Gəncədə Adilə Abbasova “uşaq qatili” adı ilə məşhurdur
O halda xanım Abbasovanın cavabı o olur ki, “xeyr, mən nə bir kimsədən qorxuram, nə də ki, çəkinirəm”
Gəncə “Dəmir Yol Xəstəxanası”nın ginekologiya şöbəsində ginekoloq vəzifəsində çalışan və “uşaq qatili” adı ilə məşhurlaşan Adilə Abbasovanın, deyəsən o böyük Allah-Təaladan heç bir qorxusu yoxdur. Çünki, o, ana bətnində olan 5-6 aylıq uşaqları doğrayıb, bu gün də özü üçün var-dövlət qazanmaqla məşğul olur. Yerli mənbənin informasiya mərkəzimizə çatdırdığı məlumatlarda bildirlir ki, “uşaq qatili” adı ilə tanınan Adilə Abbasova milyonçu olduğundan, bu gün o, illər uzunu əldə etdiyi külli miqdarda var-dövlətini pula çevirir və sələmçiliklə də məşğul olur. Çox təəccüb doğuran haldır ki, qadınların həyatına belə bir yolla təhlükə törədən, aldığı rüşvətin müqabilində körpələri rəhm etmədən doğrayan və bənzəri olmayan cinayət əməllərinə qol qoyan xanım Abbasova, görəsən bu gedişlə hara gedir və hara qədər də gedə biləcək? Bəs görəsən onun bu cür əməllərindən “Dəmir Yol Xəstəxanası”nın baş həkimi cənab Vidadi Seyidovun xəbəri varmı? Ginekoloq həkimin qol qoyduğu cinayət əməlləri barədə informasiya mərkəzimizə müracət edən Sahibə Nuriyeva, Aişə Əhmədova və Leyla Nəbiyeva adlı şəhər sakinləri, “uşaq qatili” adı ilə məşhur olan Adilə xanımla bağlı inanılmaz iddialar da bildirmişlər.
Bir anlığa olsa belə öz-özlüyümüzdə fikirləşirik ki, adı çəkilən xəstəxanada ginekoloq vəzifəsində çalışan və "UŞAQ CƏLLADI" adı ilə tanınan Adilə Abbasova, ana bətnindəki bir neçə aylıq körpələri döğrayıb “haqq-hesab” qazanarkən, heç vicdan əzabı çəkirmi? Axı, tibbi təhsil alan və səhiyyəmizin müxtəlif sahələrində ilk gündən əmək fəaliyyətinə başlayan hər kəs, öncə “Hippokrat andı”na and içərək “mən bu sahədə vicdanla, qanunun irəli sürdüyü tələblər əsasında çalışacağam” deyir. Amma, deyəsən Adilə xanım “Hippokrat andı”na yalnız and içdiyi gün əməl edib, sonrakı vaxtlarda isə, andını tamamilə unudub. Çünki, o, bu gün də körpələrə qənim kəsilməklə andına sədaqətsizliyini nümayiş etdirir və daşıdığı vəzifəsini yerinə yetirərkən, ginekoloq həkim deyil, yalnız “cəllad” rolunu oynayır. Elə ki, şəhər sakinlərinin informasiya mərkəzimizə yazmış olduqları müraciəti əsas tutaraq ona bir neçə sual ünvanlayırıq ki, siz bu cür əməllərlə niyə məşğul olursunuz? Ehtiyat etmirsinizmi ki, cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz ? O halda xanım Abbasovanın cavabı o olur ki, “xeyr, mən nə bir kimsədən qorxuram, nə də ki, çəkinirəm. Çünki, prokurorun da, rəisin də və digər vəzifə sahiblərinin də vaxtlı-vaxtında haqqını çatdırıram! Yeri gələndə lap yeddi aylıq uşağı da məhv edərəm, bir kimsə də mənim üçün heç bir problem yarada bilməz. Maraqlıdır, görəsən xanım “doxtur” kimə güvənir ki, bu cür arxayınçılıqla da danışır. Eyni zamanda o, bu qədər güçü hansı “daydayı”sından alır ki, nə bir kimsədən çəkinir, nə də ki, ehtiyat edir?
Digər tərəfdən, hər il 1-i iyun günü “Uşaqların Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunsa da, onların hüquqlarının müdafiəsi ilə bağlı lazımi addımlar atılsa da, nədənsə Adilə xanım uşaqların müdafiəçisi olmağa deyil, qənimi olmağa daha üstünlük verir. Görəsən onun bu cür əməllərindən səhiyyə naziri cənab Oqtay Şirəliyev, baş prokuror cənab Zakir Qaralov, daxili işlər naziri cənab Ramil Usubovun və digər vəzifə sahiblərinin xəbəri varmı? Elə ki, xanım Abbasovaya aidiyyəti qurumlara yaşananlarla bağlı şikayət edəcəyimizi bildiririk, o halda onun “yek cavab”ı o olur ki, "onsuz da şikayətinizə baxan olmayacaq. Çünki, var da məndə, pul da məndə” deyərək, hər dəfə özündən razı halda danışmağa üstünlük verir.
Belə olan halda ümidimizi göydə Allah-Təalaya, yerdə isə aidiyyəti qurumlarda vəzifə sahibi olanlara bəsləyirik ki, bəlkə sizlərin atacağınız əməli addımlar, Adilə Abbasovanın lazımınca cəzalandırılmasına şərait yaradacaq. Yoxsa o, bundan sonra da əndazəni lap aşacaq və daha çox körpələrə qənim kəsilməkdə davam edəcək. Problemin varlığını diqqətdə saxlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”