Bu da Təhsil nazirimiz Mikayıl Cabbarovun yeni OYUN HAVASI
Gundem
Oxunub: 966
30 may 2016 | 10:56
Bu da Təhsil nazirimiz Mikayıl Cabbarovun yeni OYUN HAVASI












Əslində dərs ilinin yekunlaşmasına sayılı günlər qalıb. Lakin valideynlər, müəllimlər və şagirdlər sanki nələrin baş verdiyini anlaya bilmir

Bu gün sözügedən məsələ hər kəsin diqqət mərkəzindədir və hər kəsi düşündürür. Niyə “Son zəng”in vaxtı İyunun 15-nə keçirilib? Bu məsələ ilə əlaqədar valideynlər çox narahatlıq keçirir. Hətta Təhsil Nazirliyi çıxardığı qanunla bağlı ictimayyətə əsaslı məlumat da vermir. Hər halda belə məsələrlərdə veriləcək sual qaçılmazdır. Niyə və neyçün? Axı qlobal istiləşməni nəzərə alsaq qabaqdan iyun ayının bərk istiləri gəlir. Bir məsələni də unutmayaq ki, qarşıdan həm də Avropanin belimizə yamadığı “FORMULA 1” yarışları qapımızın kandarındadır. Belə yerdə demək yerinə düşərdi ki, “ Əvvəldən var idi hüsnü- camalı” sonra da baş verənlər hamımının gözü qabağındadır. Görəsən, hər kəsi düşündürən bu məsələ niyə Mikayıl Cabbarovu silkələmir? Bəs nazir Azərbaycanda keçirələcək yarışla bağlı yolların vəziyyətini niyə nəzərə almır?

Belə sual yaranırki, görəsən Mikayıl Cabbarov Bakı sakinidirsə hansı yollardan istifadə edir? (Hər halda təyyarədən istifadə etmir) Məgər nazir adi vaxtlarda yollarda nəzərə çarpan kritik vəziyyəti görmürmü? Nədən düşünülməmiş qərarla bağlı tədris ocaqlarını təhrik edir ki, müəllimlər və uşaqlar sürücülərin yaşadığı kritik durumla rastlaşsın. Məni yazar olaraq bir məsələ daha çox düşündürür:" Məktəblilər təhsillə bağlı proqramı necə davam etdirəcəklər?" Əgər Mikayıl Cabbarovun təhsil proqramından az da olsa xəbəri varsa başa düşmür ki, artıq mayın axırlarına yaxın dərs proqramı yekunlaşdığından dərslər təkrar edilməlidir. Görəsən Təhsil Nazirliyi bu haqda az da olsa düşünübmü? Əslində bu məsələnin dərinliyini araşdırsaq ilin əvvəlindən başlayan çoxsaylı bayramların vaxtlarının uzadılması dediyim məsələyə əsas vermirmi?! Axı nədən İlin-günün yaxşı vaxtlarında tətillərini səmərəli keçirmək istəyən yuxarı instansiyaların maraqları niyə önə çəkilir? Amma, məktəblilərin istidə gedib gələrkən çəkdikləri əzab-əziyyət arxa plana ötürülür?

Hörmətli oxucular, gəlin heç uzağa getməyək. Hələlik hamılıqla qırılıb qurtarmamaışıq. Allaha şükür aramızda sovet təhsil sisteminin qayda- qanunları ilə yaşayıb bu günə gəlib çıxan insanlarımız var. Məncə hər kəsin yadındadır sentyabrın biri və may ayının iyirmi beşi. Həqiqətən də, mayın 25- i məzunların yadında “Son zəng” kimi qalmaqdadır. Körpə fidanlarımızın yaddaşında qalan gün isə ilk tədris ilinin başlanğıcı olan sentyabrın biri “Bilik günü ”kimi hər il qeyd edilərdi. Sovet dövrü süqut etdikdən sonra həmin ənənəvi gün olan sentyabrın biri, Təhsil Nazirliyinin qərarı ilə təqvimlə sentyabrın 15-nə keçirilir. Yadımızdan çıxarmayaq ki, heç o dövrdə bu məsələnin səbəbini araşdıran olmadı.

Maraqlıdır, axı niyə tez-tez qanun dəyişikliyi edilir ki, insanlar çaş-baş qalır? Niyə təhsillə bağlı qayda-qanunlar Təhsil Nazirliyi tərəfindən tez-tez dəyişdirilir? Nədir maraq? Məgər təhsil nazirliyi tədris proqramı tərtib edəndə başa düşmürdü ki, proqram may ayının 25-nə kimi qüvvədə olmalıdır? Maraqlıdır, görəsən Təhsil Naziri Mikayıl Cabbarov heç fikirləşmir ki, yayın istisində bitmiş proqramları məktəblilər yenidən təkrar etməklə nəyə nail olacaqlar? (Nəzərə alsaq ki, bu gün təhsilimizin vəzyyəti nəyi xatırladır) Qeyzlə qeyd edirəm ki, yaşadığımız mühitdə müəyyən səlahiyyət nümayəndələri insanlara etdikləri haqqsızlıqdan dolayı ictimaiyyətdə yaranan narazılığa nədənsə diqqət etmək istəmirlər. Kimin ürəyi hansı havanı çalır ona da oynayırlar. Sosial şəbəkələrdə, məktəblərdə söz etdiyim məsələ barədə valideynlərin haqlı narazılığını nəzərə alaraq qabardılan məsələyə biganə qalmaq olmaz. Xahiş edirəm çoxsaylı valideynlərin narazılıqdan dolayı istəyi nəzərə alınaraq Təhsil Nazirliyinin məktəblərin iyunun 15-də bağlanması ilə əlaqədər çıxardığı qərar ya ləğv edilsin, əks təqdirdə ictimayi qınağa çəkilərək cəmiyyətin müzakirəsinə verilsin!!!

P.S Hörmətli qələm əhli, öz məsləyini sevən sayğıdəyər jurnalistlər, gəlin bu məsələdə birləşərək həmrəylik nümayiş etdirək. Təhsilin ağırlığından yorulmuş məktəblilərin vəziyyətini nəzərə alaraq, Təhsil Naziri Mikayıl Cabbarovun məktəblərin iyunun 15-i bağlanması qərarına "YOX "deyərək müəllim və valideynləri dəstəkləyək!!!Politika.Az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ