Bakı Biznes Universitetinin lisenziyası ləğv edilir – ÖZƏL
Gundem
Oxunub: 1 292
3 in 2016 | 13:10
Bakı Biznes Universitetinin lisenziyası ləğv edilir – ÖZƏL










Nazir Mikayıl Cabbarovun rektor İbad Abbasova qarşı münasibəti xeyli pisləşib Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblərin demək olar ki, bir çoxunda müxtəlif problemlər mövcuddur. Bu barədə mətbuat səhifələrində dəfələrlə yazılıb, təhsil ekspertləri tərəfindən gərgin müzakirələr aparılıb. Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olur ki, özəl universitetlər yaranmağa başlayandan xeyli qüsurlar ortaya çıxıb və zaman-zaman təhsilin səviyyəsi, professor-müəllim heyəti və maddi-texniki bazaya görə sıradan çıxmağa başlayıb. Onların sırasında Naxçıvan Universiteti və Müstəqil Azərbaycan Universitetinin adını çəkmək olar. Həmçinin bir müddət əvvəl lisenziyası ləğv olunan Azərbaycan İctimai-Siyasi Universiteti özünün istiqaməti və niyyəti bəlli olmayan universitet idi. Bu universitetdə təhsilin keyfiyyətindən danışmaq belə mümkün deyildi. Araşdırmalar göstərir ki, hələ bir neçə özəl ali təhsil müəssisəsinin bağlanması vacibdir. Onlar sırasında Bakı Biznes Universitetinin adı xüsusi vurğulanır. Qeyd edək ki, bu universitetin lisenziyasının müddəti 2010-2011-ci tədris ilində 5 illiyinə artırılıb. Yəni builki qəbul imtahanları başa çatdıqdan sonra ali təhsil müəssisəsinin lisenziyasının vaxtı bitir. Özəl qaynaqlardan gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, Təhsil Nazirliyinin rəhbərliyi Bakı Biznes Universitetinin lisenziyasının müddətini uzatmaq haqda fikirləşmir. Buna səbəb isə sözügedən universitetdə təhsilin günün tələblərinə cavab verməməsi, kadr hazırlığındakı qüsurlar və keyfiyyətli təhsil sisteminə üstünlük verilməməsidir. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu universiteti bitirən gənclər həyatlarının sonrakı mərhələlərində uğur qazana bilmirlər, ən yaxşı halda hansısa tikinti şirkətində fəhlə kimi işləyirlər. Başqa sözlə desək, müxtəlif dövlət idarə və müəssisələrində Bakı Biznes Universitetinin diplomunu görüb işə düzəlmək istəyən şəxsə rədd cavabı verirlər. Bizə çatan məlumatlarda həmçinin bildirilir ki, universitetin rektoru İbad Abbasovun adının qanunsuz tələbə köçürmələri və imtahan zamanı pul yığımlarında hallandırılması Təhsil Nazirliyinin rəhbər şəxslərində, o cümlədən nazir Mikayıl Cabbarovda bu ali məktəbə qarşı mənfi fikir formalaşdırıb. Məlumata görə, daxili imtahanlara ali təhsil ocağının rektoru İbad Abbasov şəxsən nəzarət edir. Buna görə də BBU-da təhsilin səviyyəsi ildən-ilə aşağı düşür. Odur ki, nazirliyin rəhbər şəxsləri universitetin lisenziyasını artırmayaraq buranın bağlanmasına çalışırlar.
Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar