CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI
Gundem / Bolge
Oxunub: 1 298
27 may 2016 | 12:13
CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI











90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkidə Milli Məclisə namizədliyi qeydə alınmış Ümid Partiyasının sədri İqbal Ağazadə bu gündən etibarən təbliğat-təşviqat kampaniyasına başlayıb.
REGİONXEBER.TV xəbər portalının Ağdaşa ezam olunmuş şöbə müdiri Ramilə Elman qızının verdiyi məlumata görə, kampaniyanın ilk günündə bəzi xoşagəlməz hallar yaşanıb. Belə ki, İqbal Ağazadənin fotosu olan avtomobillər bir qrup öyrədilmiş şəxs tərəfindən "yumurta atəşi"nə tutulub. Öyrədilmiş sakinlər təbliğat işinə mane olub, İqbal Ağazadənin avtomobillərinin üzərinə vurulan fotolarını qoparıblar.
Onlardan bəziləri hətta, əllərində dəyənəklə Ümid Partiyasının təbliğatda iştirak edən üzvlərinin üzərinə hücum çəkiblər. Lakin Ağdaşın yerli sakinlərinin əksəriyyəti İqbal Ağazadəni dəstəkləyib, təxribat yaratmaq istəyən şəxsləri geri oturdublar.
Daha sonra təbliğat-təşviqat işləri öz axarı ilə davam edib. İqbal Ağazadənin nümayəndələri qapı-qapı gəzərək, Ağdaş sakinlərinə namizəd haqqında məlumatları özündə əks etdirən bukletlər paylayıblar. Təbliğat işlərində İ.Ağazdəyə dəstək olmaq üçün Ümid Partiyasının Qazilər Şurasının üzvləri də Ağdaş rayonuna gəliblər.
Yevlax rayon Qarabağ Qaziləri İctimai Birliyinin sədri Aqif Atakişiyev musavat.com-a bildirib ki, İqbal Ağazadəyə böyük ümidlər bəsləyirlər: "O, Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, vətənini, millətini sevən şəxsdir. Biz onun bütün fəaliyyətləri ilə qürur duyuruq. Hesab edirəm ki, xalqımıza bu cür liderlər lazımdır. Qarabağ veteranları olaraq hər zaman İqbal bəyi dəstəkləməyə hazırıq".

Yuxarıda da qeyd etdiyimiz kimi, təbliğatın aparıldığı ilk saatlarda xoşagəlməz hallar yaşanıb. Məsələ ilə bağlı kampaniyada iştirak edən Ümid Partiyasının sədr müavini Tamilla Qulami musavat.com-a bildirib ki, təbliğat-təşviqat işləri üçün daxil olduqları kənddə ilk olaraq bir qrup öyrədilmiş şəxsin hücumuna məruz qalıblar: "İlk gün 300 nəfər olmaqla komandalara bölünüb, kəndlərə yollandıq. Biz təbliğatımızı 5 kənddə apardıq. Demək olar ki, bir kəndi çıxmaq şərti ilə digərlərində bizi normal qarşıladılar. Sadəcə olaraq, sakinlərlə danışdığımız ərəfədə onların belə tanımadıqları bir qrup gəldi və bizə yumurtalar atmağa başladılar. Yerli sakinlər özləri onları uzaqlaşdırmağa çalışdılar. Bizə hücum edən şəxsləri sanki kimsə öyrətmişdi. Təbliğat zamanı müşahidə etdik ki, İqbal Ağazadəni xüsusilə gənclər çox sevirlər. Gənclər bizdən bir neçə buklet aldılar ki, evdə də verəcəyik gəlib səs versinlər. Bizə hücum edənlər yerli əhali deyildi. Onlar özləri də bunu bilməyərəkdən etiraf etdilər. Hətta bizə qarşı çıxanların içərisində İmişli sakini də vardı. Deyirlər ki, bizə tapşırılıb ki, kəndə yad adam girəndə qarşısını kəsək. Ancaq dediyim kimi yerli sakinlərin əksəriyyəti İqbal Ağazadəni dəstəkləyir və ona səs verəcəklərini bildirdilər".
Kampaniyanın ilk günü ilə bağlı İqbal Ağazadənin də fikirlərini aldıq. İ.Ağazadə musavat.com-a aşağıdakıları söylədi: "İlk gün gözlədiyimizdən də effektli alındı. İnsanların münasibəti tamamilə fərqli idi. Əslində seçki kampaniyası dövründə insanlar bir az məlumatlı olurlar. Ancaq burada elə kəndlər, elə seçici qapısı var idi ki, indiyə qədər kimsə qapısını döyməyib. İlk dəfə döyülən qapılarda çox səmimi qarşılandıq. Doğrudur, təxribat halları baş verdi. Bunu ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənov, Cavid Osmanovun namizədliyinin leyhinə təşkil etmişdi. Ağdaşlılara təşəkkür edirəm ki, bu təxribatın qarşısını özləri almağa çalışdılar. Bu çox müsbət bir hal idi. Təxribatda iştirak edənlərin bir qismi dedi ki, neyləyək çörəyimizin arxasınca gəlirik. Bütün bunların hamısı özü bir göstərici idi ki, insanlar olduqca səmimidir. Ağdaşlıların bu məsələdə mövqeyi bizi qane edəndir. Bir namizəd kimi hamısına öz minnətdarlığımı bildirirəm. Qonaqpərvərliklərinə, mesajlarımızı düzgün qəbul etdiklərimə görə təşəkkür edirəm. Bizim indiyə qədərki bütün fəaliyyətimizi ciddi şəkildə izləyiblər. Bundan sonra da bir qrup şəxs çalışacaq ki, təxribatlar törətsinlər. Lakin 23 günlük təbliğat dönəmində hesab edirəm ki, biz bu sindiromu qıra biləcəyik və indiyə qədər yaradılan o tabunu aradan götürəcəyik".
İ.Ağazadə bildirib ki, təbliğatın ilk gününü çox uğurlu hesab edir: "Maraqlı məqamlardan biri də budur ki, yerli insanlar bizim telefon nömrələrimizə artıq xeyli sayda zənglər edib, öz fikirlərini bildiriblər. Bu zənglər bizə daha çox ümid verir ki, proses müsbət gedəcək. Güman edirəm ki, prosesin bundan sonrakı mərhələsində təxribat törətmək istəyənlər əslində bizim bu şəkildə işimizin qarşısında geri çəkilməli olacaqlar. İnsanlar hər şeyi çox rahat şəkildə başa düşüb, qəbul edirlər. İcra başçısının müavini deputat olmaq istəyirsə, o, problemləri indiki vəzifəsində daha rahat həll edə bilər, nəinki deputat olaraq. İndi nə vəd verəcək? Seçici bunu artıq bilir. Bəziləri deyirlər ki, Cavid Osmanov Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın 16 min üzvü ona səs verəcək. Kim bu məntiqə söykənirsə, səhv edir. YAP-ın Ağdaşdakı üzvləri Cavid Osmanova görə bu partiyanın üzvü deyil. Eyni zamanda əgər bir partiyanın elektoratına söykənsən, heç nə etmək mümkün deyil. Seçici onun problemlərinə həssas yanaşan adama səs verəcək. Ona görə də inanıram ki, YAP-ın da üzvləri bizə səs verəcəklər".
Rayonun Qaraoğlan kəndində Cavid Osmanovun tutduduğu pullu dələduzlar gələn nümayəndələrin qarşısını kəsərək onlara təziq etmişlər. Pirəzə kəndində isə 90KX276 nömrə nişanlı maşınla yolu kəsmiş və nümayəndələri toyuq oğruları adlansırmışlar.

P.S. Ağdaşda olan əməkdaşımız Ramilə Elmanqızına Cavid Osmanovun pulla tutduğu dələduzlar tərəfindən dəhşətli təzyiqlərə məruz qalıb və nəticədə Ramilə Elmanqızı ciddi əsəb sarsıntısı keçirərək sosional müalicə alır.

Ramilə Elmanqızı

CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI
CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI
CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI
CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI
CAVİD OSMANOVUN DƏLƏDUZ OYUNLARI
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO