Bərdənin icra başçısı ustaların pulunu mənimsəyərək rayondan qovdu — ŞİKAYƏT
Gundem
Oxunub: 1 084
24 may 2016 | 10:40
Bərdənin icra başçısı ustaların pulunu mənimsəyərək rayondan qovdu — ŞİKAYƏT











Bərdə rayon icra başçısı Vidadi İsayev barədə yeyinti, fəhlələrin pullarını mənimsəmə ittihamları ortaya çıxıb

Yasamal rayon sakini Elgiz Cəfərov ona edilən haqsızlıqla bağlı Ölkə.Az-a müraciət edib. Elgiz Cəfərovun şikayəti Bərdə rayon icra başçısı Vidadi İsayev haqqındadır. Şikayətçi bildirir ki, bir neçə il əvvəl rəhbərlik etdiyi briqada ilə Bərdədə abadlıq işləri görüb:

"43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün Bərdə Rayon İcra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud məllimlə (sonradan məlum oldu ki, icra başcısının bacanağıdır) şifahi əqd bağladım. Elə həmin gün də görüləcək işlərlə bağlı tapşırığını verdi. Bizim işimiz yol kənarı hasarların, mağazaların, idarə binalarının fasadını yeniləmək idi. İşin qiymətini danışıb razılaşdıq. Mahmud müəllim dedi ki, burada heç kimdən pul istəməyin. Gördüyünüz işlərin hesabatını icra hakimiyyətində işləyən Vüqar adlı şəxsə təqdim edin, pulu isə məndən alın. Biz də razılaşdıq. İlk günlərdə hər şey normal idi. Ustalara pul lazım olanda Mahmud müəllimə deyirdik verirdi. Lakin iş yekunlaşanda bizi incitməyə başladılar. Bizə tapşırılan işləri tam bitərəndən sonra icra başçısı Vidadi İsayevin qəbuluna getdim. Onların bizə 5300 manat borcu qalmışdı. Vidadi İsayev dedi ki, narahat olmayın. Dedi ki, siyahını Mahmud müəllimə verəcək və biz də pulu ondan götürəcəyik. Getdik şəhər parkına, orada zəng edib Mahmud məllimi çağırdı. Mən bir qədər kənarda idim. Onlara yaxınlaşmaq istəyəndə icra başçısının qoçuları qarşımı kəsdi. Mənə dedilər ki, əgər burdan uzaqlaşmasan səni içəri soxacağıq, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtararsan. Mən də oradan uzaqlaşdım. Səhəri gün icra başçısının müavini Vidadi İmanquliyevi tapdım. O, mənə cəmi 800 manat pul verdi və tələb etdi ki, Bərdəni tərk edim. Bildirdi ki, əks halda məni həbs etdirəcəklər. Oradan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, mən də məcbur qalıb faizə pul götürüb borcu ödədim. Və həmin gündən sonra Bərdədən uzaqlaşaraq gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım. Ancaq müəyyən vaxta qədər o pulun faizini qaytara bildim. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt dolların kursu 0.78 manat idi, sonralar bəzi ayları verə bilmədim. Borc 8000 dollar oldu. Məcbur qalıb keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım".

Elgiz Cəfərov bildirdi ki, məsələ ilə bağlı Bərdə rayonunun deputatı Zahid Oruca müraciət edib. Deputat ona köməklik edəcəyini bildirib: "Zahid müəllim Vidadi İsayevlə görüşməyimə kömək etdi. Zahid müəllimin şahidliyi ilə icra başçısına hər şeyi olduğu kimi danışdım. İcra başçısı bütün məsuliyyəti Mahmud müəllimin üzərinə atdı. Dedi, gedin onu verin məhkəməyə. Qayıdıb gəldik Bakıya. Zahid müəllim Vidadi İsayevin bacanağı olan həmin Mahmuda zəng etdi və ondan mənimlə görüşüb dərdimi dinləməyi xahiş etdi. Mahmud müəllimlə görüşdüm. O da məsuliyyəti Vidadi İsayevin üstünə atdı. O, bütün işləri Vidadi İsayevin tapşırığı ilə etdiyini bildirdi. Həmçinin dedi ki, həmin işlər üçün dövlət büdcəsindən pul ayrılsa da, Vidadi İsayev xərcləri obyekt sahiblərinin və idarə müdirlərinin üzərinə qoyub. Sonra da idarə müdirlərini işdən qovub, onların yerinə qohum-əqrabasını təyin edib. Nəticədə isə zərbə bizə dəyib".
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO