Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Gundem
Oxunub: 1 453
9 okt 2014 | 13:01
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilibBu gün Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 müraciəti araşdırıb. Öncə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Şəfəqə doğru qəzetindən şikayətinə baxılıb.
Müraciət müəllifini və cavabdehi dinləyən, müvafiq sənədləri nəzərdən keçirən komissiya üzvləri qənaətə gəliblər ki, məsələ tərəflər arasında anlaşma yolu ilə həllini tapmalıdır. Çünki burada özünü qabarıq büruzə verən məqamlar qarşılıqlı narazılığın uzun müddət davamına səbəb ola bilər. Təklif tərəfləri qane etdiyindən müraciət həllini tapmış hesab olunub.
İclasda iki kütləvi informasiya vasitəsi barədə sənədlərin Mətbuat Şurasının Reket jurnalistikaya qarşı mübarizə Komissiyasına göndərilməsi məntiqi sayılıb. Şəki Şəhər İcra Hakimiyyətinin Təhqiqatın gücü qəzeti, Lerik Rayon İcra Hakimiyyətinin Arama jurnalı barədə şikayətlərinin müzakirəsi belə rəylərin çıxarılması ilə nəticələnib. Bu zaman nəzərə alınıb ki, adıçəkilən qəzetə əvvəllər də MŞ-nin xəbərdarlığı olunub, nəşr rəhbərliyi məsələnin müzakirəsinə qatılmaqdan yayınıb. Şikayət doğuran yazıda isə peşə etikasının bir sıra prinsipləri pozulub.
Arama jurnalına gəldikdə isə bildirilib ki, 4 ildə cəmi 3 sayı işıq üzü görən jurnaldakı materialların tam əksəriyyəti reket jurnalistikaya xas tərzdə yazılıb. Qeyd olunub ki, nəşrin baş redaktoru Mahir İmamovun fəaliyyətində peşə və vəzifə səlahiyyətlərini aşan hallar üstünlük təşkil etməkdədir.
Məlumata görə, Qobustan rayonunda qaval daşının satılması ilə bağlı bir sıra xəbər portallarında böhtan xarakterli yazıların yayımlanması ilə əlaqədar həmin rayonun İcra Hakimiyyətinin müraciətinin müzakirəsi zamanı maraqlı məqamlar aşkarlanıb. Komissiya müəyyənləşdirib ki, məlumatı təqdim edən saytlar məsələyə yanaşmada bilgisizlikləri ilə yanaşı sivil jurnalistikanın tələbləri ilə bir araya sığmayan korporativ həmrəyliklərini də nümayiş etdiriblər. Qədim abidənin yerləşdiyi Qobustan qoruğu ilə məsələyə aidiyyatı olmayan Qobustan rayonunun yerini səhv salan KİV qərəzə, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yol açan fikirləri yayımlamaqla peşə etikasına sayğısızlıq göstəriblər.



Komissiya saytların nəzərinə çatdırıb ki, belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb