MTN-dəki dəstə rektorun başına hansı oyunu açıb?
Gundem
Oxunub: 984
13 in 2016 | 17:22
MTN-dəki dəstə rektorun başına hansı oyunu açıb?









Haqqında videogörüntüləri yayacaqları təhdidi ilə üz-üzə qalan Havar Məmmədov Akif Çovdarova 3 milyon dollar verməli olub

Ötən günlərdə Azərbaycan Texniki Universitetində baş verən olaylarla bağlı geniş bilgi vermişdik. Bildirmişdik ki, ali təhsil ocağında tələbələrdən 200 manatdan pul yığılır. Məqsəd isə həmin tələbələrin keçid ballarını tənzimləməkdən ibarətdir. Eyni zamanda, o da vurğulanırdı ki, rektor Havar Məmmədov ATU-nun əsas binasının təmiri zamanı bir sıra əyintilərə yol verib. Hətta rektorun tikinti və təmir işləri üçün ayrılmış pulun bir hissəsinə özünə Novxanıda villa inşa etdirdiyi vurğulanırdı. Jam.az məsələ ilə bağlı daha bir maraqlı araşdırma aparıb.

Universitetdə iki qruplaşma varmış

Qeyd edək ki, ATU-da da digər təhsil ocaqlarında olduğu kimi, qruplaşma mövcuddur. Rektorluq uğrunda mübarizə aparan tərəflərin sayı isə ikidən çox deyil.

İdeologiya.az-a verilən məlumata görə, Havar Məmmədov həmin qruplaşmalardan birinə başçılıq edir. Onun əsas missiyası tərəfdarı olan dekanlarla birlikdə mövcud postunu qorumaqdır. Elə bu səbəbdəndir ki, hazırda ATU-da əsas dominantlığı ələ keçirsə də, status-kvonu saxlaya bilməsi üçün xeyli enerji sərf etməli olur. Çünki rəqibi həddindən artıq güclü və əlaqəli biridir.

Havar Məmmədovun «kassiri» kimidir?

MTN-dəki dəstə rektorun başına hansı oyunu açıb?












Ötən günlərdə tələbələrdən pul yığılması barədə məlumat vermişdik. Bildirmişdik ki, bu prosesdə ATU-nun Tədris Hissə Müdiri Zakay Şayev əsas fiqurlardan biri sayılır. Lakin Havar Məmmədovun kassiri olaraq, heç də sözügedən şəxs tanınmır. İdeologiya.az-ın əldə etdiyi məlumata görə, universitetin rektorunun əsas gəliri təkcə təhsil ocağından gəlmir. Onun maddi dayaqları əsasən kənarda indiyə qədər yaratdığı biznes sahələridir.
Mənbələr deyirlər ki, Havar Məmmədovun Bakıda xeyli sayda dükanları, sexləri, hətta zavodları var. Bütün bizesə nəzarət isə universitetin inzibati təsərrüfat işləri üzrə prorektoru Abuzər Mirzəliyevə tapşırılıb. Yəni, bu şəxsin əsas missiyası təkcə universitetin təsərrüfatla bağlı məsələlərini həll etmək deyil, eyni zamanda, rektorun biznesini idarə etməkdir. Onun kifayət qədər bacarıqlı biri olduğu deyilir.

Rektor MTN-in tələsinə necə düşdü?

MTN-dəki dəstə rektorun başına hansı oyunu açıb?












İdeologiya.az-ın araşdırmalarına görə, Havar Məmmədov da digərləri kimi, MTN-in diqqət mərkəzində olub. Hər halda iri biznesə sahib olan bir rektorun Akif Çovdarovun diqqətindən yayınması qeyri-mümkündür.

Araşdırmalar zamanı belə məlum olub ki, Məmmədov hələ bir xeyli əvvəl MTN-dəki cinayətkar dəstənin diqqət mərkəzinə düşüb. Lakin bir qədər məlumat toplamaqda əziyyət çəkilib. Bu zaman Havar Məmmədovun yaxınlığında olan adamların imkanlarından istifadə olunub. İdeologiya.az-a verilən məlumata görə, prosesə ilk olaraq Akif Çovdarovun tapşırığı əsasında Anti Terror Mərkəzinin sabiq məsul şəxsi daxil olub. O qısa zaman kəsiyində məsələni çözməyin optimal yollarından birini tapıb və özlərinə yaxın olan adamlardan birini Texniki Universitetdə vəzifə tutmasını həyata keçirib.

Məlumatlarda deyilir ki, Akif Çovdarov planı əsasında MTN-də şöbə rəisi olmuş Namiq Məmmədov universitetə «foyez» olaraq yerləşdirilir. Qısa müddətdə Namiq Məmmədov ümumi məsələlər üzrə prorektor vəzifəsinə qədər yüksəlir.

Qeyd edək ki, xəfiyyə olaraq MTN-də çalışmış biri üçün daxildə problemləri çözmək və ya məlumat əldə etmək elə də çətin olmur. Və tez bir zamanda Akif Çovdarovun Havar Məmmədovun hansı işlərlə məşğul olduğu, zəif və güclü tərəfləri barədə bütün məlumatlar toplanılır. Maraqlıdır ki, bu zaman Akif Çovdarovun mətbuatdakı ən yaxın adamlarından biri də məsələdə onlara yardımçı olur.

Beləliklə, Havar Məmmədov Çovdarovun «tələsi»nə düşür. Özü də elə-belə yox. Ortada konkret faktlarla yanaşı, videogörüntülər də olur. Həmin görüntülərin necə əldə edildiyi hələlik məlum deyil. Ehtimal var ki, bununla bağlı MTN-dəki dəstə bir qədər əziyyət çəkib. İdeologiya.az-a məlumat verən mənbə həmin görüntülərdə nələrdən bəhs olunduğu barədə bilgi versə də, bəzi səbəblərdən dolayı hələlik açıqlamaq istəmirik. Bununla bağlı qismən detallı araşdırmadan sonra yazı yayımlayacağıq.

3 milyon dollar söhbəti

İdeologiya.az-a danışan mənbələrin bildirdiyinə görə, Havar Məmmədov Akif Çovdarovun «tələsi»ndən çıxmaq üçün çıxış yolları axtarır. Amma ortada konkret tələb olub. Rektordan nə az, nə çox, düz 5 milyon dollar pul istənilir. Bu qədər pulu vermək gücü olmadığını (bəlkə də vermək istəmədiyi) bildirən Havar Məmmədovla anlaşma yekunda baş tutur. Həmin görüntülərin yayılmaması və sənədlərin ortaya çıxmaması müqabilində ondan 3 milyon dollar pul alınır.

Maraqlıdır ki, bu prosesdən sonra Namiq Məmmədovun da ATU-da mövqeləri güclənməyə başlayır. Artıq o, diqtə edən tərəf kimi çıxış edir. Hazırda da prorektorun sözü keçərlidir. Belə ki, o, hər smester 30-40 tələbənin qiymətini yazdırmaq hüququna malikdir. Daha doğrusu, bu qədər tələbəni himayəsinə alaraq, onlardan imtahanlar zamanı pul alaraq, qiymətlərini yazdırmaq məsuliyyətini üzərinə götürüb.

İdeologiya.az-a verilən məlumatlarda vurğulanır ki, Namiq Məmmədovun durumu son dövrlər bir qədər ağırlaşıb. Buna səbəb MTN-in ləğv olunması və onun bazasında yaradılmış DTX-nın yeni strukturunda dəyişikliklərin edilməsidir. Güman edilir ki, Mədət Quliyev yaxın günlərdə AzTU-dakı «foyezi» geri çağıraraq, onu işdən azad edəcək.

MTN çetesinin üzvləri rektordan pul qoparmaq üçün hansı hiyləni işlədiblər?

Nəzərinizə çatdıraq ki, proseslərin gedişatı fonunda Anti Terror Mərkəzinin keçmiş sabiq rəisinin rektora ismarıcı yetişir. Anti Terror Mərkəzinin keçmiş rəisi mətbuatdakı öz adamını rektora tapşırır və ona hər ay pul verilməsini tələb edir. Bunu da belə əsaslandırır ki, guya, həmin «jurnalist» dövlət əhəmiyyətli işlə məşğul olduğu üçün maliyyələşdirilməsi lazımdır. Faktiki isə bu blefdən başqa bir şey deyildi. Çünki məqsəd Havar Məmmədovdan hər ay pul almaq üçün başqa optimal yol yox imiş.

İdeologiya.az-a danışan mənbə bildirir ki, Anti Terror Mərkəzinin sabiq məsul şəxsləri hər ay Havar Məmmədovdan 3000 manat pul alırlarmış. Bundan başqa, onlar yaxınları və ya onlardan xahiş edən dostlarının AzTU-da oxuyanlarının da qiymətlərini pulsuz yazdırmaq imkanları olub.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ