Özbək, rus, hətta afrikalı qızların olduğu fahişəxana:Abşeron polisi “Pəhləvanlar” restoranını niyə himayə edir
Gundem / Sosial
Oxunub: 3 867
20 in 2016 | 23:01
Özbək, rus, hətta afrikalı qızların olduğu fahişəxana:Abşeron polisi  “Pəhləvanlar” restoranını niyə himayə edir






Azerinfo.az portalında Saray qəsəbəsində yerləşən "Pəhləvanlar" kafesinin əxlaqsızlıq yuvasına çevrilməsi, kafenin sahibi Qabil Ramazanovun yerli və əcnəbi qızları fahişəliyə cəlb etməsi, həmçinin Gürcüstan vətəndaşı Sopio Pipianın qanuna sığmayan əməlləri barədə məlumat vermişdik. "Hər yerdə yüksək vəzifəli şəxslərin adından istifadə edir. Artıq neçə ildir ki, Kütləvi İnformasiya Vasitələrində "Pəhləvanlar" kafesində baş verən iyrənc işlərin və özbaşınalıqların yazılmasına baxmayaraq, kafenin sahibi, eləcə də burda cinayətlə məşğul olan digər şəxslərin barəsində heç bir ölçü götürülmür. Görəsən, Qabil Ramazanovun havadarı kimdir?", deyə yazıda qeyd olunurdu. Hələlik işıqlandırdığımız faktlara aidiyyəti hüquq-mühafizə orqanları səviyyəsində münasibət bildirilməyib. Yəni kafenin sahibi Qabil Ramazanov cəzasız qaldığına görə ürəyi istəyən hərəkətləri edir və qadın ticarətinin gündən-günə çiçəklənməsinə zəmin yaradır. Məlumatlı mənbənin redaksiyamıza ötürdüyü yeni informasiyalara əsasən, 2014-cü ilin mart ayında Qabil Ramazanov Sopionu Cəbrayıl rayonunun Xudafərin stansiyasına müvəqqəti qeydiyyata saldırıb: "Görəsən, Qabil Ramazanov buna necə nail olub? 2012-ci ilin iyun ayında Dövlət Miqrasiya Xidmətinin keçirdiyi reyd nəticəsində "Pəhləvanlar" kafesində fahişəliklə məşğul olan Sopio saxlanılmış və ölkədən çıxarılaraq Azərbaycana girişinə məhdudiyyət qoyulmuşdur. Lakin Qabil Ramazanovun köməyi nəticəsində o 2012-ci ilin oktyabr ayında yenidən Azərbaycan Respublikasına gəlməyə müvəffəq olub. Kafedə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar Sopiodan çəkinirlər, qorxurlar və hamısı ona pul borcludur. Sopio Pipia hər yerdə "Pəhləvanlar" kafesində xadimə işlədiyini deyir. Guya günü 20 manata işləyir. Bu bir ayda 600 manat deməkdir. Hansı ki, o Sumqayıtda yaşadığı evə 400 manat kirayə haqqı verir. Hər gün saçını düzəltdirmək üçün saç ustasına 15-20 manat pul verir. Bundan başqa "Pəhləvanlar" kafesinə taksi ilə gedlb-gəlir və buna görə gündəlik 30-40 manat xərci çıxır. Yemək və paltar pulunu saymasaq, bu xərclər ayda 1370-2000 manat təşkil edir. Sual verən yoxdur ki, sən bu pulları haradan alırsan. Sopio ilə yaxın təmasda olan qızların verdiyi məlumata əsasən, o hər ay Gürcüstanda yaşayan uşaqlarını saxlaması üçün anasına 3000 dollara yaxın pul göndərir. Fahişə qızların dediyinə görə son bir il ərzində Sopio fahişəlikdən qazandığı puldan Qabilə külli miqdarda xeyir verib". Mənbənin sözlərinə görə, Sopio Pipiya bütün pulları "Pəhləvanlar" kafesində "mama rozalıq", fahişəlik etməkdən və qadın alverindən qazanır: "Nəzərə alsaq ki, Sopio kimi "Pəhləvanlar" kafesində fəaliyyət göstərən fahişələrin sayı çoxdur, Qabilin hər ay qadın ticarətindən böyük məbləğdə pul qazandığı müəyyən olunur. Qabil Ramazanov qardaşı Habili və Mübarizi də kafedə işlədir. Bu qardaşların Sumqayıt şəhərində bir neçə kafesi var ki, orda da qadınlar fahişəliklə məşğul olurlar. Başqa sözlə desəm, Qabil Ramazanov "priton imperiyası" yaradıb və bu çirkin biznesin başında şəxsən özu dayanır. Kafedə fəaliyyət göstərən fahişələrə tapşırılıb ki, onlarla intim əlaqədə olmaq istəyən müştərilərə mütləq içki, siqaret və yemək sifariş verdirərək onlardan qoparılan hesabı artırsınlar. Buna görə də bəzi müştərilərin kafeyə külli miqdarda borcu var. Əxlaqsızlıq yuvasının müştərilərinin əksəriyyəti sürücü və fəhlələrdir. Onların bir çoxu kafedəki fahişələrin toruna düşüb, qazandıqları pulları son qəpiyinə kimi kafedə xərcləyirlər. "Pəhləvanlar" kafesində fahişəliklə məşğul olan qadınların SPİD və digər cinsi xəstəlikləri yaymaları barədə KİV-də çoxsaylı yazılar gedib. Amma bunun heç bir nəticəsi olmayıb. Əxlaqsızlıq yuvasının fəaliyyətinə hələ də göz yumulur. Qabil Ramazanov qurduğu "priton imperiyasını" aidiyyəti hüquq-mühafizə orqanlarından necə lazımdırsa müdafiə edə bilir. Məhz bu səbəbdən kafedə fəaliyyət göstərmək istəyən qızların sayı günbəgün artır". Biz çox istərdik ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qeyd olunan məsələləri nəzərə alıb, "Pəhləvanlar" kafesində reyd keçirib qızları fahişəliyə vadar edən şəxsləri, əsasən də Qabil Ramazanovu və Sopio Pipianı məsuliyyətə cəlb etsinlər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq


Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar