rayonun bir çox kəndlərində də özünə "sadiq” kadrları yetişdirə bildiyindən söz açılır. Azerinfo.az bizimdovr.az-a isttinadən xəbər verir ki, elə bir müddət əvvəl aldığımız rayonun Karrar kənd ərazi xəstəxanasının baş həkimi Mənsim Əliyevin də rəhbərlik etdiyi müəssisədə eynən öz "rəhbərinin” iş üsullarını tətbiq etdiyi vurğulanmışdı. Mənbənin deməyinə görə, Karrar xəstəxanasında yaranmış vəziyyət bura müraciət edən xəstələri çıxılmaz durumda qoyur: "Xəstəxanada antisanitar vəziyyət hökm sürür. Pasiyentlər oradakı mövcud durumdan narahatdırlar. Xəstəxana xəstələri heç nə ilə təmin etmir. Adi şorbanı da xəstələrə çox görürlər. Elə bu səbəbdən də xəstə hər şeyi özü ilə gətirir. Bundan başqa, tibb ocağının əməlli-başlı təmirə ehtiyacı var. Bu da hamıya bəllidir ki, xəstəxanaların təmir olunması üçün dövlət tərəfindən maliyyə ayrılır. Lakin baş həkim Mənsim Əliyev Kürdəmir səhiyyəsinin baş həkimi Məhəmməd Musayevlə əlbir olaraq, bu vəsaitləri mənimsəyirlər. Həmçinin Məhəmməd Musayevlə Mənsim Əliyev əlbir olaraq, müxtəlif dərman maxinasiyaları, eləcə də saxta xəstəlik tarixçələrinin açılması ilə bağlı çoxsaylı maxinasiyalar həyata keçirirlər. Təəccüblü deyil ki, Məhəmməd Musayev yalnız onun korrupsiya əməllərinə şərik olan həkimləri "etibarlı” kadrlar kimi qəbul edir...” Rayonun digər kənd xəstəxanaları və ambulatoriyalarında da ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, Kürdəmirdə ağır xəstələrin paytaxta gətirilməsi də həmin xəstənin yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün böyük məbləğdə pul tələb edir: "Baş həkim xəstələrin Təcili Tibbi Yardım maşınları ilə Bakıya gətirilməsi üçün xəstə yaxınlarından pul istəyir. Əgər qabaqcadan bu məbləğ Məhəmməd Musayevə verilməzsə, xəstənin vəziyyətindən asılı olmayaraq, onun Bakıya gətirilməsi mümkün olmur. Bu barədə Səhiyyə Nazirliyinə dəfələrlə müraciət olunub. Lakin hələ ki, baş həkim barəsində müvafiq ölçü götürülməyib...”

Daha sonra Kürdəmir səhiyyə sisteminin ən zəif nöqtələrindən biri kimi də, mərkəzi xəstəxanada fəaliyyət göstərən doğum şöbəsi göstərilir. Bu xüsusda mənbələr iddia edirlər ki, şöbənin müdiri doğuşların qəbulunda əsil monopoliya yaradıb. Belə ki, burada doğuş üçün konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların çox hissəsi RMX-nın baş həkimi Məhəmməd Musayevə çatır.

Digər tərəfdən də mərkəzi xəstəxanada həm xəstələrə, həm də tibbi personala şamil olunan "ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda RMX-da əslində olmayan pasientlərə saxta "xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu "xəstəlik tarixçələri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Tibbi personala aid olan maxinasiyalara gəlincə isə, mənbələr bildirirlər ki, bu halda baş həkim sadəcə staj həvəsində olan şəxslərin adlarının Kürdəmir RMX-nın ştat cədvəlinə yazdıraraq, onların maaş kartlarına və aylıq yazılan məvaciblərinə sahib çıxır.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)