Bakı Biznes Universitetinin «gözə görünməz tələbələri»…
Gundem
Oxunub: 998
2 in 2016 | 13:17
Bakı Biznes Universitetinin «gözə görünməz tələbələri»…











Rektor İbad Abbasov onların hesabına külli miqdarda gəlir əldə edib Ölkədə fəaliyyət göstərən əksər ali təhsil ocaqlarında artıq indidən yay imtahanlarına hazırlıqlara start verilib. Etiraf etmək lazımdır ki, bu gün istər özəl, istərsə də dövlət universitetlərinin böyük əksəriyyətində imtahanlar zamanı açıq bazar hökm sürür. Adamda elə təsəvvür yaranır ki, sanki ali məktəblərdə alver rəsmiləşdirilib və artıq çoxluq buna adi hal kimi baxır. Bakı Biznes Universitetinin də məhz bu kateqoriyadan olan təhsil ocaqları sırasında yer aldığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgidə deyilir ki, İbad Musa oğlu Abbasovun rektoru olduğu təhsil müəssisəsində imtahan götürən hər müəlliminin özünəməxsus «qiyməti» var. Beləliklə, 1993-cü ildə yaradılan, hazırda mühasibat uçotu və audit, menecment, marketinq, iqtisadiyyat, sənayenin təşkili və idarə edilməsi, biznesin idarəedilməsi, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, dünya iqtisadiyyatı, tərcümə (ingilis dili) və bank menecmenti ixtisasları üzrə mütəxəssis hazırlayan Bakı Biznes Universitetində imtahatlar zamanı «5» almağın müşkül məsələ olduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən ali təhsil ocağında əla qiymətin kimin alıb, kimin almayacağını rektoratlıq müəyyən edir: «Deyilənlərə görə, imtahanlar zamanı Bakı Biznes Universitetində vurhavur başlayır. Belə ki, «3», «4» və «5» qiymətin hərəsinin özünün ayrıca «haqqı» var. Bildirilir ki, infilyasiya, bazarlarda ərzaq mallarının qiymətlərinin artması, hətta dolların məzənnəsinin artıb azalması da imtahanlara öz təsirini göstərir. Bu səbəbdən bu il universitetdə imtahan qiymətlərinin bahalaşdığı qeyd olunur. Düzdür, hələlik rektoratlıqdan bununla bağlı bir söz deyilməsə də, lakin «starısta»lar vasitəsilə qiymətlərdə yeniliyin olduğunu çatdırıblar. Odur ki, deyilənlərə görə, bu semestr hər tələbə imtahanları yola verməkdən ötrü 500-700 manat civarında pul verməli olacaq. Halbuki ötən ilin bu vaxtı tələbələr semestri daha ucuz qiymətə başa vurublar. Nəzərinizə çatdırım ki, əksər hallarda tələbələr imtahanlardan keçmək üçün sinif nümayəndələri vasitəsilə dekanlara yol tapırlar. Təbii ki, bu zaman tələbə əməlli-başlı «tərləməli» olur». Bakı Biznes Universitetinin tələblərinin bir çoxunun imkanlı şəxslərin övladı, eyni zamanda müxtəlif vəzifələrdə çalışan məmurlar olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, məhz onların hesabına adıçəkilən ali təhsil müəssisəsinin rektoru İbad Abbasov külli miqdarda gəlir əldə edib: «Deyilənlərə görə, bu gün Bakı Biznes Universitetində elə tələbələr təhsil alır ki, onların üzünü tələbə yoldaşları bir dəfə də olsun görməyib, səsini eşitməyiblər. Onların əksəriyyəti imkanlı şəxslərin övladı, eyni zamanda hazırda mühüm postlarda təmsil olunan məmurlardır. Buna görə də onlar dərsə gəlmədən rektoratlıqla danışıqlar əsasında təhsillərini başa vurmağa nail olurlar. Əgər müvafiq qurumlar bununla bağlı obyektiv araşdırma aparsalar, o zaman İbad Abbasovun rəhbərlik etdiyi universitetin «gözə görünməz tələbələri»nin hansı yollarla təhsil aldıqları, onların hansı vəzifələrdə çalışmaları bəlli olacaq. Həmçinin o da məlum olacaq ki, Bakı Biznes Universitetinin tələbələrinin bir çoxu ali təhsil ocağına ən son model avtomobillərlə gəlir və təhsil almaq əvəzinə tamam başqa işlərlə məşğul olurlar. Universitet rəhbərliyi isə gəlirdən məhrum olacağından ehtiyat etdiyi üçün onların əməllərini görməzdən gəlir. Bu kimi hallar isə son nəticədə təlim-tədris prosesinə mənfi təsir göstərir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ